Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-14/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərardaddan verilən şikayətə dair (Açar sözlər: Qərarın ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(033)-5/2023 nömrəli qərardadından Borclu verdiyi şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın ləğv edilməsi, icra tədbirləri davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsinə əsasən, ilk iddia qismən təmin edilərək iddiaçı X4 və ailə üzvlərinin iddiaçı Borclu Abdurəhman oğlu və digərlərinə məxsus Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən 110 m2 torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin sonunculara təhvil verilməsi, o cümlədən, qarşılıqlı iddianın təmin edilərək, Borclu Abdurəhman oğlu və digərləri tərəfindən iddiaçı X4 və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən torpaq sahəsində icazəsiz inşa edilmiş mağaza binasının sökülməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsi icra edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli "Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərarına əsasən, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o və ailə üzvləri mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirmişdir, (çıxarışlar və texniki sənədlərə şikayətə əlavə olunur). Hesab edir ki, hazırki vəziyyətdə Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)- 192/2018 iş nömrəli qətnaməsinin icra edilməsi üçün qarşılarında heç bir maneə yoxdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-5/2023 saylı qərardadı ilə, X1nun ərizəsinin təmin edilməsi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilməsi, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018cı il tarixli 2(033)-192/2018 nömrəli icra vərəqəsinin yenidən icraya yönəldilməsi, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-cı il tarixli 2(033)-192/2018 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-5/2023 saylı qərardadından Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(033)-5/2023 nömrəli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini, əks halda şikayətin işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(033)-5/2023 saylı qərardadından Borclu verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci, 23.3-cü, 23.7-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ona qarşı səmimiyyətsizlik etmiş, bu zaman məhkəməyə dəvət etməmiş, bir vətəndaş kimi söz azadlığını, özünü müdafiə etməyinə dair konstitusiya hüququnu nəzərə almamışdır. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Qeyd etməyi özünə borc bilir ki, məhkəməyə bu xüsusiyyət üzrə ilk olaraq ərizə ilə tələbkar müraciət etmiş, bütün sübut və dəlilləri o, təqdim etmiş, nəticədə məhkəmənin yekun qətnaməsindən də narazı qalaraq hər dəfə onun icrasına əngəllər törətmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-l539/2019 olan məhkəmə qərardadı ilə DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü planına əsasən üçüncü şəxs mülkiyyətində olan 0,2591 ha torpaq sahəsinin bağışladığı hissələrinin bölgüsü tərtib edilmişdir ki, bölgü planı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, bölgü planı inzibati orqan tərəfindən imza və möhürlə təsdiq edilməmiş, inzibati orqan tərəfindən qəbul edilən publik hüquq sahəsinə aid olan məsələni həll etməmiş və hakimiyyət tədbiri olmamaqla inzibati icraat haqqında qanunun tələbləri baxımından inzibati aktın məzmumuna dair tələblərə cavab vermir. Göründüyü kimi mübahisələndirilən bölgü planı inzibati akt hesab edilmir. Zaqatala Rayon Məhkəməsinin İcra və Probasiya şöbəsi məhkəmə qərarını icra etmək mümkün olmadığına görə geri qaytarmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(033)-70/2019 nömrəli qərardadı ilə işə yenidən baxılmışdır. Qərara alınmışdır ki, iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhədin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi götürülməklə həmin sərhəddən ölçülərək, hesablanaraq 110 kv.m torpaq sahəsi digər tərəfə verilərək rəsmiləşdirilməli və bundan sonra icazəsiz tikilmiş mağaza binası sökülməlidir. Tələbkarın atasına məxsus həyətyanı torpaq sahəsinə torpağa mülkiyyət hüququna dair Zaqatala Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 79 saylı qərarı ilə verilmiş JN 402 F Kod ********* olan şəhadətnamədən aydın olur ki, topaqrafik sxemdə qonşuluqlar arasındakı sərhədi A şərti işarəsi ilə başlamaqla B şərti işarəsində qurtarır, Topoqrafik sxemdə bu düz xətdən başqa heç bir əlavə zəbt olunmuş torpaq sahəsi yoxdur. Tələbkar sonradan atasından miras qalmış həyətyanı torpaq sahəsinin sol tərəfindən kəndin mərkəzi yolunun kənarından sosial obyektin tikintisi üçün saxladıqları 110 kv.m ehtiyat torpağı özbaşına, sənədsiz qanunsuz oğurlayaraq, zəbt edərək kağız üzərində iki qonşu arasına yerləşdirərək daha bir cinayət törətməklə mağaza binasını sökmək üçün çalışmışdır. Məlum olmuşdur ki, bu 110 kv.m torpağın kimə məxsus olması bilinmir, sahibi yoxdur. Qeyd etmək istəyir ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, məhkəmənin 19 mart 2018-ci il tarixli icra sənədininin icrasını mümkünsüz edən hallar aradan qalxmışdır. Lakin bu yalan bir ifadədir. Məhkəmənin icra sənədinə əsasən həmin 110 kv.m torpaq sahəsi ona təhvil verilərək rəsmiləşdirildikdən sonra mağaza binası sökülə bilər. Lakin məhkəmə isə hazırkı qərardadında qeyd etmişdir ki, mübahisəli 110 kv.m torpaq sahəsi Şixamir Əhmədovun və Roman Əhmədovun adma rəsmiləşdirilmişdir. Digər tərəfdən isə yazır ki, tikilmiş mağaza binası sökülməlidir. Hər iki icra hərəkəti eyni vaxtda həyata keçirilməlidir. Onun adına hər hansı bir 110 kv.m torpaq sahəsi rəsmiləşdirilməmişdir, Onun adına cavabdehdə olan torpaq sahəsi rəsmiləşdirilməmiş mağaza binası sökülə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(035)-5/2023 saylı qərardadının ləğv edilməsini xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun; 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərar çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 14.1-ci mаddəsinə əsаsən, icrа sənədində göstərilmiş tələblər аydın оlmаdıqdа, icrа məmuru həmin icrа sənədinin verilməsi üçün əsаs оlmuş qərаrın, hаbelə qаnunа əsаsən icrа sənədi sаyılаn sənədin izаh оlunmаsı bаrədə müvаfiq məhkəməyə və yа digər оrqаnа ərizə ilə mürаciət etmək hüququnа mаlikdir. 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarı: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(035)-5/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını zəruri hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismə Verilən şikayətdə Borclu qeyd etmişdir ki məhkəmə işə baxarkən ona qarşı səmimiyyətsizlik etmiş, bu zaman məhkəməyə dəvət etməmiş, bir vətəndaş kimi söz azadlığını, özünü müdafiə etməyinə dair konstitusiya hüququnu nəzərə almamışdır. Mülki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları özündə əks məhkəmə bildirişi göndərilsə də, Borclu bu barədə məlumat verilməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda qeyd edilmişdir ki, borclu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunda Borclu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırıldığı qeyd edilsə də, buna dair hər hansı bir sənəd mülki iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Lakin hazırki mülki iş üzrə məhkəmə Borclu məhkəmə iclasında iştirakını təmin etməyərək, çəkişmə prinspinə əməl etməmiş, Borclu məhkəmə müdafiəsi hüququnun pozulmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası şikayətin 110 kv.m torpaq sahəsinin Borclu adına rəsmiləşdirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, Zaqatala Rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 saylı qətnaməsində X4 və ailəsinin ilk iddia üzrə iddiaçılar Borclu və qeyrilərinə məxsus Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 110 kv/m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı cavabdehlərə təhvil verilməsi, həmin qətnaməyə izah verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 8(033)70/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadında isə iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhəddin başlanğıc nöqtəsindən başlanılmaqla, həmin sərhəddin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi göstərilməklə, həmin sərhəddən ölçülərək hesablanaraq, 110 kv/m torpaq sahəsinin digər tərəfə verilərək rəsmiləşdirilməsi və bundan sonra icazəsiz tikilmiş mağaza binasının sökülməsi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsində və onun izahına dair qərardadda X3 və yaxud onun ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsinin bölünməsi, ayrılması, rəsmiləşdirilməsi deyil, 110 kv/m torpaq sahəsinin mübahisənin qarşı tərəfinə, yəni Borclu və qeyrilərinə verilməli olması və bundan sonra icazəsiz tikilmiş mağaza binasının sökülməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarından X1nun şikayət ərizəsinin təmin edilməsi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-5/2023 saylı qərardadı ləğv edilərək, yuxarıda qeyd olunan məsələlər arşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(033)-5/2023 saylı qərardadı ləğv edilsin, şikayət prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-14/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-14/2023
07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver