Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-32/2022 15.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin 2(019)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin əmlakı üzərinə həbs qoyulması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun təqdimatına dair material üzrə (Açar sözlər: əmlakın üzərinə həbs qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin əmlakı üzərinə həbs qoyulması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun təqdimatının təmin edilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)- 47/2022 saylı qərardadından Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədov Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinə məxsus olan “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzindən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018ci illər yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248 manat alınıb, tələbkar X1 verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraya yönəldilmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı ilə təqdimat təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzi həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı qismən - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı və “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin hhissədə yeni qərardad qəbul edilməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun təqdimatı həmin hissədə təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı mübahisələndirilən qalan hissədə - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Balakən Rayon Məhkəməsinin 2(019)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzindən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018-ci illər yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248 manat alınıb, iddiaçı X1 verilməlidir. Təqdimata əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarının təsdiq olunmuş surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icraata başlanılması, icra 10 (on) gün müddətində könüllü təmin edilmədikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin adına “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillər qeydə alınmışdır. Birinci instansiya məhkəməsi təqdimatın tam təmin edilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icra məmuru tərəfindən görülən qanuni tədbirlərə baxmayaraq, borclu icra sənədi üzrə borcunu üzrsüz səbəbdən indiyədək icra etməmişdir. Məhkəmə araşdırılmasında həmçinin müəyyən edilmişdir ki, borclunun nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə ödəniş üçün vaxt verilməsini xahiş etsə də, indiyədək borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Eyni zamanda təqdimatda qeyd olunan borcluya məxsus əmlakların icra sənədi üzrə ödənilməli olan pul məbləğinə mütənasibliyi məsələsi ilə bağlı qeyd etmişdir ki, təqdimata baxılan zaman borclu X4 Təsərrüfatı Mərkəzinə məxsus avtomobillər qiymətləndirilməmişdir. O cümlədən icra sənədinin icrası ilə bağlı üzərinə həbs qoyulmuş əmlakların gələcəkdə qiymətləndirilərək, satılması yolu ilə tələbkara borc həcmində ödəniləcəkdir. Odur ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldiləcəyini nəzərə alaraq hesab edirəm ki, həmin əmlakların hər birinin üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbsin qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Həmin Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nəğd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində müəyyən edilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir Həmin Qanununun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları ümumilikdə düzgün müəyyən edilməmişdir. Qərardadın qismən ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə istinad etsə də, gəldiyi nəticə həmin maddənin tələbinə uyğun deyil. Belə ki, hazırki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-13/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən də görünür ki, cavabdeh Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzindən 2248 manat alınıb iddiaçı X1 verilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, 2248 manat pulun ödənilməsi üçün 2 ədəd yük, 2 ədəd minik avtomobili olmaqla, 4 ədəd avtomobilə həbs qoyulması ağlabatan deyildir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı iki ədəd minik avtomobillərinin üzərinə həbs qoyulması hazırki iş üzrə borcun ödənilməsi üçün yetərlidir. Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzi şikayətini belə əsaslandırmışdır ki, “Nəqliyyat vasitələri və texnikaların balansdan-balansa verilməsi haqqında” Borclu xx.xx.2020- ci il tarixli 444/ü nömrəli əmrinin 1-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının balansındakı bu Əmrin 1 nömrəli əlavəsində göstərilən nəqliyyat vasitələri və texnikalar əvəzsiz olaraq Şəhərlərarası Nəqliyyat və X3 İdarəsinin balansına verilmişdir. Məhkəmə kolelgiyası Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin qeyd edilən arqumenti ilə bağlı qeyd edir ki, borclu təşkilat qeyd etdiyi halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı qismən - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı və “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli, həmin hhissədə yeni qərardad qəbul edilməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun təqdimatı həmin hissədə təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı mübahisələndirilən qalan hissədə - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzi şikayət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı qismən - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “QAZ 53A” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı və “KAMAZ 5511” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərardad qəbul edilsin. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun təqdimatı həmin hissədə təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 8(033)-47/2022 saylı qərardadı mübahisələndirilən qalan hissədə - Borclu Meşələrin İnkişafı Departamenti X4 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan “VAZ 21214” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “UAZ 31512” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-32/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-32/2022
15.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver