Məhkəmə qərarları › İş №8(107)-29/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-29/2021

19.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-29/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimat verərək, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)- 4517/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadına əsasən təqdimatın təmin edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadından Borclu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı tamamilə əsassızdır. Belə ki, təqdimatın özündə belə onun Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəldiyi qeyd edilmişdir. Buna baxmayaraq, onun məcburi gətirilməsi barədə təqdimat verilmişdir. Əvvəlcə onun işi icra məmuru Elbrus Hacıyevin icraatında olmasına baxmayaraq,sonradan onun etiraz ilə Cəlal Səfərlinin icraatına verilmişdir. O, ümumiyyətlə bütün icra məmurlarına etiraz edərək, işinin Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Buna baxmayaraq, iş üzrə icraat dayandırılmamış, əksinə məhkəməyə təqdimat verilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında Borclu və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafıq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunur. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, iş materialları ilə təsdiq olunur ki, Ali Məhkəmənin 2(102)-4517/2020 römrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxx 2017-ci il təvəllüdlü X3 atası Borclu alınaraq anası Tələbkar verilməlidir və onun himayəsində saxlanılmalıdır. X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq Tələbkar veilməlidir. Alimentin tutulmasının əvvəli X2 faktiki olaraq Tələbkar verildiyi tarixdən hesablanmalıdır. Tələbkar iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu Borclu alınaraq tələbkara ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən - ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara, çağırışlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Nəticədə icra sənədi icra edilməmiş qalmışdır. Öyrənilən işdən bəlli olduğu kimi, borclu icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən müxtəlif bəhanələrlə üzrsüz səbəbdən yayınır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətdədir ki, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 8(075)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar