Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-25/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 8(051)-64/2022 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi (tələbkar) X2 məhkəməyə ərizə ilə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2002-ci il tarixli, 2(051)-243/2002 nömrəli qətnaməsi ilə cavabdehlər Borclu1 və Borclu2 ona ödənilməli olan 16 adda əmlakların dəyəri olan ******* manat pulun indeksasiyasının müəyyən olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 8(051)-64/2022 nömrəli qərardadı ilə Tahirə Tahirovanın ərizəsi təmin olunmamışdır. Qeyd olunan qərardaddan narazı qalan X2 şikayət vermiş və Mingəçevir şəhər məhkəməsinin 16 may 2022-ci il tarixli, 8(051)-64/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 8(051)-64/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. X2 tərəfindən verilmiş şikayətdən görünür ki, sonuncu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəllə ilə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayət oxunaqlı olmamaqla müxtəlif şiriftlərdən istifadə olunmaqla tərtib edilmişdir ki, bu da şikayətdə yazılanları anlaşılmaz etmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi Apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, onun tərəfindən elektron qaydada verilmiş şikayətlə yanaşı verilmiş digər şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə imzalanmamış, yalnız “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Kollegiya belə qənaətə gəlir ki, apellayasiya şikayətinin geri qaytarılması barədə ümumi müddəalar anologiya üzrə qərardadlardan verilmiş şikayətlərə də şamil edilməlidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli 8(051)-64/2022 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Mİngəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-25/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-25/2022
30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver