Məhkəmə qərarları › İş №8(107)-25/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-25/2021

07.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-25/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu adına olan Kia Clarus K9AJ 1H1 markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərаrdаdı və Şəki Rayon Məhkəməsinin 2(075)-1221/2019 nömrəli mülki işinin materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəməyə təqdimat verərək, Borclu adına olan 55-BM758 dövlət qeydiyyat nişanlı, Kia Clarus K9AJ 1H1 markalı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu və Tələbkar birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinə əsasən Borclu cəmi 1210 manat borc tutularaq Tələbkar xeyrinə, 120 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icra müddətində borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlaklarının, banklarda pul vəsaitinin və qızıl-ziynət əşyalarının olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına **-BM-*** dövlət qeydiyyat nişanlı, Kia Clarus K9AJ 1H1 markalı minik avtomobilinin qeydiyyata alındığı müəyyən edilmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Borclu göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinə əsasən ondan cəmi 1210 manat borc tutularaq Tələbkar xeyrinə, 120 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən narazıdır. Barəsində verilmiş təqdimata münasibətdə bildirdi ki, avtomobili bir müddət əvvəl satmış, adına olan etibarnaməni ləğv etdirmişdir. Lakin sistemdə hələ də avtomobilin niyə adında qalmasını bilmir. Adına olan **-BM-*** dövlət qeydiyyat nişanlı, Kia Clarus K9AJ 1H1 markalı minik avtomobilinin üzərinə həbs qoyulub-qoyulmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2021-ci il tarixli, 8(075)- 80/2021 nömrəli qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu adına olan Kia Clarus K9AJ 1H1 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayəti əsaslandıraraq göstərmişdir ki, Qərardadını antikonstitusion, qanuna zid və əsassız hesab edir. AR MPM-nin 153.2.2-ci və 153.2.3-cü maddələrin tələbərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Lakin bu hakim tərəfindən bilərəkdən göstərilən qanunun tələbləri tapdalanaraq və şəxsən özü tərəfindən icra məmuru X1 xx.xx.2020-ci il tarixli Kia Clarus KDAJ 1H1 markalı, **-BM-*** dövlət qeydiyyat nişanı olan avtomobilin üzərinə həbs qoyulmaması barədə təqdimatın tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməsi haqqında qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 8(075)-155/2020 nömrəli qərardadına məhəl qoyulmadan, üstündən 7 (yeddi) ay keçdikdən sonra, bu dəfə başqa icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə, yəni onun tərəfindən artıq 10 ildən çox öncə satılmış və bu səbəbdən onun adına olmayan həmin Kia Clarus KDAJ 1H1 markalı,**-EM- *** dövlət qeydiyyat nişanı olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın, hakim kimi ədalət prinsipinə əsaslanaraq yolverilməzliyinə görə qəbul etməkdən imtina etmək əvəzinə, kiminsə sifarişinə əsasən, hətta apellyasiya məhkəməsinin səlahiyyətləri (yəni aşağı instansiya məhkəsinin qərarlarının qanunuliyini yoxlamaq) çərçivəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə təqdimata baxaraq artıq neçənci dəfə onun konstitusion hüquqlarını pozaraq haqqımda qanunsuz olaraq iki il əvvəl təmin edilməməsi sonradan isə təmin edilməsi haqqında qərarlar qəbul edilmişdir. İlk dəfə onun həmin hakim tərəfindən konstitusion hüquqlarının pozulması cavabdeh Tələbkar tərəfindən avtomaşının faktiki vurulmuş, lakin ŞŞRPŞ-nin DYPB-nin kapitanı M.C.Tağıyev tərəfindən hadisə faktiki və hüquqi saxtalaşdırmasına və avtomaşınına Polis M.C.Tağıyevin təyin etdiyi “xxxx” MMC tərəfindən Şəki RPŞ DYPB-nə təqdiri olunmuş xx.xx.2019-cu il tarixli 50 №-li əkspert rəyinə əsasən 1760 manat məbləğinə zərər vurulması və onun əsasında məhkəmədə qaldırdığı qarşılıqlı iddianın qanunsuz olaraq təmin ediməməsi olmuşdur və haqsız olaraq cavabdeh tərəfindən faktiki vurulmuş avtomaşını nəinki təmir olunmamış, hətta məhkəməyə qədər cavabdeh Tələbkar tərəfindən avtomaşınına xeyli məbləğdə vurulmuş zərərin məbləği könüllü qaydada ona ödənilməməsi olmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadının antikonstitusion, qanuna zidd və əsassız olduğuna görə ləğv edilməsi haqqında qərar qəbul edilməsini, əks təqdirdə şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadından Borclu verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinə əsasən Borclu cəmi 1210 manat borc tutularaq Tələbkar xeyrinə, 120 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədinin icra müddətində borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlaklarının, banklarda pul vəsaitinin və qızıl-ziynət əşyalarının olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına **-BM-*** dövlət qeydiyyat nişanlı, Kia Clarus K9AJ 1H1 markalı minik avtomobilinin qeydiyyata alındığı müəyyən edilmişdir. İcra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məqsədə müvafiqdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra şöbəsi tərəfindən borcluya rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Təqdimatı elan edib, işdə olan sənədlərə baxaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borclulara tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclular bu müddət ərzində borcu ödəməmişlər. İcra şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1221/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu adına olan Kia Clarus K9AJ 1H1 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2002-ci il tarixli 89 nömrəli Qərarının 1-ci bəndinə görə, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə qərarının icra olunmaması qanunla muəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiya nın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(075)-80/2021 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar