Məhkəmə qərarları › İş №8(107)-3/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-3/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-3/2023 09.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 saylı icra sənədi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair X2nun ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 nömrəli qərardadından X2nun verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X8 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. 08 dekabr 2022-ci il tarixdə təqdimata baxılaraq, X2nun Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 nömrəli qərardadından X2nun şikayəti 14 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə ödəniləcək məbləğ həddən artıq böyük olduğundan onun tam şəkildə birdəfəlik ödənilməsi mümkün deyil. Onun ayda maksimum 3000 (üç min) manat ödəməyə imkanı var. İşə baxan birinci instansiya məhkəməsi ərizəni təmin etməyərkən Şəki Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 8(075)-220/2022 saylı qərardadına istinad etmişdir. Lakin o həmin qərardaddan icra sənədinin icrasından yayınmaq məqsədi ilə şikayət verməmişdir. Birinci instansiya məhkəməsi həqiqətən də həmin şikayətlə tanış olsaydı onda görərdi ki, üzərinə həbs qoyulmuş əmlakların sadəcə olaraq ½ hissəsi onun və mən həmin əsasla əmlakların üzərinə həbs qoyulmasından şikayət vermişdir. Üzərinə həbs qoyulmuş hər iki əmlakın ½ hissəsi onun mülkiyyəti olmaqla işə baxan məhkəmə onun mülki iş üzrə cavabdeh olmadığı halda onun mülkiyyətində olan əmlaklara həbs qoymaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, bu nikah kontraktında nəzərdə tutulsun. X1 ilə onun arasında belə bir nikah kontraktı yoxdur və ona görə də onun hər hansısa borcuna görə onların ümumi əmlakındakı sadəcə olaraq ona məxsus paya borc tələbi yönləndirilə bilər. Şəki Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 8(075)- 220/2022 saylı qərardadı qanunsuz və əsassız olaraq onunla X3 ümumi mülkiyyətindəki onun da payına həbs qoyulmuş və beləliklə X3 mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də işə baxan birinci instansiya məhkəməsinin həmin qərardada istinad etməklə onun ərizəsini təmin etməməsi tamamilə qanunsuz və əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi onun tərəfindən qərardadda qeyd edilmişdir ki, X8 məhkəmə iclasına gəlməmiş, məhkəməyə izahat verməmiş, borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıb-yekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Lakin bu formal əsasdır. Belə ki, məhkəmə qərardadında özü qeyd etmişdir ki, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-220/2022-ci il tarixli qərardadını əlavə etmişdir. Həmin qərardadın məzmunundan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 məhkəməyə təqdimat verərək, X2na məxsus olan Şəki şəhəri Mikayıl Müşviq küçəsində 0.0218 ha sahibkarlıq məqsədli yaşayış məntəqələri torpağının, ünvan 1 ünvanında, ikinci mərtəbədə yerləşən, 2 otaqlı, 42.80 kv.m ½ hissə payla mənzilin (borcluya aid ½ hissəsi üzərinə), mühərrik həcmi 2979, Universal ban tipli, BMW X-5 model, qara rəndgli, 2014 istehsal, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin əmlaklar üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 10 noyabr 2022-ci il tarixdə təqdimata baxılaraq təqdimatın təmin edilməsi haqqında qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin həmin 10 noyabr 2022ci il tarixli, 8(075)-220/2022 nömrəli qərardadından X2 19 noyabr 2022-ciil tarixdə məhkəməyə daxil olmuş və borclunun verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi məhkəmənin onun əmlak vəziyyətindən məlumatı var və belə olan halda guya onun tərəfindən əmlak vəziyyəti barədə sübut təqdim edilməməsi əsası ilə ərizəsinin təmin edilməməsi tamamilə əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, borclu məhkəmə qətnaməsini icra etməmək üçün vaxtilə qətnamənin icrası məqsədilə üzərinə həbs qoyulmuş əmlakları həbsdən və müəyyən yüklülükdən azad etmək istəməklə qeyd edilən qətnamənin icrasından yayınır. Borclunun hazırki ərizəsi də qeyd edilən qəbildən olan ərizələrdəndir. Lakin birinci instansiya məhkəməsinin bu gəldiyi nəticə tamamilə qərəzli və əsassız nəticədir. Qətnamənin icrasından yayınan şəxs 4-5 ay ərzində 8000 manat ödəniş etmir. Onun həmin məbləğdə ödəniş etməsinin özü işə baxan birinci instasiya məhkəməsinin həmin fikirlərinin əsassız və qərəzli olmasını sübut edir. Birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işə baxan məhkəmə onun mülkiyyətində olan əmlakların olması əsası ilə ərizəsini təmin etməsə də həmin əmlaklara borcun yönəldilməsi, əmlakların qiymətləndirilməsi, hərraca çıxarılması, və.s kimi məcburi icra tədbirlərinin özü də kifayət qədər vaxt aparan prosedurlardır və onun ödəməyi təklif etdiyi məbləğlə qeyd edilən prosedurlarda da qısa bir müddətdə qətnamənin icra edilməsi mümkündür. Ona görə də Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-231/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissəhissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Tələbkar onunla birgə nikahları dövründə inşa etdirdikləri ünvan 2 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 145030 (bir yüz qırx beş min otuz) manat pulun yarısı, yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun X4 alınaraq Tələbkar verilməlidir, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat X4 alınıb Dövlət büdcəsinə Az. MEM, VÖEN **********, X9 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, X8 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıb-yekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Həmçinin Tələbkar da borclunun hazırki ərizəsinə cavab olaraq məhkəməyə etiraz ərizəsi göndərmişdir. Bundan başqa Tələbkar etiraz ərizəsinə Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-220/2022-ci il tarixli qərardadını əlavə etmişdir. Həmin qərardadın məzmunundan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 məhkəməyə təqdimat verərək, X2na məxsus olan Şəki şəhəri Mikayıl Müşviq küçəsində 0.0218 ha sahibkarlıq məqsədli yaşayış məntəqələri torpağının, ünvan 3 ünvanında, ikinci mərtəbədə yerləşən, 2 otaqlı, 42.80 kv.m ½ hissə payla mənzilin (borcluya aid ½ hissəsi üzərinə), mühərrik həcmi 2979, Universal ban tipli, BMW X-5 model, qara rəndgli, 2014 istehsal, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin əmlaklar üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 10 noyabr 2022-ci il tarixdə təqdimata baxılaraq təqdimatın təmin edilməsi haqqında qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin həmin 10 noyabr 2022ci il tarixli, 8(075)-220/2022 nömrəli qərardadından X2 19 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və borclunun verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi borclu məhkəmə qətnaməsini icra etməmək üçün vaxtilə qətnamənin icrası məqsədilə üzərinə həbs qoyulmuş əmlakları həbsdən və müəyyən yüklülükdən azad etmək istəməklə qeyd edilən qətnamənin icrasından yayınır. Borclunun hazırki ərizəsi də qeyd edilən qəbildən olan ərizələrdəndir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 8(075)-231/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar