Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-34/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İcra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-11/2020 saylı qərardadından Borclu nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Tələbkar Şəfi qızının cavabdeh Borclu qarşı 80.000 (səksən min) manat pul tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)- 23/2012 nömrəli qətnaməsinə ilə iddia təmin edilərək Borclu 80.000 (səksən min) manat borc məbləği, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu - cəmi 80.020 (səksən min iyirmi) manat alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu məhkəmə qərarının vaxtında icra edilməsini təmin etməmişdir. Borcluya məxsus olan, tələbin yönəldilə biləcəyi pul vəsaiti, digər qiymətli əşyalar və ya əmlaklar aşkar edilməmiş, lakin Borclu adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alındığı aşkar olunmuşdur. Eyni zamanda, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi də Borclu və digər 3 nəfər ailə üzvünün adına qeydiyyata alınmışdır. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)- 35/2020 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Borclulə onun arvadı X2 birgə nikahı dövründə əldə olunmuş əmlak olması müəyyən olunmaqla, həmin fərdi yaşayış evində Borclu və arvadı X2 hər birinin ½ hissədən ibarət payı müəyyən edilmişdir. Həmçinin, həmin qətnaməyə əsasən 0,06 hektar həyətyanı torpaq sahəsində Borclu və digər 3 nəfər ailə üzvünün hər birinin ¼ hissədən ibarət payı müəyyən edilmişdir. Fərdi yaşayış evinin ½ hissəsi, həyətyanı torpaq sahəsinin isə ¼ hissəsi, yəni 0,015 hektardan ibarət həyətyanı torpaq sahəsi Borclu xüsusi mülkiyyətindədir. Borclu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yanaşı, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Dağıstan Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadına əsasən Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2 (054) - 23 / 2012 nömrəli qətnaməsi Rusiya Federasiyası ərazisində tanınmış və icraya yönəldilməsi qərara alınmışdır. Tələbkar Dünyamalıyeva X10 rayon İcra və Probasiya Şöbəsinə Borclu arvadı X2 adına X3 Muxtar Respublikasının Dərbənd şəhərində yerləşən mənzilin olması barədə müvafiq sənədlər təqdim etmişdir. Borclu onun barəsində olan icra sənədinin icrasından yayındığına görə həmin icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin borclunun payına düşən ½ hissəsinin və 0,06 hektar həyətyanı torpaq sahəsinin borclunun payına düşən ¼ hissəsinin, yəni 0,015 hektardan ibarət həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-11/2020 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) təqdimat təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, Borclu adına qeydiyyata alınmış fərdi yaşayış evinin Borclu payına düşən ½ hissəsinin və 0,06 hektar həyətyanı torpaq sahəsinin Borclu payına düşən ¼ hissəsinin - 0,015 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu nümayəndəsi və vəkili Nümayəndə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 8(054)-11/2020 saylı qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Borclu adına qeydiyyata alınsa da, həmin ev onun X4 ilə birgə nikahı dövründə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Qeyd olunan fərdi yaşayış evi Borclu və onun arvadı X2 ümumi mülkiyyətində olan əmlakdır. Həmin evdə Borclu, onun arvadı X4 və onların iki uşağı daimi qeydiyyatdadırlar. Borclu və onun ailə üzvlərinin həmin evdən başqa, digər hər hansı yaşayış sahəsi, o cümlədən, Rusiya Federasiyasında mənzili yoxdur. Həmin yaşayış evi Borclu və onun ailə üzvlərinin yeganə yaşayış sahəsidir və həmin ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarına əsasən tələbin yönəldilməsinə yol verilməyən əmlaklar sırasına aiddir. Qeyd olunan əsaslara görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinin Borclu aid hissələrinin üzərinə həbs qoyulmasını əsassız hesab edir. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8 (054)- 11/2020 nömrəli qərardadının ləğv edilməsi və Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-11/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsi və Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-11/2020 saylı qərardadının ləğ olunaraq Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatının təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayara tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(054)-11/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, cavabdeh Borclu cəmi 80.020 (səksən min iyirmi) manat tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 8(054)-14/2014 nömrəli qərardadının surətindən görünür ki, məhkəmənin xx xxxxxx 2012ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2012ci il tarixli nömrəli qərarının və Oğuz rayon Polis Şöbəsinin xx xxxx 2012-ci il tarixli sorğuya cavab məktubunun surətlərindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən xx xxxx 2012-ci il tarixdə Borclu axtarılması barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar qəbul edilmiş və xx xxxx 2012-ci il tarixdə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. İş materiallarına əlavə edilmiş, 1993-cü ildə tərtib edilmiş Qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanındakı 0,06 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Borclu adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2006-cı il tarixdə verilmiş JN - 619A (KOD 40501004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayon X6 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarı ilə Borclu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Oğuz şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-35/2020 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Borclu X1 birgə nikahı dövründə əldə olunmuş əmlak olması müəyyən olunmaqla, həmin fərdi yaşayış evində Borclu və arvadı X2 hər birinin ½ hissədən ibarət payı müəyyən edilmişdir. Həmçinin, həmin qətnaməyə əsasən 0,06 hektar həyətyanı torpaq sahəsində Borclu və digər 3 nəfər ailə üzvünün hər birinin ¼ hissədən ibarət payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz şəhər X11 üzrə Nümayəndəliyinin 16 iyul və xx xxxx 2019-cu il tarixli məktublarından görünür ki, Borclu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olsa da, Oğuz şəhəri ərazisində yaşamır. ünvan 1 ünvanındakı evin qapısı 5-6 ildir ki, bağlıdır, həmin evdə heç kim yaşamır. İş materiallarına əlavə edilmiş, şəxsiyyət vəsiqəsi məlumatları üzrə informasiya sistemindən çıxarışdan Borclu Azərbaycan Respublikasının vətəndaşı olmaqla ünvan 1 ünvanında qeydiyyatda olduğu görünür. İş materiallarına əlavə edilmiş, Borclu tərəfindən digər şəxsə verilmiş xx xxxx 2012-ci il tarixli və xx xxxxxxxx 2019-cu il tarixli etibarnamələrin, borclu tərəfindən tələbkara 1000 ABŞ dolları pul göndərilməsinə dair xx xxxx 2014-cü il tarixli pul köçürmə sənədinin, borclunun 2012-ci ildən sonrakı dövrdə məhkəməyə göndərdiyi ərizələrin və digər müraciətlərin surətlərindən görünür ki, Borclu Rusiya Federasiyasının vətəndaşı olmaqla X3 Muxtar Respublikasının Dokuzparinskiy rayonu Avadan kəndində daimi qeydiyyatdadır. Məhkəməyə göndərdiyi ərizə və digər müraciətlərdə də borclu özünün Rusiya Federasiyası vətəndaşı olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Dağıstan Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadının surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsi Rusiya Federasiyası ərazisində tanınmış və icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(054)-23/2012 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu məhkəmə qərarının vaxtında icra edilməsini təmin etməmişdir. Həmin icra sənədi üzrə Borclu tələbkara olan borcundan cəmi 2000 (iki min) ABŞ dolları ödəmiş, borcun qalan hissəsi ödənilməmiş qalmışdır. Borcluya məxsus olan, tələbin yönəldilə biləcəyi pul vəsaiti, digər qiymətli əşyalar və ya əmlaklar aşkar edilməmiş, lakin Borclu adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alındığı aşkar olunmuşdur. Eyni zamanda, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi də Borclu və digər 3 nəfər ailə üzvünün adına qeydiyyata alınmışdır. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi icra tədbirləri həyata keçirilərkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin etmək üçün borcluya məxsus yeganə yaşayış sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından isə görünür ki, Borclu hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun müddətdir ki, ölkə xaricində yaşayır, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə etmir və həmin yaşayış sahəsi onun üçün digər ailə üzvləri ilə birgə yaşayışını təmin etmə vasitəsi deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, Borclu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yanaşı, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Borclu Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 8(054)- 14/2014 nömrəli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılandan sonra, yəni ən azı 6 ildir ki, Azərbaycan Respublikasının ərazisinə gəlib-getmir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Borclu tərəfindən ailəsi ilə birgə yaşayış sahəsi kimi istifadə olunmur. Ona görə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarının minimal səviyyəsini təmin edəcək yeganə yaşayış sahəsi hesab edilə bilməz və hazırki vəziyyətdə borclunun həmin yaşayış sahəsinə ehtiyacının olduğu reallığa uyğun deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin faktlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş, tələbin yönəldilməsinə yol verilməyən əmlakların sırasına daxil olmadığını deməyə əsas verir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Borclu məhkəmə qərarının vaxtında icra edilməsini təmin etmədiyinə görə icra sənədinin icrasının təmin olunması üçün ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 hektar həyətyanı torpaq sahəsinin Borclu xüsusi mülkiyyətdə olan hissəslərinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-11/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-11/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(107)-34/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-34/2020
13.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver