Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-16/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Ağsu Rayon Məhkəməsinin 8(016)-210/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu rayon İcra və probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov – Borclu1 oğluna məxsus “Mersedes Benz C180” minik markalı, ** HG *** və “X2” Yük markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulması və borcun ödənilməsi məqsədi ilə hərrac vasitəsi ilə satılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1830/2016 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu1 oğlundan və Borclu2 14864.77 ABŞ dolları alınaraq və ödənilmiş dövlət rüsumundan 28 manat 16 qəpik məbləğində alınaraq “xxxx” ASC-nin hesabına ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayar, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün Ağsu rayon icra və probasiya şöbəsinə çağırılmış, qanunda nəzərdə tutulan qaydalar və məsuliyyətlər ona elan olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən Tələbkar ASC-nin hesabına ödəniş aparılmamışdır. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu1 oğlunun adına “Mersedes Benz C180” minik markalı, ** HG *** və “X2” Yük markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobillərin borcluya məxsus olması müəyyən edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-210/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək Borclu1 mülkiyyətində olan Mercedes Benz C180 minik markalı, ** GH *** VƏ X3 Yük markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu1 həmin qərardaddan şikayət verərək göstərmişdir ki, Tələbkar Açıq Səhmdar Cəmiyyəti onun, Borclu1 adı çəkilən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14864.77 manat əsas borcun məbləği, və ödənilmiş 28.16 manat dövlət rüsumu alınıb verilməsinə dair Ağsu rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli (iş 2(016)- 1830/2016)- saylı qətnaməsi çıxarılmışdır. Bu günki gündə təyin olunmuş ktredit borcunu ödəyə bilməməyinin səbəbi Ağsu rayon İcra və Probasiya şöbəsinin avtomobilinin üzərinə nəzarət qoyması olmuşdur. Belə ki, onun yeganə gəlir yeri həmin avtomobillərdir ki, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və beləcə həm ailəsini dolandırır və banka olan borcunu hissə-hissə ödəyirdi. Avtomobillərin üzərindən həbsin götürülməsi onun yenidən ailəsini dolandırmağa və bank borcunu ödəməyinə şərait yaradacaqdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-210/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(016)-210/2020 saylı nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu1 şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə və Ağsu rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunmuş məlumatdan görünür ki, “Mersedes Benz C180” minik markalı, ** HG *** və “X2” Yük markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu1 oğlunun adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. İkincisi, borclu qərardadla razı olmadığını və ləğv edilməli olduğunu bildirsə də, bu dəlillərinin səbəblərini açıq şəkildə göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-210/2020 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-210/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(016)-210/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-16/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-16/2021
02.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver