Məhkəmə qərarları › İş №8(107)-24/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-24/2020

14.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-24/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Tələbkar Maraqlı şəxs xx.xx.2020-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğvi barədə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli8(024)-20/2020 nömrəli və xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli qərardadlarından Borclu tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Maraqlı şəxs xx.xx.2020-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tələbkar şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-109 saylı icra sənədinə əsasən o Qax rayonu Şotavar kəndində yerləşən Borclu məxsus fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru Ələkbər İsmayılov iki dəfə icra prosesini təyin etmiş, lakin heç birində onun həmin evə köçürülməsini təmin etməmişdir. İcra məmuru ona həmin icra sənədinin icrası mümkün olmadığı üçün məhkəməyə geri qaytaracağını bildirmişdir. O, həmin qərarı qanunsuz hesab edir və qərarla razılaşmır. Göstərdiklərinə əsasən, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Tələbkar izahat verərək Maraqlı şəxs xx.xx.2019-cu il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Borclu izahat verərək bildirmişdir ki, Tələbkar şikayəti əsassızdır. İcra məmuru Simuzərin onun evinə köçürülüməsini təmin etmək istəsə də, Simuzər müxtəlif bəhanələrlə ona məxsus evə köçürülməsini yubandırmışdır. Nəticədə də Simuzəri köçürmək mümkün olmamışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Maraqlı şəxs icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayılov Ələkbər Köçəri oğlu izahat verərək göstərmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)109/2019 saylı icra vərəqəsinə əsasən Tələbkarn Qax rayonu Şotavar kəndində yerləşən X2 məxsus fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə və təkrarən xx.xx.2020-ci il tarixdə icra prosesləri keçirilmişdir. Keçirilmiş icra prosesləri zamanı Tələbkar Nəsrullah qızına icra sənədi üzrə tələbin mahiyyəti izah edilmiş, qeyd olunan yaşayış sahəsinə köçürülməsi təklif olunmuşdur. Lakin Tələbkar köçürülməsi nəzərdə tutulmuş yaşayış sahəsinin iki otağının ayrıca onun istifadəsinə verilməsini tələb etmiş, ona təklif olunmuş yaşayış sahəsinə köçməkdən imtina etmişdir. Qeyd olunan səbəblərdən icra sənədinin icrası Tələbkar hərəkətsizliyi nəticəsində mümkün olmamışdır. Şikayətin qanuni həll edilməsini xahiş edir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilmişdir. Həmin qərardaddan iş üzrə Borclu şikayət vermişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş vəonunşikayətiişlə birlikdə baxılmasıüçünŞəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs xx.xx.2020-ci il tarixli İcra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 8(024)20/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardadın Qərara aldı hissəsi aşağıdakı kimi qeyd edilmişdir. “Tələbkar Maraqlı şəxs xx.xx.2020-ci il tarixli İcra sənədinin qaytarılması haqqında qərarından verdiyi şikayət təmin edilməsin.” Lakin məhkəmə xx.xx.2020-ci il tarixdə Qərardaddakı yanİışlıqların düzəldilməsi haqqında qərardad çıxarmış və həmin qərarın “Nəticə” hissəsini aşağıdakı kimi dəyişmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən bir sıra hüquq normalarını kobud şəkildə pozmuşdur. MPM-in 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Qax Rayon Məhkəməsinin 8(024)20/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının “Qərara aldı” hissəsində yol verilmiş yanlışlıq düzəldilərək “Şikayət təmin edilsin.” Qax Rayon Məhkəməsi hazırkı ərizəyə baxmaqda subyektiv hüququ mövcud deyildir. Belə ki, Tələbkar Maraqlı şəxs xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən İnzibati-iqtisadi məhkəmə tərəfindən verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunın hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət verə bilər. Şikayət müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunın olduğu yer üzrə inzibatiiqtisadi məhkəməyə verilir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən bu Qanunun 87.1ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunın hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunın olduğu yerin məhkəməsinə verilir. Göründüyü kimi hazırkı mübahisəyə baxmaqda Qax Rayon Məhkəməsi haqlı deyildir. Göstərdiklərini nəzərə alaraq Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərardadlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin təmin edilməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar və nümayəndəsi X1 şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tаrixli 8(024)-20/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Qax Rayon Məhkəməsinin 2-(024)-109/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, həmin icra sənədinə əsasən Tələbkarn Qax rayonu Şotavar kəndində yerləşən X2 məxsus fərdi yaşayış evinə köçürülməlidir. İşdə olan Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu İsmayılov Ələkbər Köçəri oğlunun xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, həmin qərara əsasən Borclu 10 gün müddətinə icranı könüllü təmin etməsi, əks təqdirdə onun barəsində məcburi icra tədbirlərinin görülməsi və s. qərara alınmışdır. İşdə olan Maraqlı şəxs icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Ələkbər İsmayılovun xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, Tələbkar köçürülməsi nəzərdə tutulmuş yaşayış sahəsinin iki otağının ayrıca onun istifadəsinə verilməsini tələb etdiyi və ona təklif olunmuş yaşayış sahəsinə köçməkdən imtina etdiyi üçün həmin səbəblərdən icra sənədinin icrası tələbkarın hərəkətsizliyinin nəticəsində mümkün olmadığı üçün icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. İşdən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-109 saylı qətnaməsinə əsasən Tələbkar Qax rayonu Şotavar kəndində yerləşən və Borclu məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra Maraqlı şəxs icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Ələkbər İsmayılov tərəfindən xx.xx.2020-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərarda və məhkəmə iclasında izahatında icra məmuru Ələkbər İsmayılov icra sənədinin məhkəməyə qaytarılmasının səbəblərini tələbkarın köçürülməsi nəzərdə tutulmuş yaşayış sahəsinin iki otağının ayrıca onun istifadəsinə verilməsini tələb etməsi, ona təklif olunmuş yaşayış sahəsinə köçməkdən imtina etməsi və həmin səbəblərdən icra sənədinin icrasının tələbkarın hərəkətsizliyi nəticəsində mümkün olmaması ilə izah etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirlər həyata keçirilməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı əsassız olduğu üçün ləğv edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra məmuru tərəfindən icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkət və ya hərəkətsizliyə yol verildikdə onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Simuzər Abdulayeva da məhz icra məmurunun qərarından şikayət vermişdir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, sözügedən icra vərəqəsi Qax Rayon Məhkəməsi tərəfindən Maraqlı şəxsnə verilmiş və ona nəzarəti həmin məhkəmə həyata keçirir. Həmin şikayət icra məmurunun hərəkət və hərəkətsizliyindən verilməmişdir. İcra məmurunun qəbul etdiyi qərar isə inzibati akt deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Tələbkar icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından verdiyi şikayətə baxmaqla qanun pozuntusuna yol verməmişdir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tаrixli 8(024)-20/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(024)-20/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tаrixli 8(024)-20/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Borcluşikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar