Məhkəmə qərarları › İş №8(107)-21/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-21/2022

16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-21/2022 16.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 8(014)-112/2021 saylı qərardadından X4 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X6 ərizə ilə müraciiət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1738/2018 saylı 15 avqust 2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1738/2018 saylı 15 avqust 2018-ci il tarixli qətnaməsinə izah verilməsindən X4 ərizəsi təmin edilməmişdir. X6 17 dekabr 2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadından şikayət verərək, Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ləğv olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. X2 Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək, məhkəmənin 24 dekabr 2021-ci il tarixli qərardadının ləğv olunmasını, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1738/2018 saylı 15 avqust 2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmənin xx.xx.2021-ci il tarixli 8(014)-112/2021 saylı qərardadından məhkəməyə poçt vasitəsi ilə şikayət ünvanlamışdır. Lakin Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(014)-112/2021 saylı qərardadı ilə qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardad ona 11 yanvar 2022-ci il tarixdə təqdim edilmiş, yəni poçt vasitəsi ilə göndərilmişdir. Hazırda qərardaddan şikayət vermə müddəti buraxılmamışdır. Bildirir ki, o, ailəli olmaqla ailəsini dolandırmaqda çətinlik çəkir. Eyni zamanda onun və ailəsinin səhhəti ilə əlaqədar müalicə kursları qəbul edirlər. Onun “Azəriqaz” İB-yə məhkəmə tərəfindən rədd edilmiş borcun silinməsi hissəsinə izah verilməsi barədə qərar qəbul edilərsə, yaranmış problem aradan qalxacaqdır. Odur ki, o, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(014)-112/2021 saylı qərardadını ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 8(014)-112/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-112/2021 saylı, 24 dekabr 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1738/2018 saylı 15 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İB cavabdeh X3 qarşı 377,50 manat məbləğində debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X1 167,50 manat məbləğin alınıb iddiaçı “Azəriqaz” İB-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamədə tələbkara ödənilməyəcək məbləğin qeyd edilməməsi qətnaməyə izah verilməsi üçün əsas ola bilməz. Qeyd olunan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə X4 ərizəsini rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-112/2021 saylı, 24 dekabr 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 8(014)-112/2021 saylı, 24 dekabr 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar