Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-16/2020 02.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, tələbkar X1, Borclu Vəliyevnanın iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci iltarixli, 8(024)-10/2020 nömrəli qərardadından Borclu Vəliyevna tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu Vəliyevna ərizə ilə məhkəməyə müraciət edərək, heç bir yerdə işləməməsini, adına avtomobilin, hər hansı bir daşınmaz əmlakın, banklarda pul vəsaitinin və digər qiymətli əşaların olmamasını, ailə və maddi vəziyyətini və borcunu bir dəfədə ödəmək imkanının olmadığını nəzərə alaraq, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (107)-141/2019 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbkar Qax rayon Qaxbaş kənd sakini Tələbkar ödəməli olduğu borcunun ödənilməsinə möhlət verilməsi və hissə-hissə icra edilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxxxx 2020-ci il tarixli, 8(024)- 10/2020 saylı qərardadı ilə Borclu Vəliyevna Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2 (107)-141/2019 saylı icra vərəqəsinin hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Borclu Vəliyevna şikayət verərək, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-10/2020 saylı qərardadını ləğv edib, hazırki şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, uşağı və nəvəsi ilə birlikdə Qax rayonu Qaxbaş kəndində valideynlərinə məxsus köhnə evdə yaşayır. Heç yerdə işləmir, əlavə gəliri yoxdur. Yalnız yay vaxtı tələb olunan evlərdə təmizlik işləri görür. Maddi imkanı olmadığı üçün həmin borcu bir dəfəyə ödəmək iqtidarında deyildir. O, borcu yalnız hissəhissə ödəyə bilər. Lakin məhkəmə bunu nəzərə almamış və əsassız olaraq onun ərizəsini rədd etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-10/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu Vəliyevna şikayətini müdafiə edərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olur. Lakin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği birdəfəyə ödəmək iqtidarında deyil. Ona görə də maddi vəziyyətinin nəzərə alınmaqla şikayətinin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X2 şikayətə etiraz edərək bildirmişdir ki, borclu neçə illərdir ki, onu məhkəmə yollarında qoyub. Borclunun həmin pulu ödəməyə kifayət qədər imkanı var. Ona görə də şikayətə etiraz edire və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatını və şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-10/2020 qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu Vəliyevnanın şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-10/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-16/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-16/2020
02.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver