Məhkəmə qərarları › İş №8(107)-36/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-36/2020

06.05.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-36/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, Tələbkar İspəndiyar oğlunun, borclular Borclu1 və Borclu2 iştiraklarıilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması haqda Maraqlı şəxs rəisi X5 xx xxxxxx 2020-ci il qərarının ləğv edilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadından borclular X3, Borclu2 və Borclu3 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Tələbkar İspəndiyar oğlunun cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahələrinin kənarına basdırılmış dəmir dirəklərin və tikanlı məftilin sökülməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehlər Borclu1, Borclu2 və Borclu3 Oğuz rayonu Kərimli kəndində yerləşən, iddiaçı Tələbkar İspəndiyar oğlunun mülkiyyətində olan, xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,05586 hektar, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,111 hektar, xx xxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,0653 hektar və xx xxxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,0653 hektar torpaq sahələrindən çıxarılmaları, torpaq sahələrinin kənarlarına basdırılmış dəmir dirəklər və tikanlı məftilin sökülməsi, həmin torpaq sahələrindən iddiaçının istifadə etməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədləri icra edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə Tələbkar İspəndiyar oğlu Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar İspəndiyar oğlu şikayət ərizəsində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin cavabdehlər tərəfindən mübahisələndirilməsinə dair mülki iş üzrə də qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılmasına hər hansı əsas yoxdur. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Tələbkar İspəndiyar oğlu məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs rəisi X9 iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında borclu X4 izahat verərək göstərmişdir ki, Tələbkar İspəndiyar oğluna verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri səhvən onların mülkiyyətində olan 0,25 hektar torpaq sahəsinin üzərinə vurulmuşdur. O və digər cavabdehlər Tələbkar İspəndiyar oğluna qarşı onun adına tərtib edilmiş, 0,05586 hektar torpaq sahəsinə dair xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli, 0,111 hektar torpaq sahəsinə dair xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair xx xxxx 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair xx xxxxxxx 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair xx xxxx 2015-ci il tarixli ******* nömrəli və 0,0653 hektar torpaq sahəsinə dair xx xxxxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əlavə olaraq verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışlar və həmin iddia məhkəmənin icraatına qəbul edilmişdir. Qeyd olunan sənədlər ləğv ediləcəyi halda, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədlərinin icrasına ehtiyac qalmayacaqdır. Ona görə də xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməyə dair icra sənədləri üzrə icraat onların Tələbkar İspəndiyar oğluna qarşı Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi tələbinə dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatına qəbul edilmiş iddiası ilə bağlı yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Qeyd etdiyi əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Borclu1 da borclu X2 izahatının məzmununa uyğun izahat verərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməməsini məhkəmədən xahiş etmişdir. Digər Borclu3 ərizəyə baxılmasına dair birinci instansiya məhkəməsinin iclasına gəlməmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadı ilə iddiaçı Tələbkar İspəndiyar oğlunun cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahələrinin kənarına basdırılmış dəmir dirəklərin və tikanlı məftilin sökülməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması haqda icra məmurunun qərarından Tələbkar İspəndiyar oğlunun verdiyi şikayət təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması haqda Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Borclular X3, Borclu2 və Borclu3 məhkəməyə şikayətlə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadının ləğv edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Oğuz Rayon Məhkəməsi tərəfindən verilmi 2(054)-935/2016 tarixli icra sənədinin icraatının dayandırılması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə məhkəmənin xx xxxx 2020-ci il tarixli 8(054)- 12/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan cavabdehlər X3, Borclu2 və Borclu3 tərəfindən verilmiş şikayət baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclular X3 və Borclu2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Tələbkar İspəndiyar oğlu şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)- 12/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi və Borclu3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tələbkar İspəndiyar oğlunun şikayəti təmin edilməli, Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki,işdə itirak edən şəxslərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə əsasən Tələbkar İspəndiyar oğlunun mülkiyyətində olduğu müəyyən edilmiş torpaq sahələrinə dair onun adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əlavə olaraq verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırki iş üzrə borclular Borclu1, X4 və Borclu3 tərəfindən verilmiş başqa bir iddia üzrə mülki işdə mübahisələndirilmişdir və həmin iş üzrə hələ qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilməmişdir. Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraat “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə istinad edilməklə dayandırılmışdır. Hazırki işin materiallarından isə görünür ki, icra məmuru Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılmasına əsas ola biləcək halları öz qərarında əsaslandırmamış, yalnız “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə istinad etməklə qərar qəbul etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi həmin qətnamə üzrə işə apelyasiya və kassasiya qaydasında baxıldıqdan sonra verilmişdir. Hazırki vəziyyətdə İcra Şöbəsinin icraatında olan iş üzrə qəbul olunmuş məhkəmə aktından apelyasiya və kassasiya şikayəti verilməsi və hazırda həmin şikayətlərdən hər hansı birinin yuxarı instansiya məhkəmələrinin icraatında olması halları mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, icra məmuru xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli məhkəmə qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edərkən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutları məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə araşdıraraq və tələbkarın hazırki şikayət ərizəsinin əsaslandığı hallara hüquqi qiymət verərək qərara gəlir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X6 xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti ilə əlaqədar icraat həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, borclular X1, Borclu2 və Borclu3 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadı ərizəçi X10 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclular X1, Borclu2 və Borclu3 Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(054)-12/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar