Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-21/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, ərizəçi X5 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadından iş üzrə X1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(025)-1745/15 saylı əmrinə əsasən, X8 və zaminlər X9, X7 və X2 9447 ABŞ dolları əsas borcunun və 839 ABŞ dolları cərimə borcunun, cəmi 11348 ABŞ dolları pul məbləğinin tutularaq “xxxx” BOKT QSC-nin xeyrinə ödənilməsi barədə əmr verilmişdir. X1 məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(025)-1745/2015 nömrəli məhkəmə əmrinin hissəhissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixli, KAGAB 117148/14 kredit müqaviləsinə əsasən İsmayıllı şəhərində yerləşən “xxxx” BOKT QSC-dən illik faiz dərəcəsi 29,5 faiz olmaqla, 30 ay müddətinə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd etdiyi məbləğdə kredit götürdükdən sonra müqavilənin şərtlərinə müvafiq olaraq, hər ay 450 manat məbləğində ödəniş etmişdir. Heç vaxt ödənişləri gecikdirməmişdir. xx.xx.2015-ci il tarixdə, gecə saat 02:00 radələrində ailələrinə məxsus olan yaşayış evləri elektrik şəbəkəsində yaranmış qısaqapanma nəticəsində tam yanmışdır. Bu səbəbdən güclü stres keçirmiş və xx.xx.2015-ci il tarixdə geniş infarkt keçirdiyinə görə xəstəxanaya yerləşdirilmişdir. Sonradan Bakı şəhərində Kardiologiya xəstəxanasında müalicəni davam etdirmişdir. Sonradan həkim komissiyasının rəyinə əsasən ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Hazırda əlil kimi 200 manat pensiya alır. Qeyd etdiyi hadisə baş verməmişdən əvvəl Qəbələ-Bakı marşurutu üzrə mikroavtobus sürücüsü işləmişdir. Bütün qeyd etdiklərinə dair sənədləri “xxxx” BOKT QSC-nə təqdim etmişdir. Ancaq buna baxmayaraq “xxxx” QSCi məhkəməyə müraciət etmiş, Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(025)- 1745/15 saylı əmrinə əsasən ondan və kredit müqaviləsi üzrə zaminlər – X4, X3 və X2 9447 ABŞ dolları əsas borcunun və 839 ABŞ dolları cərimə borcunun, cəmi 11348 ABŞ dolları pul məbləğinin tutularaq “xxxx” BOKT QSC-nin xeyrinə ödənilməsi barədə əmr verilmişdir. Məhkəmə əmri çıxarıldıqdan sonra iddiaçının xeyrinə 5677 ABŞ dolları məbləğində ödəniş etmişlər. Hazırda qalıq borcu 5671 ABŞ dolları təşkil edir. Həmin məbləği ödəməkdən imtina etmir. Ancaq maddi imkanının ağır olduğuna görə və aldığı 200 məbləğində pensiyadan əlavə heç bir yerdən pul gəlir olmadığına əsasən, belə hesab edir ki, qalıq 5671 ABŞ dolları məbləğində borcunun iddiaçıya hissə-hissə ödənilməsinə və həmin borcun aldığı pensiyadan tutulmasına dair məhkəmə tərəfindən qərardad çıxarılmasına əsas vardır. Qəbələ Rayon Məhkəməsinin (A.Əliyev) xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(025)- 1745/15 nömrəli əmrinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qərardaddan narazı qalan X1 şikayət verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X8 şikayəti müdafiə edərək bildirmişdir ki, hazırda maddi imkanı yaxşı olmadığından, borcunu hissə-hissə ödəmək istəyir. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,digər cavabdehlər və “xxxx” BOKT QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-18/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-21/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-21/2020
17.03.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver