Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-33/2022 16.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, X2, X9, X5 və X6 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elşad Cabbarovun 21 dekabr 2021-ci il tarixli qərarından verilmiş şikаyət ərizəsi üzrə çıxаrılmış Yevlax Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı “ərizənin təmin edilməsi hаqqındа” qərаrdаdındаn X1 və X18 оğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Cavahir Əsədova, Əsəd Əsədov, Kamil Əsədov və X19 rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarından Yevlax Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilib, icra tədbirlərinin davam etdirilməsi üçün həmin icra sənədini Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(039)-311/2019 saylı qətnaməsi ilə cavabdehlər X13 və X10 iddiaçı X7 icarəsində və istifadəsində olan, Yevlax rayonu Malbinəsi kəndində camış ferması deyilən yerdə yerləşən, 8.50 ha torpaq sahəsinin 2 hektar ərazisindən və onun istifadəsində olan ferma və çoban evindən çıxarılmalıdırlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi icra məmuru Elşad Cabbarovun icraatında olsa da, xeyli müddət keçməsinə baxmayaraq icra edilməmişdir. İcra sənədi üzrə tələbkar X14 08 dekabr 2020-ci il tarixdə vəfat etdikdən sonra icra məmuru Elşad cabbarov qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəfat etmiş tərəfi onlar vərəsələri ilə əvəz etmədən icra sənədininicraatında xitam verilməsi haqqında 21 dekabr 2021-ci il tarixli əsassız qərar qəbul etmişdir. Həmin qərarın surətini 22 aprel 2022-ci il tarixdə almışlar. Onlar mərhum X7 qanuni vərəsələri olaraq həmin qərarı qanunsuz hesab edirlər. Ona görə də, şikayətlərinin təmin edilməsini, icra məmuru Elşad cabbarovun icra sənədi zrə icraata xitam verilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərarını ləğv edib icra hərəkətlərinin davam etdirilməsi üçün qətnamə üzrə icra vərəqəsini yenidən icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişlər. Birinci intansiya məhkəməsinin iclasında Cavahir Əsədova, Əsəd Əsədov və Kamil Əsədov şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Birinci intansiya məhkəməsinin iclasında borclu X10 izahat verərək bildirmişdir ki, onlar Kəlbəcər rayonundan məcburi köçkün kimi uzun illərdir ki, mübahisəli ərazidə məskunlaşıb yaşayırlar. Azad olunmuş torpaqlara qayıdana kimi onlara həmin ərazidə yaşamağa möhlət verilməlidir. Ona görə də, şikayətin təmin edilməməsini və böyük icra məmuru, İ dərəcəli ədliyyə qullusçusu Elşad Cabbarov tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birinci intansiya məhkəməsinin iclasında borclu X13 izahatında borclu Təhməz Verdiyevin izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Yevlax Rаyоn Məhkəməsinin (hakim Toğrul Əliyev) 14 iyun 2022-ci il tаrixli, 8(039)- 69/2022 saylı qərardadı ilə X2, X9, X5 və X6 şikayəti təmin edilərək Yevlax Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(039)-311/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 21 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi üçün həmin icra sənədi yenidən Yevlax Rayon İcra və Probasiya Şöbəsinə qaytarılması qərara alınmışdır. X1 və X18 оğlu Yevlax Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı qərardadından şikayət vermişlər. Yevlax Rаyоn Məhkəməsinin 13 iyul 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar xx.xx.2020-ci il tarixdə öldüyündən Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 №-li, 16 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materialında olan 22 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, 08 dekabr 2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri X3, X15 və X11r. Bundan başqa icra işindən də müəyyən olunur ki, böyük icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi üçün müvafiq tədbirlər görülməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5 maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquqi varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, icra məmuru qanunun sözü gedən normasının tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclular tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Yevlax Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 və X18 оğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rаyоn Məhkəməsinin 14 iyun 2022-ci il tаrixli, 8(039)-69/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8(107)-33/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-33/2022
16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver