Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-3/2021 11.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Tələbkar nümayəndəsi X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-321/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X3 Məmmədəli oglu ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1011/2019 saylı icra sənədinə möhlət verilməsi və ya icra üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 Məmmədəli oglu sonradan məhkəməyə ərizə təqdim edərək Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1011/2019 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə ərizəyə baxılaraq ərizənin təmin edilməsi barədə qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-321/2020 nömrəli qərardadından Tələbkar şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-321/2020 saylı qərardadı ilə şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, borclu məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)- 321/2020 saylı qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). “İcra haqqında” Qanunun 17.1. 4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. İcra Haqqında Qanunun ; 21.3-cü maddəsinin tələbinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi borclunun ərizəsində xahiş etdiyi məsələnin həllinin prosedur qaydası İHQ-n 17.4-cü maddəsinin təsiri altına düşdüyündən, bu məhkəmə qaydasında deyil, icra məmurunun səlahiyyəti həddində həll olunan bir məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən İcra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatiiqtisadi məhkəmənin və ya icra məmurunun olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində (icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması) göstərilmiş hallar birbaşa icra məmurunun səlahiyyətinə aid olduğundan hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Ona görə də şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-321/2020 saylı qərardadı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi (iddianın yolverilməzliyi məsələsinə qiymət verilməsi) üçün birtinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-321/2020 saylı qərardadı ləğv edilsin. X3 Məmmədəli oglunun “Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 1011/2019 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə” ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi və ərizəyə hüquqi qiymət veriliməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-3/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-3/2021
11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver