Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-23/2023 01.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadından tələbkar X4 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə borclu Zaqatala rayonu Mosul kənd sakini X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan Əliyeva (Bəkirova) Reqina Mahmudovnanın xeyrinə verilməsi əmr edilmişdir. Tələbkar X8 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(033)-673/2013 saylı icra sənədi ilə X6ndan onun xeyrinə 2013-cü ildən tutulmalı olan 600 manat, 2014-cü ildən tutulmalı olan 1008 manat, 2015-ci ildən tutulmalı olan 1200 manat, 2016-cı ildən tutulmalı olan 100 manat, 2017-ci ildən tutulmalı olan 110 manat, 2018-ci ildən tutulmalı olan 1103 manat, 2019-cu ildən tutulmalı olan 1200 manat, 2020-ci ildən tutulmalı olan 1200 manat, 2021-ci ildən tutulmalı olan 1200 manat pul məbləğinin indeksasiyasını aparılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(033)- 673/2013 saylı əmrinə əsasən, borclu Zaqatala rayonu Mosul kənd sakini X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan Əliyeva (Bəkirova) Reqina Mahmudovnanın xeyrinə verilməsi əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də xx.xx.2013-cü il tarixdən bugünə kimi icra sənədinin icrası olaraq X6 tərəfindən qismən təmin edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdən bu günə kimi icra sənədinin icrası olaraq X6nun ödədiyi aliment məbləğinin illər üzrə müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə "Azərpoçt” MMC-nin X15 müraciət edilmişdir. X18 isə öz növbəsində xx.xx.2023-cü il rarixli ZQPF 10/22 saylı məktubla X10 dövr ərzində aliment kimi ödədiyi pul vəsaiti barəsində məlumatları təqdim etmişdir. X6 aliment məbləğini yalnız poçt vasitəsilə ödəmişdir. Beləliklə, xx.xx.2013cü il tarixdən bu günə kimi icra sənədinin icrası olaraq X6nun ödəməli olduğu aliment məbləği, ödənişi və qalıq məbləği aşağıdakı kimi formalaşmışdır: 2013-cü ildən qalıq qalan 600 manat, 2014-cü ildən qalıq qalan 1008 manat, 2015-ci ildən qalıq qalan 1200 manat, 2016-cı ildən qalıq qalan 100 manat, 2017-ci ildən qalıq qalan 110 manat, 2018-ci ildən qalıq qalan 1103 manat, 2019-cu ildən qalıq qalan 1200 manat, 2020-ci ildən qalıq qalan 1200 manat, 2021-ci ildən qalıq qalan 1200 manat, cəmi qalıq qalan 8921 manat aliment borcu. Göründüyü kimi, xx.xx.2013-cü il tarixdən bugünə kimi icra sənədinin icrası olaraq X6nun ödəməli olduğu aliment məbləği 11400 manat təşkil etsə də, həmin məbləğ qismən 2479 manat ödənilmiş, 8921 manat aliment isə ödənilməmiş şəkildə qalır. Keçən dövr ərzində X6 alimenti ödəməkdən yayındığından xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 bütün maddi ehtiyacları onun tərəfindən həyata keçirilməkdədir. X3 borcun ödənilməsi üçün könüllü vaxt verilməsinə, icra məmurunun xəbərdarlıqlarına, icra hərəkətlərinə baxmayaraq, icra məmurunun çağrışlarına və xəbərdarlıqlarına məhəl qoymamış, məhkəmə qərarının icrasından üzürlü səbəblər göstərmədən qərəzli şəkildə yayınmış, nəticədə qərarın icrasını 10 ildir ləngitmiş və qərar icra edilməmişdir. Məhkəmənin yekun qərarından sonra bügünə kimi (10 il ərzində) Azərbaycan Respublikasında kifayət qədər nağd pulun devalvasiyası və infilyasiyası baş vermiş və pul vahidinin dəyəri dəfələrlə azalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət edərək, borcludan məhkəmə qərarına əsasən ödənilməli olan pul məbləğlərinin müvafiq indeksasiyasının aparılması üçün infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi xx.xx.2023-cü il tarixdə xx.xx.2013-cü ildən ayrı-ayrı (illər üzrə) tarixlərə nisbətən neçə faiz təşkil etməsi barədə məlumat verilməsini xahiş etmişdir. Dövlət Statistika Komitəsi müraciətə xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 nömrəli məktubla cavab verərək bildirmişdir ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi xx.xx.2023-cü il tarixdə 2013-cü ilə nisbətən 183.2 %, 2014-cü ilə nisbətən 183.5 %, 2015-ci ilə nisbətən 170.5 %, 2016-cı ilə nisbətən 147.4 %, 2017-ci ilə nisbətən 136.6 %, 2018-ci ilə nisbətən 134.5 %, 2019-cu ilə nisbətən 131.4 %, 2020-ci ilə nisbətən 128.1 %, 2021-ci ilə nisbətən 114.4 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi dəfələrlə artmışdır. Beləliklə, "Azərpoçt” MMC-nin X12 xx.xx.2023-cü il tarixli ZQPF 10/22 saylı və Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2- 10/02 2/2023 nömrəli məktubunu nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı icra sənədi ilə tutulmalı olan alimentin qalıq məbləğinin indeksasiyası aşağıdakı kimi müəyyən edilir: 2013-cü ildən qalıq qalan 600 manat indeksasiyadan sonra 1099,20 manat, 2014-cü ildən qalıq qalan 1008 manat indeksasiyadan sonra 1849,68 manat, 2015-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 2046 manat, 2016-cı ildən qalıq qalan 100 manat indeksasiyadan sonra 147.40 manat, 2017-ci ildən qalıq qalan 110 manat indeksasiyadan sonra 150,26 manat, 2018-ci ildən qalıq qalan 1103 manat indeksasiyadan sonra 1483,54 manat, 2019cu ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1576,80 manat, 2020-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1537,20 manat, 2021-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1372,80 manat, 2022-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1200 manat olmaqla, indeksasiyadan sonra cəmi məbləğ 12462,88 manat. Nəticə etibarilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı icra sənədi ilə X6ndan tələbkar X5 xeyrinə tutulmalı olan alimentin qalıq məbləği 89121 manat təşkil edir və illər üzrə indeksasiya aparıldığı zaman həmin məbləğ 3541.88 manat artmaqla 12462.88 manat olacaqdır. Eyni zamanda "xxxx" MMC-nin X12 xx.xx.2023-cü il tarixli ZQPF 10/22 saylı və Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 nömrəli məktubunda istinad olunanları nəzərə alınmaqla tələbkara ödənməli olan pulun indeksasiyasının neçə manat təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edə bilər. Zaqatala Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 saylı məhkəmə əmri ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment borcunun indeksasiyası barədə tələbkar X4 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar X8 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 8(033)-9/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment borcunun indeksasiyası barədə tələbkar X4 ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş və sonda mübahisəli qərardad qəbul edilmişdir. Bildirir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(033)-673/2013 saylı əmrinə əsasən, borclu Zaqatala rayonu Mosul kənd sakini X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan X4 xeyrinə verilməsi əmr edilmişdir. Sözügedən icra sənədinə əsasən X17 2013-cü ildən 600 manat, 2014-cü ildən 2022-ci ilədək hər il üçün 1200 manat olmaqla 10800 manat, ümumilikdə 11400 manat ödəməli idi. "xxxx" MMC-nin X12 xx.xx.2023-cü il rarixli ZQPF 10/22 saylı arayışına əsasən X17 2013, 201 2019-2022-ci il tarixlərdə 0 manat, 2014-cü ildə 192 manat, 2016-cı ildə 1100 manat, 2017-ci ildə 1090 manat, 2018-ci ildə 97 manat ödəniş etmişdir. Nəticədə, X10 2013-cü ildən 600 manat, 2014-cü ildən 1008 manat, 2015-ci ildən 1200 manat, 2016-cı ildən 100 manat, 2017-ci ildən 110 manat, 2018-ci ildən 1103 manat, 2019-cu ildən 1200 manat, 2020-ci ildən 1200 manat, 2021-ci ildən 1200 manat, 2022ci ildən 1200 manat qalıq borc məbləğini ödəməmişdir. Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 saylı arayışına əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı icra sənədi ilə X6ndan tələbkar X4 xeyrinə tutulmalı olan 2013-cü ildən ödənilməli olan 600 manat aliment məbləğinin 183.2 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 499.20 manat artaraq 1099.20 manat, 2014-cü ildən ödənilməli olan 1008 manat aliment məbləğinin 183.5 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 841.68 manat artaraq 1849.68 manat, 2015-cü ildən ödənilməli olan 1200 manat aliment məbləğinin 170.5 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 486 manat artaraq 2046 manat, 2016-cü ildən ödənilməli olan 100 manat aliment məbləğinin 147.4 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 47.40 manat artaraq 147.40 manat, 2017-cü ildən ödənilməli olan 110 manat aliment məbləğinin 136.6 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 40.26 manat artaraq 150.26 manat, 2018-cü ildən ödənilməli olan 1103 manat aliment məbləğinin 134.5 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 380.54 manat artaraq 1483.54 manat, 2019-cü ildən ödənilməli olan 1200 manat aliment məbləğinin 131.4 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 376.80 manat artaraq 1576.80 manat, 2020-cü ildən ödənilməli olan 1200 manat aliment məbləğinin 127.1 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 337.20 manat artaraq 1537.20 manat, 2021-ci ildən ödənilməli olan 1200 manat aliment məbləğinin 114.4 % indeksasiyası aparıldığı zaman həmin məbləğ 172.80 manat artaraq 1372.80 manat təşkil edir. Hazırkı iş üzrə obyektiv nəticəyə gəlinməsi və araşdırılması, mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyinin nəzərə alaraq məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edilmişdir. Lakin bununla belə Zaqatala Rayon Məhkəməsi hazırkı mübahisədə Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsaslanaraq 2021-ci ilədək alimentin ödənilməsi və yalnız xx.xx.2021-ci il tarixdən alimentin ödənilmədiyini əsas gətirərək tələbkarın ərizəsini təmin etməmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməmiş, X6nun illər ərzində nə qədər aliment borcunun olduğu və onun indeksasiyası müəyyənləşdirilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 8(033)-9/2023 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İşdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə X6ndan xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tələbkar X4 xeyrinə verilməlidir. Məhkəmə əmri qanuni qüvvəsini almış və icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbin X6 tərəfindən hər ay mütəmadi və tam şəkildə icra edilməməsinə əsaslanaraq tələbkar borclunun 2013 və 2022-ci illər üçün 8921 manat aliment borcunun yarandığını və həmin borcun yaranma müddətlərini nəzərə alaraq illərə uyğun indeksasiya edilməsini xahiş etmişdir. İş materiallarından da görünür ki, X6 tərəfindən Zaqatala rayon İcra və probasiya şöbəsinə təqdim etdiyi qəbzlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-ci il tarixli 2(033)-673/2013 nömrəli icra sənədi üzrə ümumilikdə 8462 manat aliment ödənişi edilmiş, hazırda yığılmış aliment borcu 2538 manatdır. X6 tərəfindən 01 fevral 2021-ci il tarixdən bugünədək aliment ödənməmişdir. Borclu tərəfindən aliment mütəmadi ödənilmədiyindən onun 2021-2022-ci il tarixdə ödədiyi pul vəsaitləri onun əvvəlki illərdə qalıq qalmış borclarına silinmiş, ona görə də aliment borcu hesablandıqda müəyyən olunur ki, 01 fevral 2021-ci il tarixdən bugünədək onun yığılmış aliment borcu vardır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tələbkar icra vərəqəsinin tam icra edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra qurumuna müraciət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İşin faktiki halından məlum olur ki, X6nun Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri üzrə borcun indeksasiyası tələb olunan 2013-2021-ci illər ərzində yaranmış aliment borcu yoxdur. Bu fakt icra sənədinin icra edilməsinə nəzarət edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəhbərinin xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar X8 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 8(033)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-23/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-23/2023
01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver