Məhkəmə qərarları › İş №8(107)-37/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-37/2021

08.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-37/2021 08.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İcra sənədi üzrə icraatın dayandırılmasına dair X3nın ərizəsinin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 8(019)-10/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: X25 ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)- 155/2020 saylı icra sənədinə əsasən başlanmış icra üzrə icraatın iddiaları ilə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi 29 iyun 2020-ci il tarixdə çıxardığı qətnaməsi ilə “Ləğv edilmiş- Balakən rayon X31 Birliyinin 1969-2020-ci illər üzrə sənədlərin və digər mal-materialların cavabdeh X14 alınaraq Balakən rayon X9 verilməsini qərarlaşdırmışdır. Məhkəməyə məlum edir: Balakən Rayon Məhkəməsi qeyd edilən qətnaməni çıxaran zaman İİMB-nin ləğv edilməsi haqda qeydiyyat orqanın (13 saylı ərazi vergilər idarəsinin) bu haqda heç bir sənədi olmamışdır. 13 saylı ərazi vergilər idarəsinin Balakən Rayon Məhkəməsinə təqdim etdiyi 19.10.2020-ci il tarixli bildiriş N: **********76-da qeyd olunur: 13 saylı ərazi vergilər idarəsi bildirir ki, 11.02.1996-cı il tarixdə 647 nömrə ilə qeydə alınmış X31 Birliyi 19 oktyabr 2020-ci ildə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İİMB-nin ləğv edilməsi haqda məhkəmənin 29.06.2020-ci il tarixli qətnaməsi müəssisələrinin ləgv edilməsindən 4 ay əvvəl çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019) 155/2020 saylı icra sənədinə əsasən Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən ünvanına göndərilmiş 05.01.2021 -ci il tarixli icraata başlamaq haqda qərarı ilə İİMB-nin 1969-2020-ci illər üzrə sənədlərin Balakən rayon X9 verilməsi qərarlaşdırılmışdır (bildirir ki,İİK-nin bu günki sədri 1997-ci ilədək mövcud olan Kooperativin və müəssisənin sənədlərini yandırıb məhv etmişdir.Həmin vaxt idarələrinin işçiləri yanğının içərisindən bir sıra sənədləri çıxara bilmişdir). 2020-ci il iyun ayının sonlarında müəssisənin 20 nəfərdən çox işçisi X7 müəssisələrinin ləğv edilməsi haqda müvəkkillər iclasının 09.09.2019-cu il tarixli, 05 saylı qərarının ləğv edilməsi, müəssisələrinn möhrünün geri qaytarılması və müəssisələrinin ləğvinin qanunsuz hesab ediməsi haqda iddia tələbi ilə Balakən rayon İİKnə və 13 saylı ərazi vergilər idarəsinə qarşı Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. 08.02.2021 -ci il tarixdə Balakən Rayon Məhkəməsi çıxardığı qətnaməsi ilə iddialarını təmin etməmişdir. Balakən Rayon Məhkəməsinin 08.02.2021 -ci il tarixli qətnaməsindən narazı qalmışlar və buna görə də bu qətnamədən apellyasiya şikayətinin verilməsi mütləqdir. Nəticədə məqsədləri ondan ibarətdir ki, iddialarıyla bağlı yekun qərar çıxarılanadək iddialarını müdafiə edəcəklər. Daha doğrusu, hüquqlarından tam istifadə edəcəklər. Ona görə də Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Balakən Rayon Məhkəməsinin 2(019)-155/2020 saylı icra sənədinin icrasının dayandırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadı ilə (hakim Zamin Tahirov) Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Balakən Rayon Məhkəməsinin 26 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə X13 ərizəsi təmin edilməmişdir. Borclu X1 Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 26 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ləğv edilmiş Balakən rayon X31 Birliyinə məxsus 1) Əmr kitabı 1969-2020-ci illər; 2) Əmək kitabçaları -1960- 2020-ci illər; 3) Əmək haqqı kitabları -1960- 2020-ci illər; 4) Şəxsi qovluqlar -1960-2020-ci illər; 5) Baş kitab -1960-2020-ci illər; 6) Dövriyyə cədvəlləri -19602020-ci illər; 7) Uçot kitabları- 1960-2020-ci illər; 8) Əsas vəsait və invertarların hesab kitabı- 1960-2020-ci illər; 9) Kassa kitabları -1960-2020-ci illər; 10) Kassa hesabatları və əmək haqqı ödəniş cədvəlləri- 1960-2020-ci illər; 11) Maddi məsul şəxslərin mal-material hesabı-1960-cı ildən 2020-ci ilədək, Balakən rayon X31 Birliyinin açarı və binasının boşaldılmış vəziyyətdə cavabdeh Bayramova (Emçiyeva) Xanım Umaxan qızından alınıb iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********76 nömrəli bildirişdən görünür ki, 13 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, 11.02.1996 tarixdə 647 № ilə (VÖEN № ********** ) dövlət qeydiyyatına alınmış Balakən Rayon X7 İctimai X26 1910.2020 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət revestrindən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2 (019)-30/2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X13, X4, X11, X23, X8, X15, X5, X19, X16, X2, X20, X27, X17, X18, X21, X6, X28, X22, X12 və X29 cavabdehlər Balakən rayon X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı Balakən rayon X7 09.09.2019cu ıl tarixli, 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı Ərazi Vergilər İdarəsinə) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr- fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «5» nömrəli bildirişin ləğv edilməsi və İİMB-nin ləğv edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. X25 ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 155/2020 saylı icra sənədinə əsasən başlanmış icra üzrə icraatın iddiaları ilə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən görünür ki, icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci növ icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar («İcra Haqqında» Qanunun 17-ci maddəsi), ikinci növ isə icra sənədi üzrə icraatın mümkün olduğu hallardır («İcra haqqında» Qanunun 18-ci maddəsi). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanununun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanununun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin Qanununun 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Həmin Qanununun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanununun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanununun 21.7-ci maddəsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin Qanununun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində və digər qanunvericilik aktlarında icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəyə dair iş üzrə icraata xitam verilməsi qaydası, şərtləri və əsasları, yəni proseduru nəzərdə tutulmadığından, bu məsələnin həlli üçün qanunun analogiyası tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Hazırkı iş üzrə qanunun analogiyası tətbiq edilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı işdə Balakən Rayon Məhkəməsinin 26 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 saylı icra sənədinin verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı üçün həmin icra sənədi üzrə icraatın dayandırılması Balakən rayon İcra və Probasiya Şöbəsinin səlahiyyətinə aid olduğundan, yəni bu məsələyə məhkəmə qaydasında baxılmalı olmadığından Balakən Rayon Məhkəməsinin 26 iyun 2020-ci il tarixli, 2(019)-155/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə X13 ərizəsinin təmin edilməməsi nətcəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tаrixli, 8(019)-10/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar