Məhkəmə qərarları › İş №8(107)-2/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-2/2022

24.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-2/2022 24.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadından Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2253/2015 saylı, 17.12.2015-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 müştərək qaydada cəmi 7594 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınıb Tələbkar ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2253/2015 saylı 17.12.2015-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 müştərək qaydada cəmi 7594 manat məbləğində kredit borcun və ödənilmiş 20 manat məbləğində pulun alınıb tələbkar "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İş üzrə borclulardan Borclu tələbin könüllü olaraq icra edilməsi üçün 10 gün müddət verilmiş, həmçinin izahatı alınmış, icra sənədinin icrasının məcburiliyi onun diqqətinə çatdırılmış, lakin borclu tələbin icrasını təmin etməmiş və bu barədə üzrlü səbəb bildirməmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən elektron məlumat sistemindən əldə edilmiş məlumata əsasən Mingəçevir şəhəri, Günəşli küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin Borclu məxsus olması müəyyən edilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2253/2015 saylı 17.12.2015-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, iş üzrə Borclu məxsus Mingəçevir şəhəri, Günəşli küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin tələb həcmində yönəldilməklə tələbkarın xeyrinə ödənilməsini təmin etmək üçün qeyd olunan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməmiş və Borclu məxsus Mingəçevir şəhəri, Günəşli küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərinə həbs qoyulmasından imtina edilmişdir. Həmin qərardaddan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadını ləğv edib, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ərizə ilə Tələbkar ASC-nin Mingəçevir filialına müraciət edərək, ona məxsus Mingəçevir şəhəri, Günəşli küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində evin tikintisi üçün kredit verilməsini xahiş etmiş, bu səbəbdən ona 5000 manat məbləğində kredit verilmişdir. Məhkəmə təqdimatın təmin edilməməsi barədə qərardadda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə istinad etsə də, qərarın qeyd hissəsini (“bu Siyahının ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına şamil edilmir”) nəzərə almamış və işin faktiki hallarını tam araşdırmamışdır. Bu səbəbdən də məhkəmənin gəldiyi nəticə ilə əsaslı deyildir.Hesab edir ki, qərardad əsassız və qanunsuzdur. Odur ki, qeyd olunan qərardadın ləğv edilərək, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı tam, 14 dekabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, təqdimat prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş 05.11.2021-ci il tarixli elektron məlumat sistemindən əldə edilmiş soğulardan görünür ki, Mingəçevir şəhəri Günəşli küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Borclu məxsusdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır ona görə ki, üzərinə həbs qoyulması tələb olunan 0.06 hektar həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlak, yəni həmin əmlakın borclunun ailəsi üçün yeganə yaşayış sahəsi olubolmaması, həmçinin borclunun özünün və ya ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək digər mənzil, ev, həyətyanı torpaq sahəsi və s. olubolmaması işə baxan məhkəmə tərəfindən tam araşdırılmamış, eləcə də, icra məmuru və məhkəmə tərəfindən borclunun yaşadığı ünvanın müəyyən edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş zəruri icra tədbirlərinin görülməsinə dair təqdimata sübutlar əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı tam, 14 dekabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı tam, 14 dekabr 2021-ci il tarixli, 8(051)-205/2021 saylı qərardadı qismən, “şikayətin təmin edilməyən” hissəsində ləğv edilərək, təqdimat prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar