Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-33/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(025)-21/2020 nömrəli qərardadından Borclu3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Həmidli borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət edərək, borclular Borclu2 və Borclu1 məxsus olan və Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.54 ha və 0.36 ha torpaq sahələrinə və Borclu3 mülkiyyətində olan Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahəsinə, Qəbələ şəhərində yerləşən 0.16 ha torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi| torpaq sahəsi istisna olmaqla qalan hissəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-27/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu2, Borclu1 və Borclu3 13201.03 ABŞ dollar və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" X13 X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Borclu2, Borclu1’ oğlu və Borclu3 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və dərhal “icraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrasını nəzərdə tutan bildirişlə birlikdə borcluya göndərilməsi təmin edilmiş, lakin borclu tərəfindən bu günədək icra sənədinin icrası heç bir üzürlü səbəb olmadan tam təmin edilməmişdir. Dəfələrlə borcluya qeyd olunan məhkəmə qərarının icrasının təmin edilməsinin vacibliyi bildirilməklə rəsmi xəbərdarlıqlar edilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem və kağız vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sisteminə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı Ərazi idarəsindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu2 və Borclu1 ümumi birgə mülkiyyət hüququ ilə 3 nəfər ailə üzvüləri ilə birlikdə mülkiyyətdə olan Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.54 ha və 0.36 ha həyətyanı, 0.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri, Borclu3 mülkiyyətində olan və Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahələri, habelə Qəbələ şəhərində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 saylı qərarına əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı təstiq edilmişdir. Həmin siyahının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə), 3-cü bəndinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, borclular Borclu2 və Borclu1a məxsus olan və Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və Borclu3 mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması mümkün olmur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 saylı qərarının təsir dairəsinə düşür. Lakin Qəbələ Rayon Məhkəməsinin 2(025)-27/2018 nömrəli, xx.xx.2019- cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu2 və Borclu1 məxsus olan və Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.54 ha və 0.36 ha torpaq sahələrinə və Borclu3 mülkiyyətində olan Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahəsinə, Qəbələ şəhərində yerləşən 0.16 ha torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinə həbsin qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il | tarixli 89 saylı qərarının tələblərini pozmur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Həmidli təqdimatın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Borclu2 təqdimatın təmin edilməməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2020-ci il tаrixli 8(025)-21/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-27/2018 saylı xx xxxxx 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu2 və Borclu1 məxsus olan və Qəbələ rayonu Aydınqışlaq kəndində yerləşən 0.54 ha və 0.36 ha torpaq sahələrinə və Borclu3 mülkiyyətində olan Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahələrinə, Qəbələ şəhərində yerləşən 0.16 ha torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Borclu3 şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(025)-21/2020 nömrəli qərardadı ilə Borclu3 şikayəti təmin edilməmiş və şikayətmülki işlə birlikdə baxılmasıüçünŞəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli, təqdimatın təmin edilməməsinə dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qərardadda göstərildiyinə görə məhkəmə iclasında Borclu2 Dusrsun oğlu işləyə bilmədiyinə görə borcu ödəyə bilmədiyini, borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Bildirir ki, Qəbələ Rayon Məhkəməsinin 8(025)-21/2020 saylı mülki iş üzrə qətnaməsindən də göründüyü kimi kredit müqaviləsi üzrə borcu borclu X5 götürmüş, lakin ödəməmişdir. Qəbələ Rayon İcra Şöbəsinin rəisi İlyas Babayev və eləcə də İcra Şöbəsi Azərbaycan Respubilikası Ali Məhkəməsinin 2(102)-7059/2017 saylı mülki iş üzrə qətnaməsinin icrası üçün yetərli tədbirlər görməmiş, Borclu2 əmlakının müəyyən edilməsi, üzərinə həbs qoyulması, icranın onun əmlakına və digər gəlirlərinə yönəldilməsi üçün tədbirlər görməmiş, borcun yarıdan çoxunun tərəfindən ödənildiyini, yeganə qazanc yeri olan Qəbələ rayonu Kicik Pirəli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahəsinə Qəbələ şəhərində yerləşən 0.16 ha torpaq sahəsinin fərdi yaşayış evinin torpaq sahəsi üzərinə həbs qoymuşdur. Zaminlik müqaviləsindən ziyan çəkməsi, Borclu2 borclarını ödəmək üçün kredit götürməsi, kredit müqaviləsi üzrə faizlər ödədiyi də məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə mülkiyyət hüquqlarını pozan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Borclu2, Borclu1 və Borclu3 məhkəmə iclasına gəlməmişlər, Qəbələ Rayon İcra və Probasiya Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(025)-21/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 8(025)-21/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 2(025)- 27/2018 saylı icra sənədinə əsasən Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada 9697,03 (doqquz min altı yüz doxsan yeddi dollar üç sent) ABŞ dolları əsas borc, 3454.00 (üç min dörd yüz əlli dörd) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dollar cərimə borcu olmaqla, cəmi 13201.03 ABŞ dolları və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" X13 X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. JN-671 (Kod: 40608038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon DNK-nun xx xxxx 2006-cı il tarixli 973 nömrəli qərarına əsasən, Borclu1, X2, Borclu2, X7 və X1 ümumi birgə mülkiyyətinə 0,49 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-341A (Kod: 40608038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, Borclu1, X2, Borclu2, X7 və X1 ümumi birgə mülkiyyətinə 0,16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. JN-341F (Kod: 40608038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, Borclu1, X2, Borclu2, X7 və X1 ümumi birgə mülkiyyətinə 0,54 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Kiçik Pirəli kəndində yerləşən 0.16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində Borclu3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli kitabının 60 nömrəli vərəqində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Kiçik Pirəli kəndində yerləşən 0.1 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi üzərində Borclu3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli kitabının 83 nömrəli vərəqində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhərində 0.16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Borclu3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli kitabının 39 nömrəli vərəqində qeydiyyatdan keçirilmişdir. İşin faktiki hallarından görünür ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 2(025)-27/2018 saylı icra sənədinə əsasən Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada 9697,03 (doqquz min altı yüz doxsan yeddi dollar üç sent) ABŞ dolları əsas borc, 3454.00 (üç min dörd yüz əlli dörd) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dollar cərimə borcu olmaqla, cəmi 13201.03 ABŞ dolları və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" X13 X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Borclulara könüllü icra üçün müddət verilməsinə baxmayaraq, onlar borcun ödənilməsini təmin etməmişdir. Qərarın icrası məqsədilə borcluların əmlaklarının axtarışı həyata keçirilmiş, “Elektron icra” informasiya sisteminə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı Ərazi idarəsindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu2 və Borclu1 ümumi birgə mülkiyyət hüququ ilə 3 nəfər ailə üzvüləri ilə birlikdə mülkiyyətdə olan Qəbələ rayon, Aydınqışlaq kəndində yerləşən 0.54 ha və 0.36 ha həyətyanı, 0.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri, Borclu3m mülkiyyətində Qəbələ rayonu Kiçik Pirəlli kəndində yerləşən 0.16 və 0.1 ha həyətyanı torpaq sahələri və Qəbələ şəhərində yerləşən fərdi yaşayış evi və 0.16 ha torpaq sahəsi müəyyən edilmişdir. Ona görə də həmin əmlakların üzərinə həbs qoyulması barədə Qəbələ Rаyоn İcrа və Probasiya Şöbəsi hazırkı təqdimatla Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. 43.1-ci maddəsinə görə, məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. 44.1-ci maddəsinə görə, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. 50.1-50.2-ci maddələrinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. X10 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidli tərəfindən verilmiş borclular Borclu2, Borclu1 və Borclu3 məxsus əmlakın üzərinə həbs qoyulması barəsində təqdimat üzrə Qəbələ Rayon Məhkəməsinin 8(025)21/2020 saylı, 12fevral 2020-ci il tarixli qərardadı Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğundur və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyildir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(025)-21/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 8(025)-21/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 8(025)-21/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 8(025)-21/2020 qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu3 şikаyəti təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-33/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-33/2020
14.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver