Məhkəmə qərarları › İş №8(107)-3/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-3/2022

26.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-3/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarının və 10 dekabr 2018-ci il tarixli “Uşağın axtarılması haqqında” qərarının ləğv edilməsinə dair borclu X8 nümayəndəsi Nümayəndə ərizəsinin qismən təmin edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərardadından X8 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X1 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarının və 10 dekabr 2018-ci il tarixli “Uşağın axtarılması haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərardadı ilə X1 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarının və 10 dekabr 2018-ci il tarixli “Uşağın axtarılması haqqında” qərarının ləğv edilməsinə dair şikayəti qismən təmin edilmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ləğv edilmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 10 dekabr 2018-ci il tarixli “Uşağın axtarılması haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır Nümayəndə Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadından şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin qeyd olunan qərardadının ləğv olunmasına, şikayətin tam təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.. Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X20 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2932/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 11.08.2015-ci il tarixdən başlayaraq Ağdaş rayonu Aşağı Qəsil kəndində yaşayan X6 03.11.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat məbləğində alimentin hər ay tutulub X5 ödənilməlidir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 32.3, 29, 326.2-ci maddələri ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Vüsalə Qəribova cəza çəkdiyi müddətə onun himayəsində olmuş azyaşlı uşağı X12 atası X8 himayəsinə verilmişdir Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli 2(014)-876/2017 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X3 cavabdeh X13 qarşı uşağın məcburi qaydada alınması tələbi təmin edilmiş, 03.11.2012-ci il tarixdə anadan olmuş X12 anası X3 himayəsində saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, “Borclunun axtarılması haqqında” 28 aprel 2017-ci il tarixli qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2932/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən 11.08.2015-ci il tarixdən başlayaraq Ağdaş rayonu Aşağı Qəsil kəndində yaşayan X6 03.11.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat məbləğində alimentin hər ay tutulub X5 ödənilməsi qət edilmiş qətnamənin icrası ilə əlaqədar borclu X14 haqqında axtarış elan edilmişdir Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, “Uşağın axtarılması haqqında” 10 dekabr 2018-ci il tarixli qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli 2(014)-876/2017 saylı qətanməsi ilə iddiaçı X3 cavabdeh X13 qarşı uşağın məcburi qaydada alınması tələbi təmin edilmiş, 03.11.2012-ci il tarixdə anadan olmuş X4 anası X3 himayəsində saxlanılması qət edilmiş qətnamənin icrası ilə əlaqədar 03.11.2012-ci il tarixdə anadan olmuş X4 haqqında axtarış elan edilmişdir Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər Polis şöbəsinin 28 avqust 2018-ci il tarixli məktubundan görünür ki, X14 qızı 03.11.2012-ci il tarixdə anadan olmuş X12 ilə 13.10.2016-cı il tarixdə qatarla Rusiya Fedarasiyasına keçmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş doğun aktının surətindən görünür ki, X12 03.11.2012-ci il tarixdə X11 şəhərində anadan olmuşdur. İcra haqqında Azərbaycan Respublikası qanunun 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 2.2-ci bəndinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin qanunun 3.1-ci bəndinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci bəndinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra haqqında Azərbaycan Respublikası qanunun 27.1-ci bəndinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin qanunun 27.2-ci bəndinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin qanunun 27.3-ci bəndinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Həmin qanunun 27.4-cü bəndinə əsasən borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 şəhər Məhkəməsinin 2(051)-2932/2015 saylı, 09 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə olan aliment borcunu 22 iyul 2016-cı il tarixədək, yəni Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qəbul edilən günədək tam olaraq ödəmiş və hazırda azyaşlı 03.11.2012-ci il tarixdə anadan olmuş X12 atası X10 himayəsindədir. Buna görə də məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 28 aprel 2017-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ləğv edilməlidir. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli 2(014)-876/2017 saylı qətanməsi ilə iddiaçı X3 cavabdeh X13 qarşı uşağın məcburi qaydada alınması tələbi təmin edilmiş, 03.11.2012-ci il tarixdə anadan olmuş X4 anası X3 himayəsində saxlanılması qət edilmiş qətnamə qanuni qüvvəsini almış, və həmin qətnamə hazırda qüvvədə olduğundan, bundan başqa 03.11.2012-ci il tarixdə anadan olmuş X4 atası X8 himayəsinə verilməsi ilə bağlı “Azərbaycan Respublikası adından” və ya “Rusiya Fedarasiyası adında” qətnamə olmadığından Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 10 dekabr 2018-ci il tarixli “Uşağın axtarılması haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X8 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(014)-311/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar