Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-19/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Maraqlı şəxs ərizəsinin rədd edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)- 133/2019 nömrəli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli dövlət qulluqçusu X6 Rayon Məhkəməsinin 2(025)-2408/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Renault Megane” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 8(025)-133/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus “Renault Megane” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda avtomobili etibarnamə əsasında idarə edən Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək Borclu məxsus “Renault Megane” markalı, ** SJ *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, x xxxx 2019-cu il tarixdə o, 10500 (on min beş yüz) manat verərək minik avtomobilini baş etibarnamə əsasında almışdır. Adına rəsmiləşdirməyə vaxt tapmamışdır. Alan zaman həmin avtomobilin üzərində həbs olmamış, lakin Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(025)-133/2019 nömrəli Qəradadı ilə avtomobilin rəsmi mülkiyyətçisi qismində qalmış Borclu başqa şəxslərə borcu yarandığına görə aldığı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu mülkiyyətində olan "Renault Megane" markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili aprel 2019-cu il tarixdə Qəbələ şəhər sakini X3 10500 manata etibarnamə əsasında satmış, daha sonra axırıncı həmin avtomobili xx.xx.2019-cu il tarixdə baş etibarnamə ilə X4 ogluna 10500 manata satmış, xx xxxx 2019-cu il tarixdə həmin avtomobili Kərimov Sədiyar baş etbarnamə ilə ona 10500 manata satmışdır. Avtomobili alan zaman daşınar əmlakın dövlət reyestrində lazımı qaydada yoxlatmış, avtomobilin üzərində heç vaxt həbsin olmaması bildirilmişdir. Bu günlərdə Qəbələ rayon İcra və Probasıya Şöbəsindən ona verilmiş qərardan bilmiş ki, Qəbələ rayon Məhkəməsinin (hakim Elman İsayev) xx.xx.2019-cu il tarixli, 8(025)- 133/2019 nömrəli Qərardadı ilə xx.xx.2019-cu il tarixdə aldığı avtomobilin üzərinə avtomobilin mülkiyyətçisi kimi qalmış Borclu digər şəxslərə borcu olduğuna görə həbs qoyulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, o, alan zaman həmin avtomobilin üzərində həbs olmamış, sonradan qoyulmuşdur. Hesab edir ki, başqasının borcuna görə o aldığı avtomobilin üzərində həbsin olması qanuna uyğun deyil və həbsin götürülməsi haqqında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ərizənin təmin edilərək “Renault Megane” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ərizəçi Maraqlı şəxs ərizəni müdafiə edərək və ərizədə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Quliyev ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və borclu xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(025)-133/2019 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Maraqlı şəxs ərizəsi rədd edilmişdir. Maraqlı şəxs məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 saylı qərardadının ləğv edilməsi və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin 8(025)-133/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, Tələbkar, Borclu və ərizəçi Maraqlı şəxs lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “Renault Megane” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, “Renault Megane” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adında qeydiyyatda olmasını, həmçinin tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun qorunmalı olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, xx xxxx 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür.(“Stren” X5 Zavodu və X1rşı”, xx xxxxxx 1994-cü il). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, ərizəçi Maraqlı şəxs şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərardadı ərizəçi Maraqlı şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-133/2019 nömrəli qərardadı ərizəçi Maraqlı şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın. Ərizəçi Maraqlı şəxs Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)- 133/2019 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-19/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-19/2020
17.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver