Məhkəmə qərarları › İş №8(107)-14/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-14/2020

24.02.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-14/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, borclu Əliyev Elnur İdris oğlunun və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-280/2018 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Əliyev Elnur İdris oğlunun ərizəsinin təmin edilməməsi barədə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərardadından borclu Əliyev Elnur İdris oğlu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu Əliyev Elnur İdris oğlu Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsinə yəni, borc üzrə 6,348 manat borcun tələbkar “xxxx” ASC-ə ödənilməsinin hissə-hissə hər ay 100 manay həddində ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, tələbkar “xxxx” ASC barəsində ədalətsiz qərarın qəbul edilməsinə nail olduğundan 6378 manat onun üzərində qalmışdır. Halbuki o, heç bir inzibati xətanı törətməmişdir. Vurulan ziyan onun tərəfindən edilməmişdir. Qeyri-obyektiv araşdırılma nəticəsində bu həddə məbləğ 8-10 ildən sonra qaldırılaraq əsassız olaraq üzərinə yüklənilmişdir. O, dövlət adından çıxan qətnaməni icra etmək məcburiyyətindədir. Hal-hazırda mübahisə predmeti olan 6348 manat onun tərəfindən ödənilməli olduğundan, o, dövlət adından çıxan qətnaməni icra etməyə məcbur olduğundan, həmin ödənişdən imtina etmir. Bu barədə icra orqanına da bildirmişdir. Ancaq qətnamənin icra edilməsini hissə-hissə yerinə yetirmək istəyir. Ödəməni tam ödəyə bilmədiyindən, bütün bunlara cavab verməyən maddi imkansızlığı, xəstə azyaşlı uşağının olmaması səbəbindən o, hazırda eyni tələblə məhkəməyə müraciət edir. Çünki başqa imkanı mövcüd deyildir. İş axtaran kimi məşğulluq mərkəzinə müraciət etmişdir. Qeydiyyata alınmışdır. Biz azyaşlı uşağı var. Son dərəcə çətin və ağır şəraitdə yaşayır. Yaşamağa nə evi, nə də hər hansı bir əmlakı mövcüd deyildir ki, o, qeyd olunan rüsumlardan da yayınmayaraq qətnamə üzrə borcu ödəmək istəyir. Bu səbəbdən də onun ailə və yaşayış şəraitini, maddi imkansızlığını, işsizliyini, bir azyaşlı uşağının olmasını, ailəli olmasını, heç bir əmlakının və qazancının olmadığını nəzərə almaqla, qətnamənin hissə-hissə icra edilməsinə hər ay tərəfindən 100 manat ödənilməklə bu məbləğin tamamilə ödənilməsi üçün müvafiq qətnamə qəbul edilməsini istəyir. Birinci instansiya məhkəməsinin iclasında borclu Əliyev Elnur İdris oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar keçirilən birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar “xxxx” ASCnin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə birinci instansiya məhkəməsi ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxx 2020-ci il tarixli, 8(039)- 2/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-280/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Əliyev Elnur İdris oğlunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan borclu Əliyev Elnur İdris oğlu məhkəməyə şikayət təqdim edərək Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin icraatının təzələnməsinə, tələbin təmin edilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını xx xxxxxx 2020-ci il tarixdə almışdır. Qanunla müəyyən olunmuş müddəti ötürmədən şikayətini göndərmişdir. Borclu olaraq o, Əliyev Enur İdris oğlu Yevlax Rayon Məhkəməsinə ərizəm ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsinə yəni, borc üzrə 6,348 manat borcun tələbkar “xxxx” ASC-ə ödənilməsinin hissə-hissə hər ay 100 manat həddində ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2018 №-li, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinı dair borclu o, Əliyev Elnur İdris oğlunun ərizəsi təmin edilməmişdir. O, hazır ki, şikayətlə müraciət edərək barəsində çıxarılmış məhkəmə qətnaməsi ilə razı deyil. İddaçı xxxx ASC-i barəsində ədalətsiz qərarın qəbul edilməsinə nail olduğundan, 6,348 manat onun üzərində qalmışdır. Halbu ki, o, heç bir inzibati xətanı törətməmişdir. Vurulan ziyan onun tərəfindən edilməmişdir. Qeyri-obyektiv araşdırılma nəticəsində bu həddə məbləğ 8- 10 ildən sonra qaldırılaraq əsassız olaraq üzərinə yüklənilmişdir. O, dövlət adından qətnaməni icra etmək məcburiyyətindədir. Halhazırda mübahisə predmei olan 6348 manat onun tərəfindən ödənilməli olduğundan, o, dövlət adından çıxan qətnaməni icra etməyə məcbur olduğundan, həmin ödənişdən imtina etmir. Bu barədə icra orqanına da bildirmişdir. Ancaq qətnamənin icra edilməsini hissəhissə yerinə yetirmək istəyir. Ödəməni tam ödəyə bilmədiyindən, bütün bunlara cavab verməyən maddi imkansızlığıdır, xəstə azyaşlı uşağının olması səbəbindən o, hazırda eyni tələblə məhkəməyə müraciət edir. Çünki başqa cür imkanı mövcüd deyildir. İş axtaran kimi məşğulluq mərkəzinə müraciət etmişdir. Qeydiyyata alınmışdır. Bir azyaşlı uşağı var. Son dərəcə çətin və ağır şəraitdə yaşayır. Yaşamağa nə evi, nə də hansı bir əmlakı mövcüd deyildir ki, o, qeyd olunan pul məbləğini birdəfəlik ödəsin. Əsl reallıq və həqiqət odur ki, o, bu çətin vəziyyətdə müəyyən olunan rüsumlardan da yayınmayaraq qətnamə üzrə borcu ödəmək istəyir. Bu səbəbdən də, onun ailə və yşayış şəraitini, maddi imkansızlığını, işsizliyini, bir azyaşlı uşağının olmasını, ailəli olmasını, heç bir əmlakının və qazancının olmamasını nəzərə almaqla, qətnamənin hissə-hissə icra edilməsi üçün müvafiq qətnamə qəbul edilməsini istəyir. Yevlax Rayon Məhkəməsi qeyd etdiyi hallarla bağlı ədalətli mövqe ortaya qoymamışdır. O, həm ədalətsizliyin qurbanı olmuş, həmdə çətin və ağır vəziyyətində bu həddə məbləği ödəsin. O, ödənişdən imtina etmir. Ancaq ödəmək üçün hissə-hissə ödəmə üçün ona şərait yaradılmasını istəyir. Bütün bunların zəminində məhkəmə tərəfindən qeyd etdiyin hallara məhkəmə müstəvisində qiymət verilməsini istəmişdir. Qanunların yol verdiyi bu güzəştli qaydalardan istifadə etmək onun da haqqıdır. Hesab edir ki, bu kimi hallardan onun məhrum edilməsi onun hüquqlarını pozur. Ona görə də, o, Yevlax Rayon Məhkəməsinin hazır ki, qərardadı ilə razı deyil, həmin qərardadın şikayət edərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini istəyir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərardadı ilə, iş üzrə borclu Əliyev Elnur İdris oğlunun Yevlax Rayon Məhkəməsinin 8(039)-2/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayət, mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu Əliyev Elnur İdris oğlu və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Tələbkar “xxxx” ASC-nin və Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndələri lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-280/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, borclu Əliyev Elnur İdris oğlundan 6,348 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,378 (altı min üç yüz yetmiş səkkiz) manat tələbkar “xxxx” ASC xeyrinə tutulması qət edilmişdir. İşdə olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 3538 saylı, xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Əliyev Elnur İdris oğlunun ünvanına xəbərdarlıq göndərilmişdir. İşdə olan xx xxx 2009-cu il tarixli AZ-l 483018 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, Əliyev Elnur İdris oğlu ilə Hüseynova Ülviyyə Yusif qızı xx xxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşdə olan xx xxxxxxx 2019-cu tarixli, AZ-İV 345985 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, Əliyev Emil Elnur oğlu xx xxxxxxx 2019-cu il tarixdə anadan olmuş, atası Əliyev Elnur İdris oğlu, anası Əliyeva Ülviyyə Yusif qızıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-280/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, borclu Əliyev Elnur İdris oğlundan 6,348 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,378 (altı min üç yüz yetmiş səkkiz) manat tələbkar “xxxx” ASC xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra bu barədə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyəti üzrə Yevlax Rayon İcra Şöbəsinə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Əliyev Elnur İdris oğlu qətnamə üzrə qət edilmiş məbləği tələbkar “xxxx” ASC-ə bir dəfəyə ödəyə bilmədiyi üçün borclu Əliyev Elnur İdris oğlu hazırki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu Əliyev Elnur İdris oğlu qətnamə üzrə olan borcunu hissə-hissə hər ay 100 manat olmaqla ödəməsi bütövlükdə borcun təxminən 5 il 3 aya başa çatması deməkdir. Bu isə tələbkar “xxxx” ASC-nin müəyyən hüquqlarının pozulmasına səbəb ola bilər. Borclu Əliyev Elnur İdris oğlunun borcun ödənilməsi ilə bağlı real imkansızlığı barədə ərizəsində irəli sürdüyü xüsusatlar ərizənin təmin olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-280/2018 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Əliyev Elnur İdris oğlunun ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsində göstərilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirilməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra qurumunun rəhbərlərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üslunun və qaydasının dəyişdirilməsi haqqında işə baxılmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, bоrclu Əliyev Elnur İdris oğlunun şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bоrclu Əliyev Elnur İdris oğlunun Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-2/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar