Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-123/2025 23.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin 2(019)-704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı təqdimata dair (Açar sözlər: icraatın dayandırılmasının rəddi, qüvvə) X7 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi, İİ dərəcə ədliyyə qulluqçusu X2 Balakən Rayon Məhkəməsinin 2(019)-704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatının təmin edilməməsinə dair Balakən Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadından Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi, İİ dərəcə ədliyyə qulluqçusu X3 məhkəməyə təqdimat verərək Balakən Rayon Məhkəməsinin 2(019)- 704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Tələbkar Borclu mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evindən istifadə hüququ tanınmalı və iddiaçı Tələbkar həmin fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Balakən rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə birlikdə borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir.Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra icra sənədi üzrə Borclu etibarnamə üzrə nümayəndəsi- vəkili Nümayəndə İcra və probasiya şöbəsinə vəsatətlə müraciət edərək, Balakən Rayon Məhkəməsində cavabdeh Tələbkar 5000 manat kompensasiya verilməklə onun iddiaçı Borclu ünvan 2 ünvanı Mahamalar kəndi) fərdi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə müraciət edildiyini, elə bu səbəbdən də hazırda Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-1181/2025 saylı mülki iş üzrə məhkəmənin yekun qərarı qəbul edilib qanuni qüvvəsini alana kimi 175177/2025-46-8 saylı icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Borclu etibarnamə üzrə nümayəndəsi- vəkili Nümayəndə şöbəyə ünvanladığı vəsatətə rəsmi cavab olaraq bildirilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı və 17-ci maddələrinin tələbinə əsasən mümkün deyildir. Bundan sonra icra sənədi üzrə Borclu etibarnamə üzrə nümayəndəsivəkili Nümayəndə yenidən şöbəyə ərizə ilə müraciət edərək, Balakən Rayon Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və probasiya şöbəsinin rəisi X2 Balakən Rayon Məhkəməsinin 2(019)-704/2024 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılmasından imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə, Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)- 1181/2025 saylı mülki iş üzrə məhkəmənin yekun qərarı qəbul edilib qanuni qüvvəsini alana kimi dayandırılması barədə qərardad qəbul edilməsinə dair müraciət edildiyini, elə bu səbəbdən də “icra Haqqında” Azərbaycan Respublikası Qanunun 18.1.4- cü maddəsinin tələbinə əsasən adı gedən icra sənədi üzrə icraatın dayandırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Borclu nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-156/2025 nömrəli qərardadından şikayət verərək, şikayətin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 8(019)-156/2025 saylı xx.xx.2025-ci il tarixli qəradadının ləğv edilməsini xahiş etmişdir . Balakən Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-151/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu nümayəndəsi-vəkili Nümayəndə vasitəsi ilə verdiyi, Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyevin 2(019)-704/2024 saylı iş üzrə hərəkətlərinin qanunsuz hesab olunması və iş üzrə icraatın dayandırılması haqqında ərizəsi təmin edilməmişdir. Həmin qərardadda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2024-cü il 23 fevral tarixli 01/2024 nömrəli qərardadının 62-ci bəndinə əsаsən barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas təşkil etmir. Belə ki, “İcra haqqında” Qanunda icraatın dayandırılmasının belə bir əsası nəzərdə tutulmamışdır. Həmin Qanunun 17.1.4-cü maddəsi isə məhkəmə tərəfindən verilmiş icra sənədlərinə aid deyildir. Həmin şikayət əsassız olduğundan o, iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi də Balakən Rayon Məhkəməsinin 2(019)-704/2024 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması əsaslı hesab oluna bilməz. Odur ki, təqdimat təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 8(019)-156/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-123/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-123/2025
23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver