Məhkəmə qərarları › İş №8(107)-33/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-33/2024

18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-33/2024 18.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X12 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(037)-66 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-239 saylı 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 cəmi 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən 20 may 2014-cü il tarixdə icraata başlanılmışdır. Məhkəmə əmrinin icra olunması tədbiri kimi İsmayıllı rayon İcra Qrupu tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması və üzərinə həbs qoyulmuş əmlakın ixtisaslaşdırılmış hərrac mərkəzi vastəsi ilə satılaraq əldə olunmuş vəsaitin borc əvəzinə təyinatı üzrə köçürülməsi haqqında məhkəməyə təqdimat verilmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra qrupundan daxil olmuş 18 iyul 2014-cü il tarixli 291/2014 №-li təqdimat məhkəmənin 31 iyul 2014-cü il tarixli qərardadı ilə qismən təmin edilərək borclu X8 adına ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. X4 torpağın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 18 Oktyabr 2007-ci ildə ARNKDƏDRX Qəbələ rayon ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2548 nömrəli arayışa və DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 6105 nömrə ilə xx.xx.2003-cü il tarixində JN 103F Kod 40727018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsini almışlar. Lakin müqavilə daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınmamışdır.. Adlarına keçirmək üçün müraciət etdikdə torpaq sahəsinin X9 ödənilməyən kredit borcuna görə 8(037)-151/2014 nömrəli qərardada əsasən İsmayıllı rayon məhkəməsi tərəfindən həbs qoyulduğunu öyrənmişlər. Hal-hazırda sözü gedən torpaq sahəsini sənədləşdirmək istəyirlər. Ona görə də torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(037)-66 nömrəli qərardadına əsasən məhkəmənin İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 8(037)-151 nömrəli qərardadı ilə torpağın üzərinə qoyulmuş həbsin götürülməsinə dair X10 ərizəsi təmin olunmamışdır. Bəxtiyar Rüstəmov qərardadı 14 iyun 2024-cü il tarixdə almış və 17 iyun 2024-cü il tarixdə elektron qaydada şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2007-ci ildə ARNKDƏDRX Qəbələ rayon ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 2548 nömrəli arayışa və DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 6105 nömrə ilə xx.xx.2003-cü il tarixində JN 103F Kod 40727018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsini almışlar. Sənədləri üzürlü səbəbdən adlarına keçirdə bilməmişlər. Adlarına keçirmək üçün müraciət etdikdə torpaq sahəsinin X9 ödənilməyən kredit borcuna görə 8(037)-151/2014 nömrəli qərardada əsasən İsmayıllı rayon məhkəməsi tərəfindən həbs qoyulduğunu öyrənmişlər. Hal-hazırda sözü gedən torpaq sahəsini sənədləşdirmək istəyirlər. Buna görə məhkəməyə ərizə vermişdir. Lakin ərizəsinə baxılaraq rədd edilmişdir. Ona görə də göstərilən qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 8(037)-66 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(037)-66 saylı qərardadı ləğv edilməli, X2 ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə borclu X8 ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan İsmayıllı rayonunun Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsi 18 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. X20 Rüstəmovun vərəsəsi kimi ərizə verərək həmin torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş edir. Lakin məhkəmənin 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməmiş, icra sənədi hal-hazıra kimi tam şəkildə icra olunmamış və icra işi üzrə icraata xitam verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc məbləği tam şəkildə ödənilmədiyindən və borcun ödənilməsinin təmin olunması məqsədi ilə X8 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bəxtiyar Rüstəmovun ərizəsi təmin edilməməlidir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yanlış mövqedən çıxış edərək gəldiyi nəticə ilə səhvə yol vermişdir. Kollegiya qeyd edir ki, X8 ailə üzvləri ilə birlikdə mülkiyyətlərində olan İsmayıllı rayonunun Topçu kəndində yerləşən 0,11636 ha torpaq sahəsi 18 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin sözü gedən torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-239 saylı 08 may 2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu X5 cəmi 210,96 (iki yüz on manat doxsan altı qəpik) manat və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İsmayıllı rayon İcra Qrupu tərəfindən 20 may 2014-cü il tarixdə icraata başlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə borclu X8 adına ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş torpaq hərraca çıxarılsa da satılmamışdır. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi 2007-ci il tarixdə bağlansada İsmayıllı rayonu Topçu kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs 2014-cü il tarixdə qoyulmuşdur. Yəni alqı-satqı müqaviləsi bağlandıqdan 7 il sonra. Göründüyü kimi X2 yuxarıda qeyd edilən torpaq sahəsində gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, X2 şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(037)- 66 saylı qərardadı ləğv edilməli, “X3 məxsus İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha həyətyanı torpaq sahəsinin üzərinə kimi İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi haqqında” X2 ərizəsi təmin edilməli, İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha həyətyanı torpaq sahəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 8(037)-66 saylı qərardadı ləğv edilsin. X2 ərizəsi təmin edilsin. X3 məxsus İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,11636 ha həyətyanı torpaq sahəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar