Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-25/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu ödəməli olduğu pul məbləğinin ideksasiyası barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş pul məbləğinin indeksasiyası) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində göstərilən borcdan 23000 manatının ödənilmədiyi üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq 01 mart 2024-cü il tarxədək olan müddət üçün 134000 (yüz otuz dörd min) ABŞ dolları (227800 manat) pul məbləğin indeksasiyasının müəyyən edilərək və Borclu tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu 140700 ABŞ dolları (yüz qırx min yeddi yüz) pul vəsaitinin (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı 11 fevral 2020-ci il tarixində qüvvəyə minmiş və Şəki Apellyasiya Məhkəməsi tərəfindən 2(107)-2665/2019 saylı icra vərəqəsi Göyçay rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnaməni qəsdən icra etmədiyi üçün Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Borclu Bakı şəhəri Sabunçu rayonunun ərazisində yaşaması barədə arayış təqdim etdiyi üçün icra işi Göyçay rayonundan Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin borclu dövlət adından çıxarılan qərarı qəsdən icra etmir. Bu isə tələbkara çox böyük maddi və mənəvi zərər vurur. Bu günə kimi borclu tərəfindən həmin borcdan cəmi 20000 manat (12000 ABŞ dolları) qaytarılmışdır. Borclu qalan 134000 ABŞ dollarını (227800 manat) ödəməkdən qəsdən yayınır. 2020-ci ildən bu günə kimi ABŞ dollarının Azərbaycan manatına nisbəti sabit olaraq 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur. Borclunun bu hərəkəti ona xeyli zərər vurur. Belə ki, 2020-ci ilin 11 fevral tarixindən bu günə kimi manatın dəyərində xeyli dəyişiklik olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2020-ci ildən bütün məhsulların və xidmətlərin qiyməti bir neçə dəfə artmışdır. Borclu ərizəyə qarşı etiraz vermişdir. Ərizədə göstərmişdir ki, Tələbkar ona qarşı pul məbləğinin indeksasiyası tələbinə dair ərizəsi tamamilə əsassızdır və aşağıdakı göstərilən səbəblərə görə rədd edilməlidir. Belə ki, yaranmış borcu üzrlü səbəbdən, yəni maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyi ücün onun barəsində pul məbləğin indeksasiyası müəyyən edilə bilməz. Tələbkar tərəfindən ərizə verilərkən nəzərə alınmamışdır ki, icra sənədinə əsasən ondan 140700 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında qərari” ilə icra sənədi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İcra işinin materiallarından görünür ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixdə Göyçay rayon İcra şöbəsi tərəfindən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş, təqdimat əsasında cinayət işi başlanılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri Sabunçu rayon inzibati ərazisində yaşamasına dair arayış təqdim etdiyindən icra işi ərazi aidiyyəti üzrə Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, icra məmuru yaşadığı ünvan - ünvan 1ən ’’Qaraxan” MTK-nm İB saylı binanın 72 nömrəli mənzilində olmuş, həmin ünvanda tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Həmçinin, onun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş, amma heç bir əmlak aşkar edilməmişdir. Habelə arvadı X2 adına da mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-alınaması barədə aidiyyəti orqan və təşkilailara sorğular göndərilmiş və mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Onunla bağlı bütün zəruri icra tədbiliəri görülməsinə baxmayaraq icra sənədini icra etmək mümkün olmamış, barəsində verilmiş sorğulara baxmayaraq əmlakı və ya gəliri aşkar edilməmiş, inzibati və cinayət məsuliyyətinə cəlb edilsə də, icraatın başa çatdırılması üçün görülmüş tədbirlər nəticə verməmişdir. Bundan baqşa Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında qərar”ı ilə icra sənədi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, tələb borclu tərəfindən könüllü icra müddətində icra edilmədiyindən “Elektron icra” sisteminə sorğu edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəliri aşkar edilməmişdir. O, şöbəyə dəvət edilərək izahatı alınmış, izahatında heç bir yerdə işləmədiyini, dövlətin adından qəbul edilmiş qərara hörmətlə yanaşdığını, imkan etdikcə tələbkara olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, icra işi icraatda olarkən onun və arvadı X2 adına daşınmaz əmlakın olub-olmaması məsələsi öz həllini tapmamış, elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi vəzifəsində işləməklə 522.25 manat əmək haqqı alsa da bu barədə tədbir görülməmişdir. Qeyd olunan hallar bir daha araşdırılarkən onun və X2 adına daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, eləcə də rəsmi iş yerinin olması “Elektron icra” sistemi ilə müəyyən olunmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, onun barəsində bundan başqa 2 dəfə inzibati ptotokol tərtib edilmişdir, 8 gün inzibati həbs edilmişdir. 2 övladı var, heçyerdə işləmir. Hal-hazırda işləyə bilmir, cünki məhkumluğu olduğu ücün işə götürmürlər. Belə olan halda ərizə təmin edilə bilməz və məhkəmə tərəfindən ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmədən Tələbkar ona qarşı pul məbləğinin indeksasiyası tələbinə ərizəsinin əsassız olduğuna görə təmin etməməklə rədd edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 nömrəli qərardadı ilə Tələbkar Borclu pul məbləğinin ideksasiyası tələbi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadı ilə, Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 232.1, 232.2,-ci maddələrinə, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 439.1, 439.7,-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il Qanununun 1, 3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu 140700 ABŞ dolları (yüz qırx min yeddi yüz) pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Dövlət adından çıxarılan qətnaməni qəsdən icra etmədiyi üçün Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin bundan sonra çox zəngin həyat tərzi keçirən Borclu müxtəlif bəhanələrlə, müxtəlif yollardan istifadə edərək borcu ödəməkdən boyun qaçırmışdır. Çox təəssüf ki, ona bu işdə icraya nəzarət etməli orqanlar (o cümlədən MƏHKƏMƏLƏR) köməklik göstərmişlər. Həmin borcdan indiyə kimi cəmi 20000 manat ödənilmişdir. Borcli qalan 134000 ABŞ dolları, yəni, 227800 manatını ödəməkdən QƏSDƏN yayınmışdır. Onun bu hərəkəti tələbkara böyük ziyan vurmuşdur. Qəsdən ödənilməyən pul məbləğinin indeksasiyası üçün Göyçay rayon Məhkəməsinə müraciət etmişlər. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrini rəhbər tutaraq Göyçay Rayon Məhkəməsinin 8(046)-44//2024 saylı, xx.xx.2024cü il tarixli qərardadının ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini, əks halda sənədlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Borclu şikayətə yazılı etirazında şikayəti təmin etməməklə Göyçay Rayon Məhkəməsinin 8(046)-44/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 8(046)-44//2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Göyçay rayon Məhkəməsinin 8(046)-44//2024 saylı, xx.xx.2024cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi ilə bağlı qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair gəldiyi nəticəni “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il Qanununun 1 və 3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununu səhv təfsir etmiş, Həmin Qanuna istinad edib, ərizəni rədd edərkən yanlış mövqedən çıxış etmişdir. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun adından göründüyü kimi Qanunun vətəndaşların pul gəlirləri ilə bağlı münasibətləri tənzimləyir ki, Həmin Qanunun 3 maddəsində indeksləşdirilməyə məruz qala biləcək pul gəlirlərinin nələrdən ibarət olmasına aydınlıq gətirilmişdir. Məhkəmə qərarı üzrə tələbkarın borcludan almalı olduğu pul vəsaiti vətəndaşın pul gəliri qismində çıxış etmədiyindən, Həmin Qanunda adıçəkilən vəsait indeksləşdirilmə obyekti kimi nəzərdə tutulmamışdır. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə qərarları üzrə alınmalı olan pul vəsaitlərinin indeksləşdirilməsi ilə bağlı münasibətləri birbaşa olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsi tənzimləyir ki, həmin normada məhkəmə qərarları üzrə tutulmalı olan pul vəsaitlərində indeksləşdirilmənin aparılması üçün hər hansı bir istisnalar nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadı ləğv edilməli, Tələbkar Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qalıq pul məbləğin indeksasiyasının müəyyən edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi (tələbkar) Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 8(046)-44//2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə qalıq pul məbləğin indeksasiyasının müəyyən edilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-25/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-25/2024
04.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver