Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-20/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi və Tələbkar iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(039)-12/2021 saylı qərardadından verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-233/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri “VAZ 21074 markalı" **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin yarısı 1400 (bir min dörd yüz) manat məbləğində pul cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-233/2020 saylı icra sənədi icra olunması üçün Yevlax rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon icra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-233/2020 saylı icra sənədinin icrası ilə əlaqədar təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(039)-154/2020 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-233/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına olan Vaz-21074 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Qərardaddan narazı qalan Borclu məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə ərizə ünvanlayaraq, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(039)-154/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(039)-154/2020 saylı qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-233/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına olan Vaz 21074 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardaddan Borclu tərəfindən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək bildirmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh (borclu) pulu ödəməkdən yayınır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında Borclu və Yevlax rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, Borclu adına Vaz-21074 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobilinin olması aşkar edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. İkincisi, borclu qərardadla razı olmadığını və ləğv edilməli olduğunu bildirsə də, bu dəlillərinin səbəblərini açıq şəkildə göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(039)-12/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-20/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-20/2021
29.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver