Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-16/2025 10.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı ilə bağlı iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ləğv, rədd) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 8(037)- 6/2025 nömrəli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin hakimi 03 iyun 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu 1800 manat əsas borc, 180 manat cərimə, 39,8 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2019,8 manat məbləğinin alınaraq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 09 avqust 2024-cü il tarixdə icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, 09 avqust 2024-cü il tarixli qərarla icraata başlanılmış İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(037)-697/2024-009 nömrəli 09 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2019.8 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 09 avqust 2024-cü il tarixində İsmayıllı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 8(037)-6/2025 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 8(037)-6/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli e-2(037)-697 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu 1800 manat əsas borc, 180 manat cərimə, 39,8 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2019,8 manat məbləğinin alınaraq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 09 avqust 2024-cü il tarixdə icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq sorğular aparılsa da, icra sənədi üzrə icraata başlama haqqında qərarın surətinin qanunla müəyyən olunmuş müddətdə tələbkara və borcluya göndərilibgöndərilməməsi, könüllü icra müddətinin təyin olunması, bununla bağlı bildirişin vaxtında borcluya çatdırılması, qanunda nəzərdə tutulmuş digər məcburi icra tədbirlərinin görülübgörülməməsi ilə bağlı icra məmuru tərəfindən edilməli olan icra hərəkətlərinə dair sübutlar təqdimat materiallarında yoxdur. Bundan başqa borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən təqdimat verilsə də, qətnamə icraya yönəldiləndən sonra keçən müddət ərzində Borclu ölkə ərazisindən nə vaxt kənara çıxması və qayıtması dəqiqləşdirilməmiş, bununla bağlı Dövlət Sərhəd Xidmətinə və digər orqanlara müvafiq sorğular göndərilməmişdir. Bununla da borclunun ölkə ərazisini tərk edib getmək ehtimalının real olub-olmaması müəyyən edilməmişdir. Eyni zamanda, icra məmurunun təqdimatında borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hazırki icra sənədinin icrasının təmin edilməsi ilə bağlı nə kimi müsbət nəticələr verə biləcəyi də əsaslandırılmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında, həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərar yetərincə əsaslı olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hazırki vəziyyətdə onun bir vətəndaş kimi digər hüquqlarının əsassız olaraq faktiki şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşsa da, gəldiyi nəticə ilə razılaşmır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun lark Qordon Morrisin (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında gösyətilmişdir ki, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Lakin, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatın yetərincə əsaslandırılmaması təqdimatın geri qaytarılması üçün deyil, əsasszılığı səbəbilə rədd olunması üçün əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 8(037)-6/2025 nömrəli qərardadı ləğv edilməli, İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 8(037)-6/2025 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı rədd edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-16/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-16/2025
10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver