Məhkəmə qərarları › İş №8(107)-23/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-23/2021

30.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-23/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və X1nın iştirakı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması haqqında Borclu ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-67/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Borclu məhkəməyə ərizə ilə müraciət edərək verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun hərəkətinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2017-ci il təvəllüdlü X4 atası Borclu alınaraq anası X5 verilməsi və onun himayəsində saxlanılması, xx xxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq X5 verilməsi, aliment tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı X2 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçıya ödənilməsi və Borclu 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019- cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 178/2020 saylı qətnaməsi ilə iddiaçı X6 və cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020- ci il tarixli, 2(102)-4517/2020 saylı qərarı ilə Borclu kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsi alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilərək, alimentin tutulmasının əvvəlinin X4 faktiki olaraq X5 verildiyi tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilmiş və icra məmuru tərəfindən yeni icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin hazırkı mərhələdə həmin icra sənədinin icra edilməsi dayandırılmalıdır. Belə ki, o, cavabdeh X5 qarşı “valideynlik hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsi icraata götürülmüş və xx xxxxxx 2021-ci il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Ona görə də həmin mülki işə baxılıb qurtarana kimi qeyd edilən icra sənədi icra edilə bilməz və icra sənədi üzrə icraat dayandırılmalıdır. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət etsə də, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov xx xxxxxx 2021-ci il tarixli, 1062/11 nömrəli imtina məktubu ilə bundan imtina edilmişdir. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, X5 qarşı “valideynlik hüququndan məhrum edilmə” tələbinə dair Şəki Rayon Məhkəməsində qaldırdığı iddia müstəqil iddiadır və yuxarıda qeyd edilən icra sənədi üzrə icraatın dayandırılmasına əsas vermir. Lakin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin gəldiyi həmin nəticə qanunsuz və əsassızdır. Belə ki, tərəfindən verilmiş vəsatətə həmin iddia tələbi üzrə iddia ərizəsi əlavə edilmiş və o, ərizəsində Könül İsayevanın hansı əsaslara görə valideynlik hüququndan məhrum edilməsini əsaslandırmışdır. Belə ki, həmin iddia ərizəsində qeyd etmişdir ki, Könül uşağı çox incitmiş, o tərəfə bu tərəfə atmışdır. Tələbkar uşaq anadan olmamışdan və olduqdan sonra dəfələrlə səbəbsiz yerə evi tərk edib getmiş, anası övladının ailəsinin dağılmaması üçün gəlinini gətirmiş, uşaq anadan olduqdan sonra da Könül uşağa qarşı biganə yanaşmış, uşağın lazımi ehtiyaclarını təmin edə bilməmiş, uşağın qidalanması ilə anası məşğul olmuşdur. Bir neçə dəfə Könül İnciyə xəsarətlər yetirərkən anası uşağı onun əlindən almışdır. Bununla bağlı anasının ərizəsi əsasında Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılmış və ərizələri aidiyyəti üzrə Şəki rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, cavabdeh bir ana kimi öz vəzifəsini yerinə yetirməmiş, uşağına qarşı dəfələrlə zorakılıq hərəkətləri etmiş, bir neçə dəfə uşağını öldürəcəyini bildirmişdir. Ona görə də hesab edir ki, Könül İsayeva uşağına baxmadığından, yəni öz valideynlik vəzifələrini yerinə yetirmədiyindən, uşağına qarşı dəfələrlə zorakılıq hərəkətləri etdiyindən, hətta bir neçə dəfə onu öldürəcəyini bildirdiyindən o, valideynlik hüququndan məhrum edilməlidir. Belə olan halda həmin iddia tələbinə baxılanadək hazırkı iddia ərizəsinin icrası uşağın mənafeyinə olduqca ziyan vura, hətta onun ölümünə və ya şikəst olmasına gətirib çıxara bilər. Əgər uşaq alınıb Könül İsayevaya verilsə və uşaq anası tərəfindən fiziki zora, həyat və sağlamlıq üçün təhlükə törədə biləcək hər hansı bır hərəkətə məruz qalsa icra məmuru və onun rəisi buna cavabdehlik daşıyacaqlarmı? Ona görə də hesab edir ki, bütün bunlar nərəzə alındıqda icra məmurunun icra işi üzrə icraatın dayandırılmaması barədə hərəkəti tam qanunsuz və əsassızdır. X1 xx xxxxxx 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı qərarı dərhal qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin icrası icra məmuru tərəfindən təmin edilməli olduğu halda Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən işinə bilərəkdən qərəzli yanaşılır. Dəfələrlə şöbəyə müraciət etsə də onun müraciətlərinə rəsmi cavab verilməmişdir. Sonuncu dəfə ona bildirilmişdir ki, borclu Natiq Yusibovun məcburi gətirilməsi barədə təqdimat verilib. Bundan sonra bildirişi alaraq xx xxxxxx 2021-ci il tarixə, saat 12:30-a təyin olunmuş məhkəmə iclasına anası ilə birlikdə getsə də məhkəmə iclası olmamış və işin nəticəsi barədə onlara məlumat verilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etdikdə Natiq Yusibovun icra məmurunun hərəkətinin qanunsuz sayılması və icra sənədi üzrə icraatın dayandırılmasına dair şikayət ərizəsinin daxil olduğu bildirilərək ona xx xxxxxx 2021-ci il tarixli bildiriş təqdim edilmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan onun valideynlik hüququndan məhrum edilməsi tələbinə dair mülki iş üzrə Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4517/20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli icra sənədin icrasının dayandırılmasına dair iddianın təmin tədbiri barədə xx xxxxxx 2021-ci il tarixli ərizəsi xx xxxxxx 2021-ci il tarixli, 2(075)-359/2021 nömrəli qərardadı ilə təmin edilməmişdir. Borclu bütün bu ərizələri ilə qızını ona verməmək məqsədi daşıyır. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4517/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin icra olunmasına ardıcıl surətdə maneçilik törədən Natiq Yusibovun vicdansızcasına əsassız tələbləri üzrə, habelə qanuni qüvvəsini almış qətnamənin icrasına qərəzli olaraq ardıcıl surətdə maneçilik törətməyə xidmət edən əsası olmayan şikayətə görə iş vaxtının itirilməsi üçün yuxarıda qeyd etdiyi konkret hallar nəzərə alınmaqla Borclu 5000 (beş min) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxxxx 2021-ci il tarixli, 8(075)- 67/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun hərəkətinin qanunsuz hesab edilməsi barədə Borclu ərizəsi təmin edilməmiş, Borclu ərizəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması hissəsində məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-67/2021 nömrəli qərardadından Borclu şikayət verərək qərardadın ləğv edilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun hərəkətinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-67/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayətə etiraz edərək bildirmişdir ki, borclu uşağı ona verməmək və aliment ödəməkdən yayınmaq üçün hər dəfə ona qarşı əsassız iddialar qaldırır. Ona görə də şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Borclu və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin və icra işinin materialları ilə birlikdə əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı qərarından görünür ki, Borclu kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 178/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilmiş, alimentin tutulmasının əvvəlinin X4 faktiki olaraq X5 verildiyi tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 1062/11 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 ondan alınıb anası X5 verilməsi və anasının himayəsində saxlanılması barədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırıması barədə verdiyi xx xxxxxx 2021-ci il tarixli vəsatətinə baxılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraatın dayandırılması məcburidir. X5 qarşı “valideyinlik hüququndan məhrum edilmə” tələbinə dair Şəki Rayon Məhkəməsində qaldırdığı iddia müstəqil iddiadır və yuxarıda qeyd edilən icra sənədi üzrə icraatın dayandırılmasına əsas vermir. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, mübahisə edilən iddia predmeti davam edən hüquq münasibətləri çərcivəsinə aid olduğundan məhkəmə tərəfindən borclunun yenidən uşaq tələbi ilə bağlı iddia qaldırmaq hüququ istisna edilmir. Lakin borclunun həmin tələblə məhkəməyə müraciəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 4517/2020 saylı icra sənədinin icrasını dayandırmağı məcburi edən hallara aid olmadığından icra məmuru tərəfindən icraatın dayandırılmasından haqlı olaraq imtina edilmişdir. Odur ki, Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun hərəkəti qanunidir. Ona görə də Məhkəmə Borclu ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsində ərizəyə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi imkanı birbaşa nəzərdə tutulmasa da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 261-ci maddəsi rəhbər tutularaq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 17.1. 4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinin tələbinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi borclunun ərizəsində xahiş etdiyi məsələnin həllinin prosedur qaydası İHQ-n 17.4-cü maddəsinin təsiri altına düşdüyündən, bu məhkəmə qaydasında deyil, icra məmurunun səlahiyyəti həddində həll olunan bir məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən İcra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmənin və ya icra məmurunun olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-67/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-67/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar