Məhkəmə qərarları › İş №8(107)-20/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-20/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-20/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin 2-604 saylı, 21 oktyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu mülkiyyətində olan “Qaz 27181” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində həbs qoyulmasına dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: Həbsin qoyulması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Mingəçevir şəhər icra və probasiya şöbəsi Gədəbəy rayon Məhkəməsinin 2-604 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinn icra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy rayon Məhkəməsinin 604 saylı, 21 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment alınıb Tələbkar verilməlidir. Borclu alimenti ödəməmiş və nəticədə 825 (səkkiz yüz iyirmi beş) manat borcu yaranmışdır. İcra sənədinin icrası zamanı müəyyən edilmişdir ki, Borclu mülkiyyətində “Qaz 27181” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Ona görə də icra sənədinin icrası üçün Borclu məxsus “Qaz 27181” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadı ilə təqdimatın təmin olunması, Gədəbəy rayon Məhkəməsinin 2-604 saylı, 21 oktyabr 2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu mülkiyyətində olan “Qaz 27181” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadı ilə, Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 45.6, 50.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin təqdimatına əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)- 16/2023 saylı qərardadı ilə Borclu mülkiyyətində olan QAZ 27181 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Ona görə ki, Qasımov X7 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ödəməli olduğu alimentdən borclu qalmışdır. Həmin qərardadı əsassız və qanunsuz hesab edir. Bildirir ki, aliment barədə qətnamə qüvvəyə minəndən sonra Borclu aşağıdakı qaydada aliment ödəmişdir: 13.12.22-ci il tarixdə 150 manat, 22.12.22- ci il tarixdə 150 manat, 17.01.23-cü il tarixdə 50 manat, 23.01.23-cü il tarixdə 50 manat, 26.01.23-cü il tarixdə 120 manat, 04.02.23-cü il tarixdə 50 manat, 13.02.23- cü il tarixdə 100 manat, 06.03.23-cü il tarixdə 20 manat, 07.03.23-cü il tarixdə 100 manat, 07.03.23-cü il tarixdə 35 manat - cəmi 825 manat. Qətnaməyə əsasən aliment 2022-ci ilin may ayının 11-dən tutulmalıdır. Qətnamə qüvvəyə mindiyi vaxtdan, yəni dekabr 2022-ci ildən cəmi 3 ay müddətində 825 manat ödənilmişdir. Ümumi borc isə 1350 manatdır. Borcdan 525 manat qalmışdır. İcra və Probasiya şöbəsinin təqdimatında isə borcun guya 825 manatının ödənilməməsi göstərilmişdir. Bu isə tamamilə yanlışdır. Bir daha qeyd edir ki, Borclu alimenti ödəməkdən imtina etmir və yayınmır. İmkan daxilində qalan borc da tezliklə ödəniləcəkdir. Bildirir ki, təqdimata baxılarkən onların məlumatları olmamışdır və məhkəmədə iştirak etməmişlər. Əgər iştirak etsəydilər bunları izah edər və ödəniş qəbzlərini də təqdim edərdilər. Borclu mülkiyyətində olan həmin avtomobildən ailəsinin dolanması və alimentin ödənilməsi üçün müxtəlif işlərdə istifadə edərək pul qazanırlar. Avtomobilin üzərinə həbs qoyularsa ailəsinin maddi vəziyyəti ağırlaşar, həmçinin alimentin ödənilməsi çətinləşər. O, xəstə və yaşlı adamdır, ağır formada yüksək qan təzyiqi və uroloji xəstəliyi vardır, işləmir. Bütün dərmanları və müalicə haqqı da həmin maşının hesabına ödənilir. Odur ki, göstərilənlərə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 30 noyabr 2022-ci il tarixli, icraata başlamaq haqqında qərarından məlum olmuşdur ki, Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru ll-ci dərəcəli ədliyyə qulluqçusu X2 09 dekabr 2022-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarı ilə Borclu mülkiyyətində aşkar edilən **- BX-*** dövlət qeydiyyat nömrəli avtomobilin yerinin müəyyən edilməsi üçün axtarış elan edilmişdir. Sözügedən avtomobil aşkar edildikdən sonra, onun üzərinə həbs qoyulması barədə təqdimat Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarından da göründüyü kimi, **-BX-*** dövlət qeydiyyat nişanlı, **********0430 Ban nömrəli, qara-ağ rəngli, Qaz 27181 Qaz 3302ş/ü yük modeli olan avtomobil Borclu məxsusdur. Eyni zamanda iş materiallarına əlavə edilən 30 noyabr 2022-ci il tarixli, 23 dekabr 2022-ci il tarixli məktublardan görünür ki, Borclu tələbin könüllü icrası haqqında bildiriş və qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi Gədəbəy Rayon Məhkəməsinin 2(042)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi 30 noyabr 2022-ci il tarixdə Mingəçevir Şəhər üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbin icrasını təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində **-BX-*** dövlət qeydiyyat nişanlı, **********0430 Ban nömrəli, qara-ağ rəngli, Qaz 27181 Qaz 3302ş/ü yük modeli olan avtomobil vardır. Məhkəmə kollegoyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra Şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Eyni zamanda Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyatorun şikayətində qeyd etdiyi təqdimata baxılarkən onların məlumatlarının olmamasına dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Vahid Məhkəmə Sistemindən Borclu adına qeydə alınan mobil telefon nömrələri siyahısına dair portaldan çıxarışdan görünür ki, ********** mobil nömrə Borclu məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan AZEMİS vasitəsi ilə sms xəbərdarlığın göndərilməsinə dair bildirişdən görünür ki, iş üzrə Borclu məxsus olan ********** nömrəli mobil telefona məhkəmə iclasının vaxtı və yeri barərə sms xəbərdarlığı göndərilmişdir. Apellyatorun şikayətində qeyd etdiyi hazırda aliment borcunun 825 manat deyil, 525 manat təşkil etməsinə dair dəlilini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, borcun qismən ödənilməsi əmlakın üzərinə həbsin qoyulmasını istisna edən hal deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)- 16/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(051)-16/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar