Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-31/2020 29.04.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Məhkəmə əmrinin icrasına möhlət verilməsindən imtina edilməsi barədə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(063)-5/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(063)-437/2015 saylı məhkəmə əmrinə əsasən Borclu 1999.23 manat əsas, 134.73 manat faiz və 1.56 manat cərimə borcu olmaqla, cəmi 2135.52 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb kreditor “xxxx” KB ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(063)-437/2015 nömrəli məhkəmə əmrinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(063)-5/2020 saylı qərardadı ilə (hakim Hilal Xəlilov) məhkəmə əmrinin icrasına möhlət verilməsi barədə Borclu ərizəsi təmin edilməmişdir. Borclu Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(063)-5/2020 saylı qərardadından şikayət vermişdir. Şikayətini belə əsaslandırmışdır ki, kredit borcunu ödəməkdən qəsdən boyun qaçırmamış və yarısından çox hissəsini ödəmiş, hazırda borcu 650 manat qalmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin Fərmanından sonra ona kompensasiya ödənilmiş və mərkəzi kredit reyestrində kreditora olan borcu bağlanmışdır, lakin bank borcunun qaldığını iddia edir. Bu məsələnin araşdırılması üçün Mərkəzi Banka və digər orqanlara müraciət etmiş və hal-hazırda araşdırma aparılır. Bank sistemdə səhv etmiş və buna görə ondan artıq pul ödəməyi tələb edir. O, kirayədə yaşayır, 3 övladı var, maddi vəziyyəti imkan vermir ki, artıq pul ödəsin. Məsələ tam araşdırılana kimi məhkəmə əmrinin icrasına möhlət verilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(063)-5/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tələbkar “xxxx” KB ASC-nin nümayəndəsi və Borclu işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 8(063)-5/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusuya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə əmri xx xxx 2015-ci ildə qəbul edilmişdir, borclu məhkəmə əmrinin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə əmrinin icra ediləcəyi halda onun üçün real çətinlik törədən və onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, habelə qeyd olunanlar tələbkarın da mənafelərinə uyğun deyildir, buna görə də ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(063)-5/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(063)-5/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(107)-31/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-31/2020
29.04.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver