Məhkəmə qərarları › İş №8(107)-121/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-121/2020

18.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-121/2020 18.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Tələbkar nümayəndəsi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 nömrəli icra sənədi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair X1 ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadından borclu X5 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)- 323/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1205/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən borclu tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 saylı icra sənədi üzrə müəyyən olunmuş 7750 (yeddi min yeddi yüz əlli) manatın hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında borclu X5 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 119/2020 nömrəli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş “VAZ 21011” markalı avtomobilin orta bazar dəyəri olan 3000 (üç min) manatın ½ hissəsi olan 1500 (min beş yüz) manat və “MERCEDES E240” markalı avtomobilin orta bazar dəyəri olan 12500 (on iki min beş yüz) manatın ½ hissəsi olan 6250 (altı min iki yüz əlli) manat pul ondan alınaraq Tələbkar verilməsi, iş üzrə məhkəmə xərci olan məhkəməəmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir və rəsmi iş yeri yoxdur. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 saylı qətnaməsindən irəli gələn borc məbləğini birdəfəyə ödəyə bilmir. Bu səbəbdən həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğinin hissəhissə ödənilməsini məhkəmədən xahiş etmək məcburiyyətindədir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 nömrəli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş “VAZ 21011” markalı avtomobilin orta bazar dəyəri olan 3000 (üç min) manatın ½ hissəsi olan 1500 (min beş yüz) manat və “MERCEDES E240” markalı avtomobilin orta bazar dəyəri olan 12500 (on iki min beş yüz) manatın ½ hissəsi olan 6250 (altı min iki yüz əlli) manat pul X2 alınaraq ona verilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bildirdi ki o, icra sənədi üzrə borcun birdəfəyə ödənilməsini istəyir. Belə ki, onunla borclunun birgə mülkiyyətlərində olan ev vardır. Borclu həmin evi sataraq icra sənədi üzrə borcu birdəfəyə ödəyə bilər. Bu səbəbdən də X1 borcun hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadı ilə X1 Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 119/2020 saylı icra sənədi üzrə borcunun hissə-hissə hər ay 300 manat olmaqla ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X5 şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə hazırda onun işləməməyini və mövcud pandemiya dövrünü nəzərə almamışdır. Bu səbəbdən hesab edir ki, məhkəmənin müvafiq qərardadı ləğv edilməlidir. Mübahisədən göründüyü kimi məhkəmə qətnaməsi əsasında olan borcunu etiraf edir, lakin həmin borc məbləğinin hər ay 300 manat olmaqla ödənilməsini öhdəsinə götürür. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 saylı icra sənədi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair X1 ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadından X1 verdiyi şikayət müzakirə olunması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar nümayəndəsi X6 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərdadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şəki rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu X5 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 119/2020 nömrəli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş “VAZ 21011” markalı avtomobilin orta bazar dəyəri olan 3000 (üç min) manatın ½ hissəsi olan 1500 (min beş yüz) manat və “MERCEDES E240” markalı avtomobilin orta bazar dəyəri olan 12500 (on iki min beş yüz) manatın ½ hissəsi olan 6250 (altı min iki yüz əlli) manat pul X2 alınaraq Tələbkar verilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. X5 ərizə ilə məhkəməyə müraciət edərək, adına avtomobilin, hər hansı bir daşınmaz əmlakın, banklarda pul vəsaitinin və digər qiymətli əşyalarının olmamasını, ailə və maddi vəziyyətini, borcunu bir dəfədə ödəmək imkanının olmamasını nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Tələbkar ödəməli olduğu borcunun hissə-hissə olmaqla, hər ay 300 manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi mövcud borclarla müqayisədə təklif edilən həmin ödəniş məbləğini ağlabatan hesab etmir. Həmçinin məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun Tələbkar olan borcunun hər ay 300 manat olmaqla 02 (iki) ildən artıq bir müddət ərzində ödənilməsi öz əksini tapır ki, məhkəmə bunu da əsaslı hesab etmir. Bundan başqa X5 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıb-yekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-119/2020 saylı icra sənədi üzrə borcunun hissə-hissə hər ay 300 manat olmaqla ödənilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, X1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. X1 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-323/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar