Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-13/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin – borclular Borclu1 və Borclu1 məxsus aşkar olunmuş borc məbləği həddində tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimatının rədd edilməsi barədə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərardadından Tələbkar QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyev – borclular Borclu1 və Borclu2 məxsus aşkar olunmuş borc məbləği həddində tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin 2(016)-101/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu1, Borclu2 və X3 müştərək qaydada 45191.14 ABŞ dollar məbləğində borc alınıb Tələbkar QSC-nin hesabına ödənilməlidir. Tutma Borclu2 mülkiyyətində olan Ağsu şəhəri, Ə.Xəqani küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış yerinə yönəldilərək açıq hərracda satılmalıdır və satışdan əldə edilmiş məbləğ Tələbkar QSC-nin hesabına ödənilməlidir. Satışdan əldə olunan vəsait yetərli olmadıqda borcun qalıq hissəsi borclular Borclu1, Borclu2 tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduğdan sonra tərəflərindən müvafiq qaydada icraya yönəldilmişdir. Mübahisəli mənzil “Sərraf’ MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 70.000 manat məbləğində qiymətləndirlmişdir. “xxxx” Şirkətlər Qrupu MMC-nin xx.xx.2019-cu il tarixli Hərracın təşkilinin yekunları haqqında 48 saylı protokulundan məlum olmuşdur ki, hərracın keçirilməsi başa çatmışdır. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 15 % endirimlə 59 500 manat, Tələbkar QSC-nin xx.xx.2019-cu il tarixli 4374 saylı məktubuna əsasən 25% aşağı olan qiyməti 44 625 manat qiymətlə Tələbkar QSC qalib alıcı olmuşdur. Beləliklə icra sənədində göstərilən 45191.14 dollar mövcud borcdan 44.625 manat ödənilmiş, qalıq borc isə 18.966.26 ABŞ dolları təşkil etmişdir. Daha sonra Tələbkar QSC Ağsu rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə 18.966.26 ABŞ dolları borcun borclular Borclu1 və Borclu2 alınıb verilməsini tələb etmişdir. Tərəflərindən borclulara şifahi və yazlı formada dəfələrlə müraciət edilməsinə baxmayaraq 18.966.26 ABŞ dolları borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdırlar. Görülmüş icra tədbirlər nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə etdiyimiz məlumatlardan görünür ki, borclular Borclu1 və Borclu2 adlarına aşağıda göstərilən əmlaklar aşkar edilmişdir. Belə ki, Borclu1 ********** qeydiyyat, **********61- 06301 reyest nömrəli qeyri-yaşayış binası və Borclu2 ********** qeydiyyat, **********65 reyestr nömrəli torpaq sahəsinin olması müəyyən olmuşdur. Ağsu rayon İcra və Probasiya Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Ağsu rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin birinci instansiya məhkəməsinin iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərardadı ilə Ağsu Rayon İcra və Probasiya Şöbəsinin – borclular Borclu1 və Borclu1 məxsus aşkar olunmuş borc məbləği həddində tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimatı rədd olunmuşdur. Tələbkar QSC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)-205/2020 saylı qərardadı ilə Borclu1 və Borclu2 məxsus aşkar edilmiş əmlaklara dorc məbləği həddində tələbin yönəldilməsinə, əmlakın açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimat rədd edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)-205/2020 saylı qərardadı əsassızdır, qərardad ləğv olunmalı və Ağsu rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, qərardadda göstərmişdir ki, borclunun əmlakı üzərinə həbsin qoyulması tədbirinin mümkünlüyü əsaslandırılmamışdır. İcra məmuru məhkəmə iclasında iştirak etməyərək təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutlər məhkəməyə təqdim etməmişdir. Qeyd edirik ki, Ağsu rayon Məhkəməsinin 2(016)-101/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu1, Borclu2 və X4 cəmi 45191.14 ABŞ dolları məbləğində borcun tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə verilməli, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti “Sərraf’MMC tərəfindən 70000 manat qiymətləndirilmiş, hərrac “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən həyata keçrilmiş, hərraclar baş tutmadığından əmlak 44625 manata banka təklif edilmiş və əmlak əldə edilmişdir. İcra sənədi üzrə borcdan 44625 manat çıxıldıqdan sonra qalıq 18966.26 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi, yekun məhkəmə aktının qəbul olunmasından xeyli müddət keçməsinə baxmayaraq icra sənədi hələ də icra olunmamışdır. Bu səbəbdən də icra məmuru haqlı olaraq əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə qərardadında əsassız olaraq təqdimatı rədd etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, icra məmuru tərəfindən borclular icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu üzürsüz səbəbdən icra məmurunun çağrışma gəlməmişdir. Keçən müddət ərzində isə borclular tərəfindən könüllü qaydada icra sənədi üzrə hər hansı bir məbləğ ödəniş edilməmiş, ödəniş yalnız keçdirilmiş və baş tutmamış hərrac vasitəsi ilə edilmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş Tələbkar QSC-nin nümayəndəsi X1 Ağsu Rayon Məhkəməsinin 8(016)-205/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, Tələbkar QSC-nin nümayəndəsi, borclular Borclu1, Borclu2 və X6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərаrdаdı ləğv edilməli, yeni qərardad qəbul edilməklə təqdimat təmin edilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı saymır. İşdə olan 77131/2017-49-4 nömrəli icra işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemində Borclu1 adına ********** qeydiyyat nömrəli, **********61- 06301 reyestr nömrəli qeyri-yaşayış binası və ********** qeydiyyat, **********90-10301 reyest nömrəli fərdi yaşayış evi vardır. Borclu1 adına Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, qeydiyyatın tarixi xx.xx.2018-ci il çıxarışın surətindən görünür ki, Borclu2 adına Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında 0.0476 ha həyətyanı torpa sahəsi qeydə alınmışdır. İşdə olan Tələbkar QSC-nin nümayəndəsi tərəfindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 908 saylı məktubdan görünür ki, xx.xx.2019cu il tarixdə keçirilən hərracın nəticələri haqqında protokola əsasən Borclu2 mülkiyyətində Ağsu şəhəri Əfzələddin Xəqani küçəsində 0.004 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 106.3 kv.m yaşayış, 208.5 kv.m yardımçı sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi 44625 manata bankın balansına götürülmüş və 42.70 manat dövlət rüsumuna, 26224.88 ABŞ dolları kreditə ödınilib. xx.xx.2020-vi il tarixə qalıq borcu 18966.26 ABŞ dolları təşkil edir ki, icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsi xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2002-ci il tarixli 89 nömrəli Qərarının 1-ci bəndinə görə, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə qərarının icra olunmaması qanunla muəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu rayon Məhkəməsinin 2(016)-101/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu1, Borclu2 və X3 müştərək qaydada 45191.14 ABŞ dollar məbləğində borc alınıb Tələbkar QSC-nin hesabına ödənilməlidir. Tutma Borclu2 mülkiyyətində olan Ağsu şəhəri, Ə.Xəqani küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış yerinə yönəldilərək açıq hərracda satılmalıdır və satışdan əldə edilmiş məbləğ Tələbkar QSC-nin hesabına ödənilməlidir. Satışdan əldə olunan vəsait yetərli olmadıqda borcun qalıq hissəsi borclular Borclu1, Borclu2 tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduğdan sonra tərəflərindən müvafiq qaydada icraya yönəldilmişdir. Mübahisəli mənzil “Sərraf’ MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 70.000 manat məbləğində qiymətləndirlmişdir. “xxxx” Şirkətlər Qrupu MMC-nin xx.xx.2019-cu il tarixli Hərracın təşkilinin yekunları haqqında 48 saylı protokulundan məlum olmuşdur ki, hərracın keçirilməsi başa çatmışdır. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 15 % endirimlə 59 500 manat, Tələbkar QSC-nin xx.xx.2019-cu il tarixli 4374 saylı məktubuna əsasən 25% aşağı olan qiyməti 44 625 manat qiymətlə Tələbkar QSC qalib alıcı olmuşdur. Daha sonra Tələbkar QSC Ağsu rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə 18.966.26 ABŞ dolları borcun borclular Borclu1 və Borclu2 alınıb verilməsini tələb etmişdir. Tərəflərindən borclulara şifahi və yazlı formada dəfələrlə müraciət edilməsinə baxmayaraq 18.966.26 ABŞ dolları borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdırlar. 77131/2017-49-4 nömrəli icra işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemində Borclu1 adına ********** qeydiyyat nömrəli, **********61-06301 reyestr nömrəli qeyri-yaşayış binası və ********** qeydiyyat, **********90-10301 reyest nömrəli fərdi yaşayış evi vardır. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Borclu1 adına Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında yerləşən 0.0476 ha həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, qeydiyyatın tarixi xx.xx.2018-ci il çıxarışın surətindən görünür ki, Borclu2 adına Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında 0.0476 ha həyətyanı torpa sahəsi qeydə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Tələbkar QSC-nin nümayəndəsi X2 hazırki iş üzrə qərardadın ləğv edilməsi ilə bağlı şikаyət verməkdə haqlı olmuşdur. Ümumilikdə şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olduğundan şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərаrdаdı ləğv edilməli, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyevin borclular Borclu1 və Borclu1 məxsus aşkar olunmuş borc məbləği həddində tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimatı təmin edilməli, Borclu1 adına olan ********** qeydiyyat nömrəli, **********61-06301 reyestr nömrəli qeyri-yaşayış binasına və Borclu2 məxsus Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında 0.0476 ha həyətyanı torpa sahəsinin üzərinə həbs qoyulmalı, tələb həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə yönəldilməli, həmin qeyri-yaşayış binasının və torpaq sahəsinin satılması hesabına borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-205/2020 nömrəli qərardadı ləğv edilsin. Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyevin borclular Borclu1 və Borclu1 məxsus aşkar olunmuş borc məbləği həddində tələbin həmin əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi barədə təqdimatı təmin edilsin. Borclu1 adına olan ********** qeydiyyat nömrəli, **********61-06301 reyestr nömrəli qeyri-yaşayış binasına və Borclu2 məxsus Ağsu şəhəri, Ziya Bünyadov küçəsi, 5-ci paralel, 4 ünvanında 0.0476 ha həyətyanı torpa sahəsinin üzərinə həbs qoyulsun, tələb həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə yönəldilsin, həmin qeyri-yaşayış binasının və torpaq sahəsinin satılması hesabına borc ödənilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-13/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-13/2021
01.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver