Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-18/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-95/2012 saylı, 18 aprel 2022-ci il tаrixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(107)-376/2011 №-li icra vərəqəsinə əsasən Borclu Tələbkar BOKT QSC-yə olan cəmi 13025 (on üç min iyirmi beş) ABŞ dolları məbləğində borcunun, Borclu mülkiyyətində olan, İsmayıllı rayon İsmayıllı kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 103,6 kv.m yaşayış, 581,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsinə, ipoteka qoyulmuş fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 22000 ABŞ dolları məbləğində müəyyən edilməsinə və həmin yaşayış evi satıldıqda Borclu və X1 ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur. İsmayıllı Rayon İcra Qrupunun 430/2011 nömrəli 21 sentyabr 2012-ci il tarixli təqdimatına əsasən İsmayıllı Rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 8(037)- 95/2012 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin 18.10.2011-ci il tarixli, 2(107)-376/2011 №-li icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" BOKT MMC-nin nümayəndəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 8(037)-95/2012 saylı qərardadının ləğv olunmasına, həmçinin prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-95/2012 saylı, 18 aprel 2022-ci il tаrixli qərardadı ilə "xxxx" BOKT MMC-nin nümayəndəsi Sudef Rəhimovun ərizəsinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 8(037)-95/2012 nömrəli qərardadından apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Borclu İsmayıllı Rayon Məhkəməsinin 8(037)-95/2012 saylı, 18 aprel 2022-ci il tаrixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Tələbkar MMC-nin İsmayıllı filialı ilə onun arasında barışıq sazişi olmuşdur. İcra hərəkətləri həyata keçirilərkən, eləcə də məhkəmə proseslərində daim Tələbkar BOKT-nin nümayəndəsi məhkəmədə iştirak etmiş və iş üzrə bütün məhkəmə qərarları da onun tərəfindən əldə edilmişdir. Belə olan halda, bu qaydada ərizənin məhkəmənin icraatına götürülərək baxılması elə prosessual hüquq normasının kobud pozuntusudur. Digər tərəfdən, Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, prosessual müddətin ötürülməsinin bərpası mütləq qaydada üzürlü halların mövcudluğu anında mümkün ola bilər. Ancaq hazırki mübahisələndirilən qərardadda nə bu barədə sübutlar təqdim olunduğu barədə bildirilmir, nə də ki, məhkəmə üzürlü sayılmalı olan halları işin faktiki hallarına uyğun qaydada qeyd etməmişdir. Qərardad tələbkar tərəfindən xeyli əvvəl alınmışdır və bu müddətdən ötürülmüş şikayət vermə məqamını üzürlü saya biləcək heç bir sübut təqdim edə bilməmişlər. Belə olan halda da, məhkəmə məcburən qərardadın rəsmi qaydada alınması anını və ya tarixini şikayət vermək üçün ötürülmüş müddətin üzürlü halı kimi göstərmişdir. Evdən çıxarılma ilə bağlı icra xidmətinə bir neçə dəfə müraciət olunmuşdur. Nəticəsi olmadığını görən tələbkar onu yaşayış evindən çıxmaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin onun fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılmasına dair iddia tələbinin icraatına xitam verilməsinə dair İsmayıllı Rayon Məhkəməsi tərəfindən 31 mart 2021-ci il tarixli 2(037)-34 saylı qərardad qəbul olunmuşdur. Qeyd etdiklərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 8(037)-95/2012 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 8(037)-95/2012 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 8(037)- 95/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 8(037)-95/2012 saylı qərardadının Tələbkar BOKT tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən heç bir sənəd iş materiallarında aşkar edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 135.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4.-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Şikayətinin dəlillərində icra hərəkətləri həyata keçirilərkən, eləcə də məhkəmə proseslərində daim Tələbkar BOKT-nin nümayəndəsinin məhkəmədə iştirak etdiyi və iş üzrə bütün məhkəmə qərarlarının da onun tərəfindən əldə edildiyi bildirilsə də, kollegiya hesab edir ki, bu dəlillər əsassızdır, formal mülahizələrə əsaslanır. İş materiallarında olan sənədlərdən "xxxx" BOKT-nin qərardadının alınmasını təsdiq edən heç bir sübut yoxdur. Borclu şikayətində qərardadın "xxxx" BOKT alındığını bildirsə də bunu sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası yalnız sübutlar əsasında qərar qəbul edir. Belə olduğu halda kollegiya Borclu dəlilləri ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə şikayətin təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli 2(037)-95/2012 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, Borclu şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli 8(037)-95/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli 8(037)-95/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-18/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-18/2022
09.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver