Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-17/2022 06.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ “X2 Zavodu” MMC-nin Maraqlı şəxsnə Maraqlı şəxs 61198/2022-11-5-003 saylı qərarının və icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətlərinin qanunsuz hesab edilməsinə dair mülki iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadından “X2 Zavodu” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat “X2 Zavodu” MMC məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs 61198/2022-11-5-003 saylı qərarının və icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli 2(107)-1346/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Qəbələ rayon məhkəməsinin 14.08.2020-ci il tarixli 2(025)-813/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı Tələbkar cavabdeh “X2 Zavodu” MMC-yə qarşı işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, “X2 Zavodu” MMCnin direktorunun 19.07.2020-ci il tarixli X-20/10 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar “X2 Zavodu” MMC-də işlədiyi Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(107)-1346/2021 saylı qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda “X2 Zavodu” MMC tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması haqqında şikayət verilmişdir. Lakin, bununla belə Maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhəl qoyulmur və icra hərəkətlərinin yerinə yetirilməsi haqqında 17.03.2022-ci il tarixli №61198/2022-11-5-003 saylı bildiriş göndərilir. Halbuki şirkət tərəfindən konstitusiya şikayətinin verilməsi qanunvericiliklə nəzərdə tutulan müddət çərçivəsində verilmişdir və şikayətin baxılmasının da qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində baxılması nəzərdə tutulmuşdur. Hesab edirlər ki, Maraqlı şəxs icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətləri qanunsuz hesab edilməli və Maraqlı şəxs icraatında olan 61198/2022-11-5-003 saylı icra işi dayandırılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı ilə “X2 Zavodu” MMC-nin Maraqlı şəxs 61198/2022-11-5-003 saylı qərarının və icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında şikayəti təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu “X2 Zavodu” MMC-nin nümayəndəsi Nümayəndə şikayət verərək Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi "İcra haqqında" Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. "İcra haqqında" Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq, inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən hazırkı tələbə Qəbələ Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində İcraatın dayandırılmasının məcburiliyinin əsasları öz əksini tapmışdır. Şikayətə əlavə olunmuş Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən qəbul olunmuş 17 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1346/2021 nömrəli, 07.07.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara qəbul edilmişdir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icraatın dayandırılmasının məcburiliyinə əsas olmuş hallar öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsinin tələbindən göründüyü kimi iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin “X2 Zavodu” MMC tərəfindən məhkəməyə iş Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 saylı qərarından şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasına dair sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “X2 Zavodu” MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “X2 Zavodu” MMC məhkəməyə Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin hərəkətlərinin qanunsuz olması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, “X2 Zavodu” MMC-nin Maraqlı şəxs 61198/2022-11-5-003 saylı qərarının və icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında şikayəti əsassızdır və şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02.09.2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli qərarına, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17, 26 və 87.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 saylı qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması məqsədilə borclu “X2 Zavodu' MMC tərəfindən AR Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verilmişdir. Şikayət borclu tərəfindən 05 aprel 2022-ci il tarixdə tərtib edilmiş, 08.04.2022-ci il tarixdə Konstitusiya Məhkəməsinə (Vətəndaşların Qəbulu və şikayətlər şöbəsinə) rəsmi qaydada verilmişdir. AR Konstitusiya Məhkəməsinin Vətəndaşların Qəbulu və şikayətlər şöbəsi tərəfindən borclu “X2 Zavodu” MMC-yə ünvanlanmış 15 aprel 2022-ci il tarixli, 17/11-P-4 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, hazırda şikayətə baxılması üçün zəruri sənədlərin və materialların toplanması, həmçinin digər tədbirlər həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsində göstərilir ki, qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 saylı qərarından şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasını nəzərə alaraq Maraqlı şəxs 61198/2022-11-5- 003 saylı qərarının və icra məmurunun (Təbiyyət Həsənquliyevin) hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1. və 17.1.8-ci maddələrinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinin tələbinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18.05.2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icra üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi borclunun ərizəsində xahiş etdiyi məsələnin həllinin prosedur qaydası İHQ-n 17.1.8-ci maddəsinin təsiri altına düşdüyündən, bu məhkəmə qaydasında deyil, icra məmurunun səlahiyyəti həddində həll olunan bir məsələdir. İş materiallarına əlavə edilmiş AR KM-in “X2 Zavodu” MMC–yə ünvanladığı 15.04.2022-ci il tarixli, 17/11-P-4 nömrəli məktubun məzmunundan görünür ki, AZ Ali Məhkəməsinin MK-in 7 fevral 2022-ci il tarixli, 2(102)-167/2022 nömrəli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Konstitusiya Məhkəməsinin icraatına daxil olmuş və Konstitisiya Məhkəməsi haqqında Qanunun 36.3cü maddəsinə müvafiq olaraq məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri sənəd və materiallar toplanır və digər zəruri tədbirlər həyata keçirilir (i/m səh.3). Göründüyü kimi “X2 Zavodu” MMC tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)- 167/2022 saylı qərarından şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasına dair sənəd təqdim olunmuş, lakin birinci instansiya məhkəməsi həmin sənədi sübut kimi qəbul etməyərək, müraciəti təmin etməmişdir. Yuxarıda sadalanlara əsasən kollegiya birinci inastansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18.05.2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Borclu “X2 Zavodu” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18 may 2022-ci il tarixli, 8(025)-68/2022 nömrəli qərardadı isə qismən ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-17/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-17/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver