Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-27/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Borclu iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə təqdimat verərək, tələbin icrasını təmin etmək üçün Borclu məxsus 1 ədəd 50 diaqonal OKT markalı televizorun üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 nömrəli qərardadına əsasən təqdimatın təmin edilməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021nömrəli qərardadından 05 mart 2021-ci il tarixdə Borclu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Qax Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qax rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru da məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu bildirdi ki, 500 manat müalicə xərcini qarşı tərəfə 3 il qabaq ödəmişdir. Alimentlə bağlı hissədə borcu olduğunu, yaranmış borcun hissə-hissə ödəyəcəyini bildirdi. Odur ki, şikayətin təmin eilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-493/2018 №-li, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 115 manat aliment tutulub Tələbkar verilməlidir. Alimentin tutulması qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1761/2018 №-li, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2006cı il təvəllüdlü uşağın müalicəsi üçün çəkilmiş xərclərə görə 500 manat pul vəsaiti alınıb Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə ələqədar olaraq borcluya icra sənədləri üzrə yaranmış 496.33 manat aliment borcunun və 500 manat müalicə xərcinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, borclu tələblərin icrasını keçən müddət ərzində təmin etməmişdir. Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərinin məcburi icrası ilə əlaqədar olaraq borclunun yaşadığı ünvana baxış keçirilmiş və nəticədə borcluya məxsus 1 ədəd 50 diaqonal LG və 1 ədəd 50 diaqonal OKT markalı televizorlar aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Balakən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(019)-193/2018 saylı və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-1761/2018 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu məxsus 1 ədəd 50 diaqonal OKT markalı televizorun üzərinə həbs qoyulması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icra olunması üçün verilmiş müddətdə borclu icra sənədini icra etməmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə və borc məbləğinin miqdarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(024)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-27/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-27/2021
14.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver