Məhkəmə qərarları › İş №8(107)-30/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-30/2024

24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-30/2024 24.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-91/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu mülkiyyətində olan “VAZ 21214” minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: Həbsin qoyulması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21214” minik markalı, rəngi tünd göy olan ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 91/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 3097.25 manat alınaraq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq,surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun mülkiyyətində “VAZ 21214” minik markalı, rəngi tünd göy olan ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq borclu icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21214” minik markalı, rəngi tünd göy olan ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu adına qeydə alınmış “VAZ 21214” minik markalı, rəngi tünd göy ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət vermiş, İsmayıllı Rayon Məhkəməsinin 8(037)- 55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı ilə, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 43.1, 43.1.1, 44.1, 44.1.3, 45.1, 45.6, 45.7, 50.2, 50.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin e-2 (037)- 91/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində Tələbkar ASC-nə ümumilikdə 3097.25 manat borc məbləği göstərilsə də “Turbo.az” avtomobil satış saytından götürülmüş məlumatlarda “LADA-NİVA 21214” minik markalı, buraxılış ili 2015 olan avtomaşının bazar qiymətinin 11.500-11.700 manat, təşkil etdiyi göstərilmişdir. Nəzərə almaq lazımdır ki, Tələbkar ASC-nə ümumilikdə 3097.25 manat borc məbləğin əvəzinə 11.500-11.700 manat, məbləğdə olan avtomabilin üzərinə həbs qoyulması qanuna ziddir. Hesab edir ki, borclu olduğu icra sənədi üzrə ümümilikdə 3097.25 manat təşkil etdiyindən, borcun icrası məqsədi ilə ona məxsus 11.500-11.700 manat dəyərində olan avtomabilin üzərinə həbs qoyulması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də məhkəmə tərəfindən mülkiyyətində olan VAZ-21214 markalı 90 SP-151 dövlət qeydiyyat nömrəli minik avtomobilinin üzərindən həbsin götürülməsini məqsədəmüvafiq hesab edir. Odur ki, İsmayıllı rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 8(037)-55/2024 saylı qərardadı ləğv edilməsi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti qarşı etirazın dəlilləri Tələbkar QSC şikayətə qarşı yazılı etirazında şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq «İcra haqqında» Azərbaycan Respublikası Qanunu; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-91/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədindən məlum olmuşdur ki, Borclu 2537,25 manat məbləğində vurulmuş ziyan, 500 manat audit hesabatının aparılması üçün xərc və 60 manat mediasiya xərci olmaqla, cəmi 3097,25 manat pul tutularaq iddiaçı Tələbkar QSC-nə ödənilməlidir. Eyni zamanda iş materiallarında olan elektron sorğu məlumatları ilə müəyyən olunur ki, “VAZ 21214” minik markalı, rəngi tünd göy olan ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu məxsusdur. Göründüyü kimi İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-91/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbin icrasını təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “VAZ 21214” minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra Şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Eyni zamanda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi 3097.25 manat borc məbləğinin əvəzinə 11.500-11.700 manat məbləğdə olan avtomabilin üzərinə həbs qoyulmasının qanuna zidd olması, onun mülkiyyət hüququnun pozulması ilə nəticələnməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, borclu tərəfindən icra sənədi üzrə borcunun ödənilməməsi işin mübahisəsiz halıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Kollegiya qeyd edir ki, məcburi icra tədbirlərinin tətbiqi icra sənədi üzrə tələbin könüllü müddət ərzində icra edilməməsindən qaynaqlandığından, borclu tərəfindən isə tələbin könüllü olaraq icrası təmin edilmədiyindən, həmçinin borclu tərəfindən tələbin birinci növbədə “VAZ 21214” minik markalı, rəngi tünd göy olan ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşına deyil, digər bir əmlaka yönəldilməsinin təklif edilməsi halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını təmin etməkdə doğru mövqedən çıxış etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-55/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar