Məhkəmə qərarları › İş №8(107)-33/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-33/2025

13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-33/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar ASC-nin Borclu məcburi gətirilməsi barədə təqdimatı ilə bağlı iş üzrə (Açar sözlər: məcburi gətirilmə, ləğv, yenidən araşdırma) X7 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X5 Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(014)-1843/2022-002 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına dair Ağdaş Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(014)- 106/2025 nömrəli qərardadından Tələbkar ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(014)-1843/2022-002 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(014)-106/2025 nömrəli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X5 Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(014)-1843/2022-002 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 həmin qərardaddan şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 8(014)-106/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 30 noyabr 2022ci il tarixli, 2(014)-1843/2022-002 saylı icra sənədinə əsasən Borclu 3803.19 manat məbləğində pul vəsaiti və 58 manat dövlət rüsumu tutularaq tələbkar-nin xeyrinə ödənilməlidir. İcra sənədi 06 fevral 2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çox saylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tələbin könüllü icrası barədə bildirişin borclu X2 çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən 27 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar 31 yanvar 2025-ci il tarixdə imzalansa da, həmin qərardan 10 gün müddətində məhkəməyə şikayət verilməsi müddəti gözlənilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialından göründüyü kimi icra işi Ağdaş rayon İcra və Probasiya Şöbəsindən tələb edilməmiş və icra işi olmadan yekun məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarını tələbin könüllü icrası barədə bildirişin borclu X2 çatdırılmasını təsdiq edən sənədin iş materiallarına əlavə edilməməsi və borclunun məcburi gətirilməsi barədə qərarından məhkəməyə şikayət verilməsi müddətinin gözlənilməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası hesab edir ki, icra işi tələb edilərək müvafiq ararşdırılma aparılmadan tələbin könüllü icrası barədə bildirişin borclu X2 çatdırılıb-çatdırılmamasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin tələbkərın nümayəndəsi vermiş olduğu şikayətində Ağdaş Rayon Məhkəməsinin 2(014)-1843/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin 3 ilə yaxın müddətdə icra edilmədiyini, Borclu icra orqanının çağırışlarına gəlmədiyini, borcu ödəməkdən imtina etdiyini qeyd etmişdir. Həmin bu xüsusatı da icra işini tələb etmədən müəyyən etmək mümkün deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(014)-106/2025 nömrəli qərardadı ləğv edilməli, iş materialları borclunun məcburi gətirilməsinə dair təqdimata icra işi ilə birlikdə baxılmaqla araşdırılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Tələbkar ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(014)-106/2025 nömrəli qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar