Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-19/2022 13.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)- 139/2020 nömrəli qətnaməsinə əsasən yığılaraq qalıq qalmış borcun hissə-hissə icra edilməsinə dair mülki iş üzrə (aliment borcunun hissə-hissə icra edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X10 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X4 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X8 atasının cavabdeh X6 olması hüquqi faktı təsdiq edilmiş, iddiaçı X4 23 iyul 2019-cu il tarixdə anadan olmuş uşağı-X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat alimentin alınaraq iddiaçı X7 verilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 26 fevral 2020-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı X4 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, cavabdeh X5 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsi ilə 23 iyul 2019-cu il tarixdə doğulmuş X1 üçün ödənilməsi nəzərdə tutulmuş aliment üzrə 26 fevral 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixinədək olan müddət ərzində yaranmış 1150 manat aliment borcunun hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mülki işə baxılması zamanı həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 05 iyul 2019-cu il tarixdə hərbi xidmətə başlamış və 2021-ci ilin iyul ayının 6-sı isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təxris edilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi hərbi xidmətdə olduğu dövrdə, yəni 26 fevral 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixinədək 23 iyul 2019-cu il tarixdə doğulmuş X2 üçün ondan tutularaq X7 ödənilməsi qət edilmiş aliment borcunun, yəni 1150 manat pulun hissə-hissə icra edilməsi ilə bağlıdır. O, həmin dövrdə heç bir halda qazanca malik ola və dolayısı ilə də aliment borcunu ödəyə bilməzdi. Bu səbəbdən də qeyd etdiyi müddət zərfindəki aliment borcu üzürlü səbəbdən yaranmışdır və onun həmin borcu hazırda birdəfəyə ödəməyə heç cür imkanı yoxdur. Çünki həm də hazırda aylıq olaraq 150 manat aliment ödəyir. Zaqatala Rayon Məhkəməsinin (hakim T. Həsənov) 06 may 2022-ci il tarixli, 8(033)- 35/2022 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)- 139/2020 nömrəli qətnaməsinə əsasən yığılaraq qalıq qalmış borcun hissə-hissə icra edilməsi barədə X3nun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X3 şikayət verərək Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsinin hissəhissə icra edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşdən görünür ki, X11 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallar müəyyən edilmədi. Eyni zamanda, ödənilməmiş qalıq qalan 1150 manat aliment borcunun hər ay 50 manat olaraq ödənilməsi tələbkarın hüquqlarının əsaslı şəkildə pozulması və qətnamənin həddindən artıq uzun müddətə icra olunmasına şərait yarada bilər. İşin faktiki halından da məlum olur ki, X3 hazırkı ərizə ilə məhkəmə qətnaməsini faktiki olaraq icra olunmamış saxlamışdır. Bu isə dövlətin adından qəbul olunmuş məhkəmə qətnaməsinin uzun müddətə icra olunmasına, başqa sözlə effektiv şəkildə icra olunmamasına şərait yaradır, halbuki MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikası adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(033)-139/2020 nömrəli qətnaməsinə əsasən yığılaraq qalıq qalmış borcun hissə-hissə icra edilməsi barədə X3nun ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə, Azərbaycan Respublikası «İcra Haqqında» Qanununun 15-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 231.1 və 231.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan mülki işə baxılması zamanı o həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 05 iyul 2019-cu il tarixdə hərbi xidmətə başlamış və 2021-ci ilin iyul aynın 6-sı isə Azərbaycan Respublikası Prezidentinin sərncamına əsasən təxris edilmişdir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi hərbi xidmətdə olduğu dövürdə, yəni, 26 fevral 2020-ci il tarixdən 06 iyul 2021-ci il tarixinədək, 23 iyul 2019-cu il tarixdə doğulmuş X1 üçün ondan tutularaq, X9 ödənilməsi qət edilmiş aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı olmuşdur. Zaqatala Rayon Məhkəməsi 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 iş nömrəli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, 05 iyul 2019-cu il tarixindən 2021-ci ilin iyul aynın 6-sınadək olan müddət ərzində hərbi xidmətdə olmağı ərizəsinin təmin edilməsi üçün kifayətdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 iş nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin dispozisiya şərtinə görə qətnamənin hissə-hissə icra olunması və ya icra üsulunun dəyişdirilməsi üçün borclunun əmlak vəziyyəti nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna hal olmaqla, bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşin faktiki hallarından müəyyən ediilir ki, X3 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 8(033)-35/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-19/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-19/2022
13.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver