Məhkəmə qərarları › İş №8(107)-34/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-34/2021

28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-34/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, 11 saylı Ərazi Vergilər Departamentinin 17.03.2020-ci il tarixli, **********916900 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. 22 fevral 2021-ci il tarixdə təqdimata baxılaraq 11 saylı Ərazi Vergilər Departamentinin 17.03.2020-ci il tarixli, **********916900 saylı tarixli icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu, Orta Zəyzid kəndində yaşayan “xxxx” ASC-nin rəhbəri Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadından Borclu şikayəti 29 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş, qərardaddan verilmiş şikаyət bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu izahat verərək ünvan 1 ünvanında yerləşən xxxx ASC faktiki olaraq fəaliyyət göstərmədiyindən həmin ünvana gələn sənədlərdən xəbəri olmamışdır. Bundan əlavə 23 noyabr 2020-ci il tarixdə COVİD-19 testinin pozitiv çıxması ilə əlaqədar bütün ailə üzvüləri ilə birgə karantinə alınmış, təcrid olunmuşlar. Özünütəcrid başa çatandan sonra isə İcra qurumuna gedərək izahat vermişdir. Ona görə də şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadının ləğv edilməsini, təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Borclu hazırda çağırışlara könüllü gəlmiş və izahat vermişdir. Ona görə də hal-hazırda borclunun icra qurumuna məcburi gətirilməsinə olan zərurət aradan qalxmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadı ləğv edilməli, borclu “xxxx” ASC-nin rəhbəri Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “xxxx” ASC faktiki olaraq fəaliyyət göstərmədiyindən həmin ünvana gələn sənədlərdən Borclu xəbəri olmamışdır. Bundan əlavə 23 noyabr 2020-ci il tarixdə COVİD-19 testinin pozitiv çıxması ilə əlaqədar bütün ailə üzvüləri ilə birgə karantinə alınmış, təcrid olunmuşlar. Borclu hal-hazırda icra məmurunun çağırışlarına könüllü getmiş və izahat vermişdir. Ona görə də halhazırda onun barəsində məcburi gətirilməyə ehtiyac yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2. maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, Borclu hazırda çağırışlara könüllü gəlir və izahat verir. Bu da onun icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmadığını göstərir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadı ləğv edilməli, borclu “xxxx” ASC-nin rəhbəri Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(075)-78/2021 nömrəli qərardadı ləğv edilsin. Borclu “xxxx” ASC-nin rəhbəri Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar