Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-18/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Ələddin Məcidov Tofiq oğlu X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X1 və onun nümayəndəsi Daanov X12 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 hərəkətlərindən və borclunun əmlakı üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarından məhkəməyə şikayət verərək Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadı ilə X1nun və onun nümayəndəsi Nümayəndə1 Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 hərəkətlərindən və borclunun əmlakı üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarından verdikləri şikayət əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadından X1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 nömrəli qərardadını aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. Belə ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edərək ünvan 1i ünvanında qeydiyyatda olan Tələbkar (AZE07507898, xx.xx.2010- Balakən RPŞ; FİN: 1C07FKB; d/t: xx.xx.1960) xeyrinə ünvan 3i ünvanında qeydiyyatda olan X2 (AA2094989, xx.xx.2020 - Asan-Balakən; FİN: 3UBPPKA: d/t: xx.xx.1970) Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə, 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat sıfır qəpik) və ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 6025 manat 00 qəpik (altı min iyirmi beş manat sıfır qəpik) pulun tutulması barədə xx.xx.2023cü il tarixdə icra qeydi aparılmış və həmin icra qeydi reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmişdir.xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmiş icra qeydi icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 xx.xx.2023-cü il tarixli qərarına əsasən Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli,13 fevral 2023-cü il tarixli icra sənədi üzrə X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardan görünür ki, icra sənədi üzrə X1ndan 25 manat dövlət rüsumu, 6000 manat məbləğində pul vəsaiti cəmi - 6025 (altı min iyirmi beş) manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 15 fevral 2023-cü il tarixdə icraata daxil olmuş, icraata daxil olduqdan dərhal sonra icraata başlama haqqında qərar qəbul olunaraq borcluya və məhkəməyə göndərilmişdir. “Elektron Sistem”-də sorğu zamanı X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, “X18” markalı, vaqon tipli avtomobil aşkar edilmişdir. Borclunun adında olan sözügedən avtomobilin tez bir zamanda özgəninkiləşdirilməsi üçün müvafiq hərəkətlərin edilməsinin qarşısı alınması üçün sözügedən avtomobil üzərinə həbs qoyulması zərurəti yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq həmin əmlak üzərinə həbs qoyulmuşdur. Hesab edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 xx.xx.2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 xx.xx.2023-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, “Elektron Sistem”-də sorğu zamanı X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, “X18” markalı, vaqon tipli avtomobil aşkar edilmiş, borclunun adında olan sözügedən avtomobilin tez bir zamanda özgəninkiləşdirilməsi üçün müvafiq hərəkətlərin edilməsinin qarşısının alınması üçün sözügedən avtomobil üzərinə həbs qoyulması zərurəti yarandığı, bu səbəbdən də “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq həmin əmlak üzərinə həbs qoymuşdur. İcra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müəyyən edilmiş müddəti gözləmədən, borclunun adında olan sözügedən avtomobilin tez bir zamanda özgəninkiləşdirilməsi ilə bağlı hərəkətinin hansı zərurətdən yarandığını əsaslandırmamış, əmlaka həbs qoyduqdan sonra borclunu çağıraraq bu barədə onu məlumatlandırmışdır. Eyni zamanda icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməmişdir. Bundan əlavə bildirir ki, X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilə əvvəllər də məhkəmə qərarı ilə Unibank KB-nın kredit tələbinin təmin edilməsi ilə bağlı əmlak üzərinə həbs qoyulmuş, kredit borcu ödənildikdən sonra əmlak üzərindən məhdudiyyət götürülmüşdür. Həmçinin bildirir ki, Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra qeydi məhkəmə qaydasında mübahisələndirilir. Balakən Rayon Məhkəməsi işə baxarkən həmin halları aydınlaşdırmamış, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci və 50.4-cü maddəsinin tələblərini kobud surətdə pozduğu halda buna düzgün hüquqi qiymət verməyərək şikayəti təmin etməmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 8(019)-25/2023 saylı qərardadının ləğv edilməsini, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə X1na məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-25/2023 saylı, 31 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmıdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadı ləğv edilməli və iş yenidən araşdırılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1nun mülkiyyətində olan ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobili özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olmasını, icra məmurunun icraata başlamaq haqqında qərarın təqdim olunması ilə eyni vaxtda əmlak üzərinə həbs qoymağa hüququnun olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1nun və onun nümayəndəsi Nümayəndə1 Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 hərəkətlərindən və borclunun əmlakı üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarından verdikləri şikayət əsassız olduğundan təmin edilməməlidir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yanlış mövqedən çıxış edərək gəldiyi nəticə ilə səhvə yol vermişdir. İş materiallarından görünür ki, 13 fevral 2023-cü il tarixli icra qeydindən görünür ki, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən ünvan 1i ünvanında qeydiyyatda olan Tələbkar (AZE07507898, xx.xx.2010- Balakən RPŞ; FİN: 1C07FKB; d/t: xx.xx.1960) xeyrinə ünvan 3i ünvanında qeydiyyatda olan X2 (AA2094989, xx.xx.2020 - Asan-Balakən; FİN: 3UBPPKA: d/t: xx.xx.1970) Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 3M-27 reyestr nömrəli kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 6000 manat 00 qəpik (altı min manat sıfır qəpik) tutulması, bundan əlavə X1ndan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 6025 manat 00 qəpik (altı min iyirmi beş manat sıfır qəpik) pul tutulması barədə xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmış və həmin icra qeydi reyestrdə 8İ-2015 nömrə ilə qeyd edilmişdir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 27 fevral 2023-cü il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərarında göstərilmişdir ki, həmin qərarla Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilin üzərinə özgəninkiləşdirilməməsi üçün təxirəsalınmadan həbs qoyulmuşdur. İşdə olan sərhədkeçmə məlumatından görünür ki, X6 07 mart 2023-cü il tarixdə sərhəddi keçmişdir. İşdə olan xx.xx.2023 cü il tarixli EMF-notariat aktlarına detallı baxışdan görünür ki, X6 “X18” markalı avtomoilin satılması üçün X10 etibarnamə vermişdir. Göründüyü kimi, borclu Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 hərəkətlərindən və borclunun əmlakı üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarından məhkəməyə şikayət verərək Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə2 hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayon Notariat ofisinin 8İ-2015 nömrəli, 13 fevral 2023-cü il tarixli icra sənədi üzrə X1na məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, X18 markalı, vaqon tipli avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 50.2-ci-ci maddəsindən irəli gələn tələbləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müəyyən edilmiş müddəti gözləmədən, borclunun adında olan sözügedən avtomobilin tez bir zamanda özgəninkiləşdirilməsi ilə bağlı hərəkətinin hansı zərurətdən yarandığını əsaslandırmamış, əmlaka həbs qoyduqdan sonra borclunu çağıraraq bu barədə onu məlumatlandırmamışdır. Eyni zamanda icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməmiş, nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməmişdir. Belə olаn təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilmiş qanunu düzgün şərh etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Onа görə də şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadı ləğv edilməli və iş yenidən araşdırılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 8(019)-25/2023 saylı qərardadı ləğv edilsin. İş yenidən araşdırılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-18/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-18/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver