Məhkəmə qərarları › İş №8(107)-124/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-124/2020

18.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-124/2020 18.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3936/2016 saylı icra sənədinin icrası ilə əlaqədar aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3936/2016 saylı qətnaməsi ilə cavabdehlər X2 və X3 -iddiaçının ümumi dəyəri 7970 manat qiymətləndirilən 3 ədəd pərdə, 2 ədəd divan dəsti, 1 ədəd paltar asan, 3 ədəd taxt üstü, 3 ədəd ədiyal, 1 ədəd paltar yuyan maşın, 2 ədəd tiyan, 4 ədəd vedrə, 2 ədəd vanna, 2 ədəd aşsüzən, 1 ədəd qablama dəsti, 1 ədəd şirli təhnə, 1 ədəd qapaqlı tava, 1 ədəd qulplu tava, 1 ədəd su qabı, 12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq, 6 ədəd böyük kasa, 6 ədəd balaca kasa, dəst boşqab, çaynı serviz, konfeyni serviz, obedni serviz, 6 ədəd qapaqsız qənd qabı, 3 ədəd qapaqlı qənd qabı, 6 ədəd kompot dəsti, 12 kompot stəkanı, mebel dəsti-divan kreslo, stol, stullar, 1 ədəd taxt çarpayı, 1 ədəd çarpayı, 1 ədəd termo, 1 ədəd sandıq, 4 ədəd xalça, 1 ədəd daroşka, 6 ədəd lüstr, 1 ədəd qaz balonu, 6 ədəd balınc, 7 ədəd yorğan-döşək, 4 ədəd yastıq, 6 ədəd nimdər, 6 ədəd stul nimdəri, 1 ədəd böyük güldan, 6 ədəd əl-üz dəsmalı, 6 ədəd hamam dəsmalı, 6 ədəd çay dəsmalı, 2 ədəd taxt prostinası, 6 ədəd tək prostina, 10 ədəd çexol, 1 ədəd böyük hamam dəsmalı, 4 ədəd skater, 10 ədəd balınc üzü, 4 ədəd səbət gülü, 4 ədəd tava, rumka dəsti, 1 ədəd çaydan, atam verən inək, 1 ədəd tozsovuran, 1 ədəd ütü, qaz havalandıran, 1 ədəd üz-yuyan, 3 ədəd dövrə, çaşka dəsti, 12 ədəd nəlbəki, 12 ədəd boşqab, 6 ədəd stəkan, 12 ədəd razetka, qab dəsti, şkaf, 6 ədəd şiş, 6 ədəd kül qabı, 6 ədəd armudu stəkan, 6 ədəd bulud qətnamə icra olunan vaxt əmlaklar mövcud olmadıqda onların dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı Borclu xeyrinə verilməsi; iddianın 1 ədəd tros sep, 1 cüt sırğa dəsti, 1 ədəd nişan üzüyü, 1 ədəd güllü qaşlı üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl sep tələbinə dair hissəsi həmin qızılzinət əşyalarının cavabdehlərdə qalmasına dair hər hansı sübutu məhkəməyə təqdim edilmədiyindən iddianın həmin hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3936/2016 saylı icra sənədi icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3936/2016 saylı icra sənədi üzrə izah verilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(014)-168/2020 saylı qərardadı ilə iş aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərаrdаdı ilə ilə mülki iş üzrə ərazi aidiyyəti məsələsinə baxılması üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(014)-168/2020 saylı qərardadı ilə mülki işi baxılmaq üçün Yevlax Rayon Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmiş və həmin qərardad prosessual qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Mülki-Prosessual Məcəlləsi: Maddə. 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə. 40.10. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, eləcə də işin hərtərəfli və obyektiv həli edilməsi üçün ərizəyə Ağdaş Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağdaş rayon İcra və Probasiya şöbəsinin Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(014)-3936/2016 saylı icra sənədi üzrə izah verilməsi üçün mülki iş baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar