Məhkəmə qərarları › İş №8(107)-31/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-31/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-31/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və Borclu iştirakı ilə Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8 (075)-87/2021 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8 (075)-87/2021 nömrəli qərardadına əsasən (hakim E.Mehdiyev) təqdimatın təmin edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8 (075)-87/2021 nömrəli qərardadından 19 mart 2021-ci il tarixdə Borclu şikayət ərizəsi məhkəməyə daxil olmuşdur.. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun qanunsuz hərəkətləri nəticəsində mənim Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməyim barədə qərardad çıxarılmışdır. Həmin qərardad qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(107)-54/2019 saylı, 13.06.2019-cu il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-3663/2017 saylı, 28 iyul 2017-ci il tarixli icra sənədi üzrə 19780,30 manat borc hər ay 1000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmışdır. Yəni, tələbkara ödəməli olduğum borc ödənilir və mənim Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməyim barədə heç bir əsas qalmır. Tələbkarın həmin borcun ödənilməməsi barədə iş materiallarında heç bir şikayəti ola bilməz. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 8(075)-87/2021 saylı, 03.03.2021-ci il tarixli qərardadının ləğv edilərək təqdimatın təmin edilməməsini, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 onun və məhkəmənin əsassız yerə vaxtını aldığına görə barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 8(075)-87/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək bildirmişdir ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç vaxt mövcud borcunu ödəməkdən yayınmamışdır. Sadəcə ailə vəziyyətinə və maddi durumuna görə bir müddət ödəniş edə bilməmişdir. İcra məmuru ona qarşı qərəzli davranır. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunun izahatını iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafıq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun şikayətində göstərdiyi dəlillər əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, iş materialları ilə təsdiq olunur ki, Şəki Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(075)-3663/2017- 003 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu 19780.3 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə odənilməlidir. İcra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı borcluya rəsmi xəbərdarlıqlar göndərilmişdir. Lakin Borclu icra məmurunun rəsmi çağırışlarına gəlməmişdir. Nəticədə icra sənədi icra edilməmiş qalmışdır Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8 (075)-87/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 8 (075)-87/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar