Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-15/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, Tələbkar QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ağsu rayon İcra və probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov – Borclu oğluna məxsus VOLKSWAGEN TOUAREG minik markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması və borcun ödənilməsi məqsədi ilə hərrac vasitəsi ilə satılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimаt təmin edilməmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar QSC tərəfindən şikayət verilmişdir. Tələbkarın şikayətində qeyd edilmişdir ki, Ağsu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)-209/2020 saylı qərardadı ilə Borclu məxsus “Volkswagen Touareg” markalı **-HV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə borc həcmində həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələb olunan məbləğin üzərinə həbs qoyulmuş əmlak hesabına ödənilməsinə dair təqdimat rədd edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(016)-209/2020 saylı qərardadı əsassızdır, qərardad ləğv olunmalı və Ağsu rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, qərardadda göstərmişdir ki, borclunun əmlakı üzərinə həbsin qoyulması tədbirinin mümkünlüyü əsaslandırılmamışdır. İcra məmuru məhkəmə iclasında iştirak etməyərək təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutlar məhkəməyə təqdim etməmişdir. Qeyd edilir ki, Ağsu rayon Məhkəməsinin 2(016)-101/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X4, Borclu və X5 cəmi 45191.14 ABŞ dolları məbləğində borcun tutularaq Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə verilməli, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti “Sərraf’MMC tərəfindən 70000 manat qiymətləndirilmiş, hərrac “xxxx” Şirkətlər Qrupu MMC tərəfindən həyata keçrilmiş, hərraclar baş tutmadığından əmlak 44625 manata banka təklif edilmiş və əmlak əldə edilmişdir. İcra sənədi üzrə borcdan 44625 manat çıxıldıqdan sonra qalıq 18966.26 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi, yekun məhkəmə aktının qəbul olunmasından xeyli müddət keçməsinə baxmayaraq icra sənədi hələ də icra olunmamışdır. Bu səbəbdən də icra məmuru haqlı olaraq əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə qərardaddmda əsassız olaraq təqdimatı rədd etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, icra məmuru tərəfindən borclular icra sənədinin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu icra məmurunun çağrışına gəlməmişdir. Keçən müddət ərzində isə borclular tərəfindən könüllü qaydada icra sənədi üzrə hər hansı bir məbləğ ödəniş edilməmiş, ödəniş yalnız keçdirilmiş və baş tutmamış hərrac vasitəsi ilə edilmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(016)-209/2020 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar QSC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək, təqdimatın təmin olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq borclular və Ağsu rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Məhkəmə kollegiyası tələbkarın şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbayc Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Şikayət, həmçinin sözügedən təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutlar istər birinci instansiya məhkəməsinə istərsə də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-2873/2019-cu il tarixli qərardadı ilə ekspert rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmış, Ağsu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il mrixli, 2(016)-718/2020-cu il tarixli qərardadı ilə “xxxx” ASC-nin iddianı təmin etmə tədbiririnin görülməsi barədə ərizəsi təmin edilməmişdir. Yəni qeyd edilən Borclu oğluna məxsus VOLKSWAGEN TOUAREG minik markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin daşınar əşya ipoteka ilə yüklü edildiyi halda Tələbkar QSC-in şikayəti təmin edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Tələbkar QSC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 8(016)-209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-15/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-15/2021
25.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver