Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-24/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair X1nın ərizəsi ilə bağlı material üzrə (Açar sözlər: qətnаmənin icrа üsulunun dəyişdirilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair X1nın ərizəsinin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 7 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X1 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ olmaqla qaydası dəyişdirilərək görüşün onun və hər dəfə psixoloqun iştirakı ilə təmin olunmaqla qətnamənin icra üsulunun dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı uşağı ünsiyyətdə olmaq üçün hər ayın şənbə günləri saat 11:00-dan 13:00-dək, uşağın doğum günlərində 12:00dən 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, 2 saat, yəni həmin günlər 12:00-dən 14:00-dək anasının iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı əlavə qətnaməsi ilə ərizə ilə təmin edilmiş, iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı uşağı ilə Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş görüş yeri iddaçı Tələbkar yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhər A.Qurbanov küçəsi 9/7 saylı evdə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 224/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Mingəçevir şəhər Məhkəmasinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı qətnaməsi eyni zamanda Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı əlavə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12600dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət 6(altı) ay ərzində ananın-cavabdeh X5 yəni onun iştirakı ilə müəyyən edilmişdir. Lakin Tələbkar tərəfindən uşaqla görüşdə sui-istifadə etmə halları olmuşdur. Çox vaxtı görüşə gəlmir. Lakin icra məmuru tərəfindən məqsəd yönlü olaraq guya onun tərəfındən qətnamənin icra edilməməsi qeyd olunur. Onun xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı autizm kanner sindiromu ilə xx.xx.2024-cü ildən Mingəçevir şəhər psixo-nevroloji dispanserdə qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar uşaq hec kimlə ünsiyyət qura bilmir. Tələbkar uşaqla ünsiyyət zamanı uşağın səhhətinə zidd hərəkətlər nəticəsində uşağ xəstələnmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. X1 həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, borclu tərəfindən verilmiş Mingəçevir şəhər X2 baş həkimi Şəmsinur Hüseynovanın 13 dekabr 2024-cü il tarixli 697 saylı məktubunda qeyd olunmuşdur ki, uşağın anası X3 iştirakı olmadan ata Tələbkar qızı ilə görüşə bilər və onların ünsiyyətdə olması hər hansı bir mənfi təsir göstərə bilməz. Belə olan halda qətnamənin icra üsulunun dəyişdirilməsinə əsas yoxdur, belə ki, atanın uşaqla ananın və psixoloqun iştirakı ilə olmadan görüşməsi, uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə bilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” “28” oktyabr 2011-ci il tarixli, 6/2011 №li qərarının 2.7-ci bəndindən görünür ki, məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər. Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mingəçevir Şəhər Məhkəməsinin 7 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 7 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 7 mart 2025-ci il tarixli 8(051)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-24/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-24/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver