Məhkəmə qərarları › İş №8(107)-28/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-28/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-28/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X3, X7 və X4 cavabdeh X2 qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra sənədinin izah olunması haqqında ərizə rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar X3, X7 və X4 cavabdeh X2 qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(063)-784/2021 nömrəli icra sənədinin izah olunması haqqında X1 ərizəsinin təmin edilməməsi barədə Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehə qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərindən cavabdehə 10000 manat kompensasiya ödənilmək müqabilində yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onların xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)-784/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar X3, X7 və X4 xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh X6 ərizə ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 2(063)-784/2021 saylı, 09 dekabr 2021-ci il tarixli icra sənədinə həmin icra sənədi üzrə X7 tələbkar olması ilə bərabər eyni zamanda borclu olub-olmaması barədə izah verilməsi xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadı ilə iddiaçılar X3, X7 və X4 cavabdeh X2 qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-784/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra sənədinin izah olunması haqqında mülki iş üzrə cavabdeh X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh X6 həmin qərardaddan şikayət vermişdir. Ucar Rayon Məhkəməsinin 17 aprel 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)- 5/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. “Məhəkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən icra sənədinə dair tələblər göstərilmiş və həmin tələblərə də əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra sənədi verilmişdir. Məhkəmə hesab edir ki, Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)-784/2021 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinə izah verilməsinə zərurət yoxdur, qanunvericiliyin tələbinə görə qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir, buna görə də iddiaçılar X3, X7 və X4 cavabdeh X2 qarşı evdən və torpaq sahəsindən kompensasiya verilməklə çıxarılma barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-784/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli icra sənədinin izah olunması haqqında mülki iş üzrə cavabdeh X1 ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 15 mart 2023-ci il tarixli 8(063)-5/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar