Məhkəmə qərarları › İş №8(107)-20/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-20/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-20/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 iclas katibliyi ilə “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması haqqında” Ucar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimat üzrə borclu (cavabdeh) Borclu tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova edilmiş etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Ucar rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması” barədə Ucar rayon Məhkəməsinə təqdimat verilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 04.09.2019-cu il tarixli qərarla başlanılan Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1740/2019 nömrəli, 10.07.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutrularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 04.09.2019-cu il tarixində Ucar rayon İcra və probosiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, nəticədə borclunun tələbkara 8420 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu məhkəməyə ərizə ünvanlayaraq işə hakim Hilal Xəlilovun sədrliyi ilə baxılmasına etiraz etmişdir. Etiraz onunla əsаslаndırılmışdır ki, hakim Hilal Xəlilov iddiaçı Kəmalə Əhədovanın xeyrinə qərar və qətnamələr qəbul etmişdir. Həmçinin iddiaçı Kəmalə Əhədovanın yaxın qohumu (xalası) Ucar rayon Məhkəməsində işləyir, onun hakimlə yaxın münasibəti var. Ucar Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(063)-9/2022 nömrəli qərardadı ilə Borclu Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova verdiyi etiraz baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 19.1 və 19.1.7-ci maddələrinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübüt etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 182.2-ci maddəsinə əsasən etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə iclasında göstərilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 5.4.-cü bəndinə əsasən etirazda konkret əsaslar olmadıqda, o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. 6-cı bəndinin tələblərinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özözünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Hakimə həmin işin nəticələri ilə düzünə və ya dolayısı yolla maraqlı olması motivi ilə etiraz edildikdə, etiraz ərizəsi konkret faktlarla əsaslandırılmalıdır (MPM 21–ci maddə). Hakimin qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas dedikdə, hakimin iş üzrə bu və ya başqa tərəflə, yaxud onların qohumları ilə dostluq münasibətində və ya əksinə, qərəzli mövqedə olması və başqa hallar nəzərdə tutulur. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Ucar Rayon Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18-23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Borclu tərəfindən verilmiş etiraz təmin edilməsin və təqdimat baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar