Məhkəmə qərarları › İş №8(107)-20/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-20/2020

17.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-20/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-13/2020 nömrəli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 2(039)-919/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Tələbkar cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası təmin edilərək, Borclu 3600 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb Tələbkar verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə Borclu ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-919/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə, yəni hər ay 20 manat olmaqla icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun cavabdehə bir manat da olsun borcu yoxdur. O, cavabdehdən aldığı pulları artıqlaması ilə qaytarmışdır. Bunu onun özü də , ona himayədarlıq edənlər də çox yaxşı bilirlər. Pulun bir hissəsinin əllə vermiş, qalan hissəsinin isə ona məxsus olan kartdan çıxarmışdır. Hətta onu öz evində uzun müddət işlədərək pulunu verməmişdir. Lakin sonradan o, onu da aldardaraq saxta qəbz almış və həmin qəbz əsasında belə bir qətnamənin çıxarılmasına nail olmuşdur. Onun birinci instansiya məhkəməsinin iclasınadan iştirakı təmin olunmadığı üçün o, öz etirazını və əsaslarını sübut edə bilməmişdir. Apellyasiya şikayəti versə də, kimlərinsə səhlənkarlığı ucbatından qanunla nəzərdə tutmuş müddəti ötürmüş, çox çalışsa da həmin müddəti həmin müddəti bərpa edə bilməmişdir. O, maddi cəhətdən olduqca imkansız bir şəxsdir, heç bir yerdə işləmir. Qazancı yoxdur. Ailəsi əksər vaxtlarda quru çörəyə belə möhtac qalır. Qapılara düşərək işləyib, gündəlik çörək pulunu güclə çıxarır. Həyat yoldaşı ağır xəstədir, xəstəxanda yatır. Onun uşaqları aclıqdan əziyyət çəkir. O, tələbkara olan borcundan hər ay 20 manat ödəyə bilər. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxxxx 2020-ci il tarixli, 8(039)- 13/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-919/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qərardaddan narazı qalan Borclu şikayət verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-13/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-13/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-13/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(039)-13/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar