Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-30/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli8(035)-07/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov təqdimatla məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən icra məmuru Ziya Məmmədov təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 271/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 28805 ABŞ dolları 88 sent və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın sürəti bildirişlə birlikdə borclunun icra vərəqəsində göstərilmiş ünvanına göndərilmişdir. Borclu bu günə kimi Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Borclunun maddi, əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə aidiyyatı dövlət orqanlarına və təşkilatlara verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlaklar, bank hesabları və digər gəlirləri mövcud deyildir. Hesab edir ki, əlavə icra tədbiri kimi icra sənədi tam icra olunanadək Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, Ukrayna Respublikasının Donetsk şəhərində sahibkarlıqla məşğul olur. Ona görə də ilin çox vaxtını orada yaşayır. Sözügedən qətnaməni həmin səbəbdən vaxtında deyil, gec almışdır. Buna baxmayaraq apellyasiya şikayəti vermişdir. Hazırda Donetsk şəhərinə getmək istəyir. Ona görə də məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(035)-07/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququ icra vərəqəsi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan iş üzrə Borclu şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 8(035)-07/2020 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş vəonunşikayətiişlə birlikdə baxılmasıüçünŞəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Tələbkar ona və oğlu X2 qarşı"pul tələbinə dair" iddiası qismən-ona münasibətdə təmin edilmiş, 28805 ABŞ dolları 88 sent və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Borclunun maddi və əmlak vəziyyətinin, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına və təşkilatlara verilmiş sorğular nəticəsində borclu kimi tələbin yönəldilə biləcəyi hər hansı əmlaklar, bank hesabları, digər gəlirlərinin mövcudluğu müəyyən edilməmişdir. Bildirirəm ki, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, lakin iş üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxılmışdır. O, məhkəmə qətnaməsi barədə yalnız Zərdab Rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarından xəbər tutumuş, qətnamənin surətinin verilməsinə dair Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. 1477 saylı xx xxxxxx 2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, qətnamənin surəti poçt qəbzinə imza etdirilməklə ona verilmişdir. Bildirir ki, o, qətnamənin surətini almamış, hazırkı şikayəti qətnamənin Zərdab Rayon İcra və Probasiya şöbəsindən əldə ediyi kserosurət əsasında yazmışdır. Göstərilən tarixdə qətnamənin surətinin ona verilməsi mümkünsüzdür, çünki o, ailə vəziyyətilə əlaqədar Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Pasportundakı qeydlər bunu təsdiq edir. Onun daimi yaşayış yeri tanınmamış “Donetsk Xalq Respublikası”dır. Həmin ərazi hazırda münaqişə zonasıdır və daimi silahlı konfliktə görə ev və əmlakını üzün müddətə qoyub gələ bilmir. Apellyasiya şikayəti üzrə hələlik yekun qətnamə, qüvvəyə minmiş hər hansı yekun məhkəmə aktı yoxdur. Belə vəziyyətdə qanuni qüvvəyə minməmiş məhkəmə aktının icraya yönəldilməsi, icra vərəqinin icrasının təmini üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulması qadağandır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Tələbkar və Borclu məhkəmə iclasına gəlməmişlər, Zərdab Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə Tələbkar, Borclu və Zərdab Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(035)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tаrixli 8(035)-07/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinin sürətindən görünür ki, Borclu 28.805 ABŞ dolları 88 sent və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq Tələbkar verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi əsasında Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən icra işi başlanılmışdır. Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən Borclu göndərilmiş tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borcluya Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə icra edilməsi barədə xəbərdarlıq edilmişdir. İcra işinin materiallarından görünür ki, Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Məmmədov tərəfindən borclunun maddi, əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə aidiyyatı dövlət orqanlarına və təşkilatlara sorğular verilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının, bank hesabının və digər gəlirlərinin mövcud olması aşkar edilməmişdir. İşdən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-271/2019 saylı xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən Borclu 28805 ABŞ dolları 88 sent və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi Zərdab Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın sürəti bildirişlə birlikdə borclunun icra vərəqəsində göstərilmiş ünvanına göndərilmişdir. Borclu bu günə kimi Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-271/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Zərdab Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun maddi, əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə aidiyyatı dövlət orqanlarına və təşkilatlara verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlaklar, bank hesabları və digər gəlirlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi icra məmurunu və borclunu dinləyib, təqdimatı və icra işinin materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlarının əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Kollegiyaya görə, borclunun şikayəti formal əsaslandırılmışdır. O cümlədən, şikayətdə qeyd edilən “Donetsk Xalq Respublikası” adında qurum mövcud deyildir, həmin ərazi beynəlxalq hüquqa uyğun olaraq Ukrayna Respublikasının tərkib hissəsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, bоrclu Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(035)-07/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(035)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tаrixli 8(035)-07/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Borcluşikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-30/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-30/2020
14.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver