Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-13/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı “icra sənədinin qaytarılması barədə 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair” qərаrdаdındаn Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Tələbkar X1 Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 Şəki Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(177)-344/2022 saylı icra sənədi üzrə icra sənədinin qaytarılması barədə 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsində bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətanməsi ilə onun 09 yanvar 2010-cu il təvəllüdlü qızı Nəzrinlə birlikldə cavabdeh Maraqlı şəxs1 yaşadığı evə köçürlməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Məhkəmələrdə həmin işlərə baxılanadək həm Mingəçevir Şəhər Məhkəməsi, həm də Şəki Apelyasiya Məhkəməsinin Mülkİ Kollegiyasının hakimləri mübahisəli torpaq sahəsində olmuş orada olan tikilinin şəkil və videogörüntüsü iş materialına əlavə olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 02 iyun 2022-ci il tarixdə icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrasına mane olmaq üçün Maraqlı şəxs1 evin hər tərəfini söküb dağıtmışdır. O, evin əvvəlki vəziyyətini əks ütdirən videogörüntünü icra məmuruna təqdim edərək X8 barəsində tədbir görülməsini xahiş etsə də, icra məmuru Maraqlı şəxs2 22 noyabr 2022-ci il tarixli qərarla icra sənədini geri qaytarmışdır. Ona görə də Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 Şəki Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(177)-344/2022 saylı icra sənədi üzrə icra sənədinin qaytarılması barədə 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci intansiya məhkəməsinin iclasında Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs2 verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətanməsi ilə X2nın 09 yanvar 2010-cu il təvəllüdlü qızı Nəzrinlə birlikldə cavabdeh Maraqlı şəxs1 yaşadığı evə köçürlməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra icra tədbirləri həyata keçirilmişdir. Tələbkara qeyd olunan yaşıayış evinə köçülmək təklif edilmiş lakin tələbkar evə köçməkdən imtina etmişdir. Bu səbəbdən o, xx.xx.2022-ci il tarixdə icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmişdir. Hesab etmişdir ki, onun qərarı qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs2 Şəki Apelyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(177)-344/2022 saylı icra sənədi üzrə icra sənədinin qaytarılması barədə 22 noyabr 2022-ci il tarixli qərarının ləğv olunması qərara alınmışdır. Mingəçevir şəhər İcra və X5 Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(051)-8/2023 saylı qərardadı mütləq formada ləğv edilməlidir. Belə ki, icra tədbiri xx.xx.2022-ci il tarixə təyin olunaraq tərəflərə məlumat verilmişdir. Təyin olunan vaxtda tərəflər icra yerinə gəlmiş və müəyyən edilmişdir ki, mübahisəli ev yaşayış üçün yararsızdır. Belə ki, evin qapısı, pəncərələri, döşəməsi və tavanı sökülmüş vəziyyətdədir, tualet və hamamı yoxdur. Tələbkar R.Salmanova evin qapısı, pəncərələri, döşəməsi, tavanı, tualet və hamamının Maraqlı şəxs1 tərəfindən təmir olunduqdan sonra evə köçəcəyini bildirmişdir. Tələbkar R.Salmanova Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, icra sənədində nəzərdə tutulmayan tələb irəli sürməsinin qətnamənin mahiyyətinə zidd olduğu onun diqqətinə çatdırılmışdır. Həmin tələb ilə bağlı yalnız mülkü mühakimə icraatı qaydasında iddia qaldırmaq yolu ilə vurulan ziyanın kompensasiya ödənilməklə aradan qaldıra biləcəyinin mümkünlüyü izah edilmişdir. Daha sonra icra sənədinin məcburi icrası xx.xx.2022-ci il tarixə təyin olunmuş, bu barədə tərəflərə yenidən məlumat göndərilmişdir. Təyin olunan vaxtda borclu Maraqlı şəxs1 icra yerinə gəlsə də, tələbkar R.Salmanova təyinat məktubu üzrə ünvana gəlməkdən boyun qaçırmış və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra məmuru tələbkarla telefon əlaqəsi saxlamış, sonuncu isə ev təmir olunmasa, ora köçməyəcəyini bir daha israrlı şəkildə bildirmişdir. Yenidən icra sənədinin icrasını həyata keçirmək məqsədilə xx.xx.2022-ci tarixə təyin olunmuş, tərəflərə məlumat verilmişdir. Təyin olunan vaxtda tərəflər icra yerinə gəlmiş, lakin tələbkar yenə də evin Maraqlı şəxs1 tərəfindən təmir olunduqdan sonra evə köçəcəyini bildirmişdir. Tərəflərə göndərilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli təyinat məktublarında tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə “İcra Haqqında” AR Qanununun 23.1.5-ci maddəsinə əsasən geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Belə ki, məhkəmə hüquqi mövqəyini məhs onunla əsaslandırmışdır ki, tələbkarın həmin mənzilə köçmək istəyi var və bu halı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xitam haqqında qərarının ləğvi barədə məhkəməyə ünvanlanmış şikayətlə əlaqədar hesab edir. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 8(051)-8/2023 saylı qərardadı icraat materiallarında göstərilən dəlillərlə ətraflı tətqiq edilməmişdir. Belə ki, rəsmi xəbərnaməli məktub ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli təyinat məktubları tələbkar və onun yaxın qohumu hesab edilən Salmanova Xədicə tərəfindən alınmasına baxmayaraq icra hərəkətlərinin keçirdiyi yerə gəlməkdən imtina etmiş və bununla dövlətin adından çıxarılan məhkəmə qətnaməsinin icrasına öz hərəkətsizliyi ilə birbaşa maneə yaratmışdır. Lakin rəsmi xəbərnaməli məktubun tələbkar tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamış, qərardan verilən şikayəti əsas götürərək işin materiallarına məcmu halında hüquqi qiymət verməmişdir. Məhkəmənin nəzərə almadığı digər bir hal ondan ibarətdir ki, tələbkar dəfələrlə mənzilə köçməməsini mənzildə yaşayış şəraitinin olmaması ilə əlaqələndirmiş və bu hal icraat materialarında olan fakt təsdiq edici aktlarla öz təsdiqini tapmışdır. Əlavə olaraq bildirmişdir ki, icra sənədində göstərilən tələb aydın və səlist şəkildə ifadə edilmişdir. Belə ki, icra sənədi üzrə nəzərdə tutulan tələb tələbkarın mənzilə köçürülməsini təmin etməkdir, borclunun vəzifə öhdəliyi isə köçürülməyə maneə yaratmamaqdır. Belə hal isə aşkar edilməmişdir. Borcludan icra sənədində nəzərdə tutulmayan tələbin təmin edilməsi, yəni mənzilin abadlaşdırılması və yaxşılaşdırlması ilə bağlı tələblər irəli sürülməsi, bu tələblə bağlı hər hansı protokol tərtib edib məhkəməyə təqdim edilməsi yol verilməzdir və səlahiyyət həddinin aşılmasıdır. Belə ki, məhkəmənin yol vermiş pozuntu məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsidir və bu hallar gələcəkdə məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsini zəruri edir. Ona görə də həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-344/2022 saylı qətnaməsi ilə X6 xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə cavabdeh Maraqlı şəxs1 məxsus torpaq sahəsində yerləşən Mingəçevir şəhər Kənar küçəsinin 7-ci döngəsində yerləşən evə köçürlməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi icra məmuru Maraqlı şəxs2 icraatına verilmiş, icra məmuru icra sənədini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş, tələbin könüllü icrası barədə borclu Maraqlı şəxs1 bildiriş göndərmiş, icra sənədinin icrasını təmin etmək üçün müəyyən icra tədbirləri görülmüşdür. Məhkəmə Mübahisəli torpaq sahəsində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Mingəçevir şəhər Kənar küçəsində yerləşən yaşayış evində yaşayış üçün lazım olan şəraitin olmadığı aşkar edilmişdir. Lakin məhkəmə hesab edir ki, istənilən halda tələbkarın qeyd olunan yaşayış evinə köçürülməsi zəruridir. Tələbkarın məhkəməyə ünvanlandığı şikayət ərizəsindən də görünür ki, tələbkar qeyd olunan icra sənədinin icra edilməsini və yaşayış sahəsinə köçmək istədiyini bildirmişdir. Belə ki, bunla bağlı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-344/2022 saylı qətnaməsi mövcuddur. Qeyd olunan qətnamə dövlətin adından çıxarılıb və onun icra edilməsi məcburidir. Ona görə də tələbkarın qətnamə üzrə təmin edilmiş tələbi qeyri şərtsiz icra edilməli və onun hüquqları bərpa edilməli, X2 xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə cavabdeh Maraqlı şəxs1 məxsus torpaq sahəsində yerləşən Mingəçevir şəhər Kənar küçəsinin 7-ci döngəsində yerləşən evə köçürülməlidir. Bundan başqa iş materialında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-344/2022 saylı qətnaməsi ilə X6 xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə cavabdeh Maraqlı şəxs1 məxsus torpaq sahəsində yerləşən Mingəçevir şəhər Kənar küçəsinin 7-ci döngəsində yerləşən evə köçürlməsi qət edilmişdir. İş materialında olan icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il, 2(107)-344/2022 saylı tarixli icra sənədi Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. “İcra haqqında” Azəbaycan Respublikasının qanunun 12-ci maddəsində göstərilir ki, bu qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin qanunun 23.1.5-ci maddəsinə əsasən, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədi onu vermiş məhkəməyə qaytarılır. Tələbkarın icra sənədinin icrasına mane olan hallar müəyyən edilməmişdir. Göründüyü kimi, icra məmuru qanunun sözü gedən normasının tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tаrixli, 8(051)-8/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8(107)-13/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-13/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver