Məhkəmə qərarları › İş №8(107)-21/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-21/2021

31.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-21/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, Borclu və onun nümayəndəsi X3 iştirakları ilə, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(035)- 6/2021 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkarın nümayəndəsi X4 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırkı borclunun tələbkara məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin borclu tərəfindən istifadə olunan 66 kv.m hissəsinin borcludan alınaraq tələbkara qaytarılması, borcluya məxsus tövlənin tələbkarın həyətinə düşən 34 kv.m hissəsinin borclunun hesabına sökülməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu borcludan tutularaq tələbkara verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun borcludan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı olduğu halda iş üzrə icra icraatının dayandırılmasını başa düşə bilmir. Borclunun qaldırdığı hazırkı “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi”nə dair iddianın Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həll edilən “tövlənin 34 kv.m hissəsinin borclunun hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin 66 kv.m hissəsinin borcludan alınaraq tələbkara qaytarılması” məsələsinə heç bir dəxli yoxdur. Hesab edir ki, Apellyasiya və Ali Məhkəmə tərəfindən qüvədə saxlanılan qətnamə əsasında tərtib edilmiş icra vərəqəsi üzrə icraatın dayandırlması qanunsuzdur. Odur ki, məhkəmədən icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Borclu izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Tələbkar ona qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması və tikilinin sökülməsi”nə dair iddiası təmin edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlansa da, o, həmin məhkəmə aktları ilə razılaşmır. Ona görə də tələbkara qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi”nə dair iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə hazırda məhkəmədə baxılır. Bu səbəbdən hesab edir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş icra vərəqəsi üzrə icra icraatının dayandırılması barədə icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərar ləğv olunmamalıdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hazırkı tələbkara məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin borclu tərəfindən istifadə olunan 66 kv.m hissəsinin borcludan alınaraq tələbkara qaytarılması, borcluya məxsus tövlənin tələbkarın həyətinə düşən 34 kv.m hissəsinin borclunun hesabına sökülməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu borcludan tutularaq tələbkara verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun borcludan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra sənədi əsasında xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin, xx.xx.2020-ci il tarixdə başlanmış “Vətən müharibəsi” və COVİD-19 pandemiyasi ilə əlaqədar icra vərəqəsinin icrasını təmin edə bilməmişdir. İcra prosesinin gedişində borclu vəsatət verərək, tələbkara qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi”nə dair iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət etdiyini bildirərək sözügedən icra vərəqəsi üzrə icra icraatının dayandırılmasını xahiş etdiyi üçün “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı qəbul edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş icra vərəqəsi üzrə icra icraatını dayandırmışdır. Hesab edir ki, qəbul etdiyi qərar qanunidir. Ona görə də şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş“ icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək və Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu və onun nümayəndəsi X6 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Tələbkar və Zərdab rayon İcra və Probasiya Şöbəsi (nümayəndəsi) məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, şikayət üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərаrdаdı ləğv edilməlidir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Tələbkar məxsus (ünvan 1 ünvanda yerləşən) torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 66 kv.m hissəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılması, cavabdehə məxsus tövlənin iddiaçının həyətinə düşən 34 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE**********000208850, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2553/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Borclu münasibətdə dəyişdirlmədən, onun apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən özünü maraqlı şəxs hesab edən X2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı xx.xx.2019-cu il tarixli qərardaddan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019cu il tarixli qarardadından özünü maraqlı şəxs hesab edən X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün 07 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3408/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-06/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1068/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegoiyasının hazırki iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlması qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş icra vərəqəsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş icra vərəqəsi üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, hazırkı Borclu hazırkı Tələbkar qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi və hazırda həmin işə məhkəmədə baxıldığı üçün Zərdab Rayon Məhkəməsinin 2(035)- 06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş icra vərəqəsi üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırkı məhkəmə iclasında Borclu yuxarıda adıçəkilən məhkəmə aktları ilə razı olmadığını bildirsə də sözügedən icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmasına dair xx.xx.2020-ci il tarixli qərardan şikayət verməmiş və həmin qərarla razılaşmışdır. Bununla belə, o, tələbkara qarşı “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və hazırda həmin işə məhkəmədə baxıldığını əsas götürərək vəsatətlə Zərdab rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etdiyi üçün icra məmuru Ziya Məmmədov tərəfindən qəbul edilmiş “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarla sözügedən icra vərəqəsi üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hazırkı işin, icra işinin, əvvəllər məhkəmənin icraatında olmuş 2(035)-06/2019 saylı və hazırda məhkəmənin icraatında olan 2(035)-10/2021 saylı mülki işin materiallarını qarşılıqlı şəkildə nəzərdən keçirərək hesab etmişdir ki, tələbkarın borcluya qarşı vermiş olduğu “zəbt olunmuş torpaq sahəsinin qaytarılması və tikilinin sökülməsi”nə dair iddiası üzrə tələb, həm də hazırkı borclunun tələbkara qarşı vermiş olduğu “mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin geri qaytarılaraq əvəzləşdirilməsi” nə dair iddia ərizəsi üzrə tələb müstəqil tələblərdir. Həmin tələblərin biridigərini istisna etmir. Hər bir halda borclunun tələbkara qarşı sonuncu tələbi həm Şəki Apellyasiya Məhkəməsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi dəyərləndirmədən keçən və qanuni qüvvəsini alan Zərdab Rayon Məhkəməsinin 2(035)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilən tələbin icra edilməli olmasını şübhə altına ala bilməz. Bu baxımdan məhkəmə “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarın qəbulu zamanı icra məmurunun əsaslandığı dəlilləri əsaslı və qanuni hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, haqqında şikayət verilən “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərar Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinin, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinin müddəaları baxımından qanuni deyildir. Həmin qərarın ləğv edilməməsi tələbkarın ədalətli araşdırma hüququnun pozulmasına və ədalət mühakiməsinin səmərəsiz olmasına gətirib çıxara bilər. Ona görə də şikayət təmin edilməli və icra məmurunun “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinəəsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi Əfəndiyeva Azərbaycana qarşı xx.xx.2007-ci il tarixli qərarında (55-ci bənd) qeyd etmişdir ki, hər hansıməhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayımalıdır. Avropa Məhkəməsi həmin qərarında (60 və 61-ci bəndlər) qeyd etmişdir ki, “iddia tələbi” onun yerinə yetirilməsinin real olduğunu təsdiq edən sübutlar olduqda 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mənada “mülkiyyət” təşkil edir. Məhkəmə qətnaməsinin mövcudluğu iddia tələbinin real olduğunu sübut edir. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyəşikayət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırki iş üzrə Borclu məhkəmə kollegiyasına təqdim etdiyi Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-10/2021 nömrəli “mütəxəssis rəyinin alınması barədə” qərardadından görünür ki, həmin iş üzrə qəbul ediləcək yekun qərar ilə iddiaçılar Borclu və X1 iddiası təmin ediləcəyi təqdirdə hazırki iş üzrə mövcud olan qətnamənin icrasında dəyişiklik baş verəcəkdir. Bu da qeyd olunan işlərin bir-biri ilə əlaqəli olmasını göstərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.3-cü maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilən qanun normalarının tələbinə görə, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu hazırki iş üzrə qərardadın ləğv edilməsi ilə bağlı şikаyət verməkdə haqlı olmuşdur. Ümumilikdə şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olduğundan şikayət təmin edilməli, Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərаrdаdı ləğv edilməli, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədovun “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməli, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədovun “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Zərdab Rayon Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli, 8(035)-6/2021 nömrəli qərardadı ləğv edilsin. Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədovun “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədovun “icraatın dayandırılması haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarı qüvvəsində saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar